Azərbaycanın ilk mobil operatoru olan "Bakcell” "Daha yaxın olaq”, "Dəyişək inkişaf edək” devizi ilə çıxış etsə də, son zamanlar şirkət göstərdiyi "xidmətlə” müştərilərindən uzaqlaşır. Buna "Bakcell” kontur kartlarının yoxa çıxmasından tutmuş şəbəkə keyfiyyətinin pis olmasına və ya olmamasına qədər misal göstərmək olar. Artıq bir müddətdir ki, paytaxtın iri super-marketlərində, mağazalarında "Bakcell” mobil operatorunun abunetçiləri kontur kartları tapa bilmirlər.
Bölgələrdə də eyni problemlə üzləşən insanlar həm də şəbəkə keyfiyyətinin pis olmasında şikayətlənirlər.
Bu barədə məlumat verən bölgə müxbirimiz Vasif Abdiyevin sözlərinə görə, səhər saatlarından etibarən qərb bölgəsində, sərhədyanı rayonlarda "Bakcell” in şəbəkə xidmətində ciddi problemlər yaranıb:
"Təxminən səhər saat 11 radələrindən etibarən "Bakcell” mobil operatoruda ciddi problemlər yaranıb. Şəbəkə demək olar ki, yoxdur. Heç yerlə əlaqə saxlaya bilmirik. Bundan əlavə 10 gündən artıqdır ki, Qazax, Ağstafa və ətraf rayonların mağazalarında adıçəkilən şirkətə aid kontur kartları tapmaq olmur. Yükləmə terminallarına üz tuturuq, oradan da kontur yükləmək mümkün deyil”.
Üstəlik son günlər bu istiqamətdə cəbhə xəttində intensiz atışma getdiyindən, əhali yaxınları ilə normal əlaqə yarada bilmir.
Məsələ ilə bağlı "Bakcell” şirkətinin mətbuat xidməti ilə əlaqə saxlayıb məsələyə münasibət bildirmələrini istəsək də, bu cəhdimiz baş tutmadı. İş vaxtının bitdiyini əsas gətirərək suallarımızı cavablandırmaqdan imtina etdilər(Publika.az).
Mia.az xəbər verir ki, bu problemin "Bakcell" tərəfindən məqsədli yaradildığı haqda da xəbərlər var. Bildirilir ki, şirkət kontur satışını məhdudlaşdırmaqla, bununla abunəçiləri 20 faizlik kredit götürməyə sövq edir. Şirkət isə bundan daha gəlirli çıxdığından, hələ ki kontur satişını məhdudlaşdırmaqda maraqlı davranır. İndisə aydın olur ki, sürəkli atəş altında olan insanlarımız şirkətin bu iqtisadi marağı səbəbindən daha çox əziyyət çəkirlər. Hətta atəş altında olan abunəçilərin bir-biri ilə kontursuzluqdan əlaqə yarada bilməməsi isə daha ağır suçalama sayıla bilər. Razılaşaq ki, bu fakt, həm də "erməni dəyirmanına su tökməyə" bənzəyir...
Gündəmxəbər saytı olaraq bizdə "Bakcell"in mövqeyini yaymağa hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?