Azərbaycanlı milyarder Fərhad Əhmədov yeni bahalı yaxta satın alıb. Azərbaycanlı milyarder yaxtanı rusiyalı milyarder Roman Abramoviçdən alıb.
Fərhad Əhmədov özü belə bir yaxta sifariş vermək istəsə də ona yaxtanın inşasının 4 ilə hazır olacağı bildirilib. Bu səbəbdən milyarder hazır yaxta satın almağa məcbur olub.
Qeyd edək ki, Roman Abramoviçin 2010-cu ildə Almaniyanın “Lloyd Werft i Stahlbau Shipyards” şirkətinə sifariş verərək hazırlatdığı yaxtanın qiyməti 188 milyon dollardır. Bu dünyanın ən böyük və geniş 19-cu yaxtasıdır. 40 heyət üzvü olan “Luna”-da 2 vertolyot meydançası, hovuzları var. Pəncərələri güllə keçirmir, hər yataq otağında kinozalı xatırladan nəhəng televizorlar var.
“Luna” adlı yaxtanın 7 mühərrik var və hər bir mühərriki 5 min at gücündədir. Yaxtanın generatorları 17 min əhalini təmin edəcək qədər elektrik enerjisi istehsal edir. “Luna” yaxtası 115 metr uzunluğundadır. Yaxta 115 milyon funt sterlinqə hazırlanıb. Yaxta ümumilikdə 50 ton yük tutumuna sahibdir.
Sorğu
Yeni dizaynımız necədir?