GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Lənkəran icra başçısının müəmmalı oyunları

Lənkəran icra başçısının müəmmalı oyunları

Tarix: 22-07-2014, 18:44 Bölmə :Manşet Baxış: 0
Lənkəran icra başçısının müəmmalı oyunları


Lənkəran icra başçısının müəmmalı oyunları
O baş rolu ifa etsə də, digər hadisələrdə olduğu kimi, sudan quru çıxmağı bacarıb

Vəzifəyə təyin olunan istənilən şəxsin ümdə vəzifəsi işini qanuna müvafiq şəkildə quraraq, xalqına və dövlətə xidmət etməkdən ibarətdir. Buna əsasən də vəzifə sahibləri əldə etdikləri səlahiyyətdən sui-istifadə etməməlidirlər. Ancaq, Azərbaycan şəraitində təəssüf ki, bunun əksini müşahidə edirik. Vəzifəyə gətirilən əksər şəxslər ona həvalə edilən postdan xalqa və dövlətə xidmət etmək əvəzinə, özünün şəxsi varlanması üçün istifadə edir. Bu xüsusda əsasən də, rayonlara təyin edilən icra başçıları daha çox canfəşanlıq nümayiş etdirirlər.
Lənkəran rayon icra hakimiyyəti başçısı Taleh Qaraşov da bu fonda "fərqlənənlər" sırasındadır. Qeyd edək ki, keçən ayın ortalarında xəstəlik səbəbindən Taleh Qaraşovun Bakıya götürülməsi haqda xəbər yayılmışdı. Buna səbəb isə onunla bağlı olan rüşvət qalmaqalı məsələsi idi. Belə ki, Lənkəran rayonunun Kərgəlan kənd sakini Səfərov Məmməd Həbib oğlu icra başçısının işə düzəlmək adı ilə ondan külli miqdarda pul alması barədə "Yeni Cümhuriyyət" qəzetinə məlumat vermişdi.
Onu da bildirək ki, M.Səfərov əvvəllər Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və humanitar məsələlər Şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb və qalmaqal yarandıqdan sonra vəzifəsindən azad edilib.
Onun mətbuatda gedən yazısından görünür ki, Lənkəran rayon Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının baş həkimi Qurbanov Nurəddin Ələkbər oğlu 2012-ci ilin avqust ayında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinin boş olmasını, həmçinin Taleh Qaraşov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı işlədiyi vaxtda Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Sadatxan adlı şəxslə yaxın münasibətlərinin olduğunu bildirərək göstərilən vəzifəyə təyin olunmağı M.Səfərova təklif edib. Nurəddin Qurbanov ona bildirib ki, bu vəzifəyə təyin olunmağı üçün Taleh Qaraşova 120 min manat pul verməlidir. M.Səfərov da təkliflə razılaşır. Bundan sonra göstərilən məbləği Nurəddin Qurbanova verib. M. Səfərovun mətbuata dediyi sözlərinə görə, ardınca Qaraşovla da görüşür. O isə Səfərovun sənədlərini Prezident Administrasiyasına aparacağı və onu müavin vəzifəsinə təyin edəcəyini bildirib. Lakin Taleh Qaraşov Bakıdan 120 min manat müqabilində sözügedən vəzifəyə təyinat almaq iddiasında olan M. Səfərovu məyus edəcək təkliflə gəlir.Belə ki, Səfərovun sözlərindən göründüyü kimi icra başçısı Bakıdan həmin vəzifəyə başqa adamı tapşırdıqlarını bildirib. Məhəmməd Səfərova isə başqa vəzifə vəd edilir. Lakin bir müddətdən sonra Taleh Qaraşov 120 min manatı Nurəddin Qurbanova qaytarır. O da bu vəsaiti yiyəsinə, yəni Səfərova verir. Bir müddətdən sonra isə Nurəddin Qurbanov M. Səfərova Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olumağı təklif edir. Bunun üçün də Taleh Qaraşova 150 min manat pul verilməli olduğunu onun diqqətinə çatdırır. Təklifi qəbul edən Səfərov, özünün mətbuata açıqlamasına görə, 150 min manatı 27 mart 2013-cü il tarixdə Lənkəran Dəmir Yol Vağzalında Nurəddin Qurbanova verir. Lakin əsl müəmma da elə bundan sonra başlayır.Həmin vaxtdan bu günədək nə vəd verilən vəzifə təyinatı baş tutub, nə də sözügedən vəzifəni tutmaq üçün verilən pullar geri qaytarılıb. Pulunun qaytarılması üçün M. Səfərov dəfələrlə Qaraşov Talehlə görüşsə də o, bundan imtina edib. Nurəddin Qurbanov isə iddia edib ki, 150 min manatı Taleh Qaraşova çatdırması üçün Hacı Zaura verib. Hacı Zaur Nurəddindən pul almadığını bildirir: "Mən Taleh Qaraşovdan və Nurəddin Qurbanovdan pullarımı tələb etdikdən və vəzifəli şəxslərin dələduzluq və rüşvətalma cinayətləri barədə Lənkəran rayon Prokurorluğuna ərizə ilə müraciət etdikdən sonra Nurəddin Qurbanov özünə məxsus Lənkəran şəhərində yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 3 otaqlı evini Taleh Qaraşovun və Polis rəisi Möhübbət Hüseynovun təkidi ilə bağışlama yolu ilə qayınım Ağayev Vüqar Balağa oğlunun adına keçirib”.
Onu da bildirək ki, M.Səfərov pozulmuş hüquqlarının bərpası və qrup şəklində cinayət əməlinə yol vermiş şəxslər barəsində cinayət işinin başlanması ilə bağlı respublika prokurorluğuna da müraciət edib. Hazırda bu işlə bağlı istintaq aparılır. Nurəddin Qurbanov həbs olunub.
Burada bir sıra məqamlar ortaya çıxır. Aydın məsələdir ki, N. Qurbanov korrupsiya qalmaqalında heç də əsas füqur deyil. Burada o yalnız belə demək mümkünsə, kuryer rolunu oynayıb. Prosesdə adı hallanan əsas füqur isə heç şübhəsiz icra başçısı T. Qaraşovdur. Hansı ki, azadlıqda gəzməklə yanaşı hələ də vəzifəsində qalır. Azərbaycanda belə hallar çox baş verir. Hansısa yüksək rütbəli məmur kimisə işə düzəltmək adı ilə başqalarının əli vasitəsilə ondann külli miqdarda pul qoparır. Bu iş alınmadıqda və prosesdən şikayət olunduqda isə, həmişə cavabdeh qismində yüksək çinli məmurla işə düzəlmək istəyən arasında vasitəçilik edənlər çıxış edirlər. Məhz onun nəticəsidir ki, M. Səfərovun şikayəti ilə bağlı olaraq ancaq vasitəçi olan N. Qurbanov həbs olunub. Məsələdə adı hallanan əsas füqur icra başçısı isə hələlik sudan quru çıxmağı bacarıb. Bu istiqamətdə baş verən digər ona oxşar hadisələrə nəzər salsaq, belə qənaətə gəlmək olar ki, N. Qurbanova da az iş kəsiləcək və bir müddətdən sonra azadlığa çıxacaq. Amma 150 min manatın hara yoxa çıxdığını tapan olmayacaq.
Burada başqa bir məqam vəzifə almaq istəyən, yəni Məmməd Səfərovla bağlıdır. Bu şəxsin hansısa vəzifə tutmaq naminə özündən yuxarıda olanların rüşvət təklifinə "müsbət" reaksiya verməsi, onun da sağlam düşüncəli, işinə qanun çərçivəsində yanaşan məmur olmayacağına dəlalət edən amildir. Aydın məsələdir ki, 150 min manat verib vəzifə tutmaq eşqinə düşənlər, heç də həmin kresloya xalqa, dövlətə xidmət etmək naminə gəlmirlər. Onlar da, Lənkəran rayon icra başçısı kimi, ancaq öz şəxsi mənafelərini güdürlər.
Burada Məşədibadın hambalının dediyi sözlərə uyğun fikri bildirmək də sanki yerinə düşür: "Sənin 5 minin cəhənnəm, bə mənim 150 min manatın hara getdi?"

Həsən
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının müavini "racon kəsir"... - İDDİA

    İcra başçısının müavini "racon ...

    21-04-2017, 15:33

  • 
  • Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... - İDDİA

    Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı ...

    10-04-2020, 15:23

  • 
  • Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri - FOTO

    Xocalı parkını satan Lənkəranın icra başçısının ...

    4-01-2018, 20:48

  • 
  • Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat - İTTİHAM

    Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat - ...

    4-09-2018, 14:04

  • 
  • Lənkəranın icra başçısının müavini işdən çıxarıldı

    Lənkəranın icra başçısının müavini işdən çıxarıldı ...

    27-12-2013, 13:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu