GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Goranboy rayon Ağcakənd təmas xətdindən video reportaj

Goranboy rayon Ağcakənd təmas xətdindən video reportaj

Tarix: 13-08-2014, 02:52 Bölmə :Manşet Baxış: 0


Goranboy əhalisi torpaqları azad etməyə tam hazırdır

Bu günlərdə Gündəm xəbər.tv və Gündəm xəbər.az saytının rəhbəri Şirin Cəfəri başda olmaqla, video repartyor Əli Rza Muxtarvə müxbir Rüfət Sultan Goranboy rayonu ərazisində cəbhə bölgəsində olub. Qeyd edək ki, bu rayon Birinci Qarabağ müharibəsində bir qarış olsun torpağını ermənilərin işğalı altına verməyib. Əksinə, goranboylular ermənilərdən bəzi əraziləri geri almağa nail olublar.
Bildiyiniz kimi, son günlər erməni işğalçıları təmas xəttində gərginlik yaratmağa çalışaraq, atəşkəs rejimini dəfələrlə pozmağa cəhd ediblər. Bu zaman Azərbaycan ordusu düşmən hücumunu dəf edərək, onları çox saylı itki verərək, geri çəkilməyə məcbur edib. Belədə ordumuz ermənilərə layiqincə öz gücünü göstərə bilib. Goranboy rayonu ərazisi də ermənilərlə təmas xəttində yerləşir. Lakin buna baxmayaraq yerli sakinlər buradan heç bir yana köçməyib, əksinə, hər yay bura ölkənin başqa yerlərindən də turistlər gəlir. Hətta yol boyu Bakı, Gəncə və ölkənin bir sıra bölgələrindən bura ailəliklə istirahətə gələnlərin olduğunu müşahidə etdik. Müşahidələrimiz onu da göstərdi ki, Azərbaycan xalqı düşməni torpaqlarımızdan qovmaq üçün döyüşə tam hazır vəziyyətdədir.
Goranboyun Yuxarı Ağcakənd və Aşağı Ağcakənd bələdiyyəsi əraziləri də ermənilərlə cəbhə xəttinə yaxın ərazidə yerləşir. Həmin kəndlərin əhatə olunduğu dağın o biri tərəfində erməni postları qurulub. Lakin buna baxmayaraq, bu kəndlərin əhalisi də doğma torpaqlarını tərk etmək barədə düşünmürlər. Onlar, döyüşə tam hazır vəziyyətdədirlər.
Bizimlə söhbətdə Aşağı Ağcakənd qəsəbə bələdiyyəsinin sədri Sahib Kərimov da bölgə əhalisinin əhval-ruhiyyəsinin yüksək olduğunu təsdiqlədi: "Öncə qeyd edim ki, burada gördüyünüz gözəl mənzərələrə yaxın bir ərazilərdə, dağın o tərəfində ermənilərin təmas xəttidir. Amma buna baxmayaraq, gördüyünüz bu gözəl təbiətin qoynunda, çay kənarı ərazilərdəki ailəvi istirahət mərkəzlərində minlərlə insan dincəlir. Dağın o biri tərəfində təmas xəttində isə ermənilərlə Azərbaycan ordusu üzbəüz durub. Burada bir dəfə də olsun atəş səsləri eşitməmişik. Ordumuz o qədər güclüdür ki, işğalçı ermənilər bu ərazilərə atəş açmaqdan belə çəkinirlər. Son illər Goranboy rayonu həddən artıq gözəlləşib. Həmçinin, durduğumuz ərazidəki istirahət zonası da gözəlliyə qərq olunub. Ermənilərdən heç bir qorxumuz yoxdur. Azərbaycan ordusu öz gücü ilə inları yerlərində oturtmağa tam şəkildə qadirdir. Məhz bu gücü gördüklərindən ermənilər bizim bu ərazilərə yaxın belə dura bilmirlər. Bəzən televiziya ekranlarında cəbhə bölgəsində reallığı əks etdirməyən fikirlər səslənir. Amma daha gözəl olardı ki, reallıq göstərilsin. Düzdür dağları aşaraq, təmas xəttinə daha yaxın yerləri çəkməyinizə kömək etmək üçün texniki imkanlarımız olmadı. Buranın əhalisi də yüksək əhval-ruhiyyədədir. Durduğumuz yerlə təmas xətti arasında hardasa 1 km məsafə vardır. Qarşıda gördüyünüz təpəni aşdıqdan sonra, təmas xətti ilə üzbəüz durursan. Oralarda atəş açılarsa, sözsüz ki, burada da eşidiləcək. Amma gördüyünüz kimi atəş səsləri eşidilmir, sakitlikdir. Özüm əslən Qərbi Azərbaycandanam. Göyçə mahalının Qaraqoyunlu kəndindən bura gəlmişəm. Dəqiq bilirəm ki, ermənilərdə tarixən terk millətinə qarşı müharibə aparmaq imkanı, gücü və bacarığı yoxdur. Onlar tarixən belə hünərə sahib olmayıblar, indi də sahib deyillər. Ermənilər yalnız kiminsə kölgəsində yatıb, kiminsə kölgəsinə güvənir, kiminsə buyruqçusu, əlaltısıdırlar. Ermənilər kiməsə güvənməklə hürə bilər, amma tuta bilməzlər. Biz isə tam müstəqil bir Azərbaycan dövlətinin vətəndaşlarıyıq, türk oğlu türkük, namusumuz, qeyrətimiz var. Burada yaşayan hər bir insan, uşağından tutmuş yaşlısına qədər Ali Baş Komandanın bircə əmrinə hazırdır ki, hücuma keçib erməniləri torpaqlarımızdan qovaq. Ermənilər Birinci Qarabağ savaşında da Goranboy əhalisindən qorxub. Həmin zaman da Goranboy sakinləri ermənilərə elə bir od qoyub ki, bu gün də düşmənlərimiz ərazimizə hər hansı bir hücum etmək, atəşə tutmaqdan belə çəkinir".

Təmas xətti və Gülüstan istirahət mərkəzi...

Qeyd etdiyimiz kimi, təmas xəttinə yaxın ərazidə, "Gülüstan" istirahət mərkəzi yerləşir. İstirahət mərkəzi dağın ətəyində yerləşdiyindən, eyni zamanda, təmiz havası ilə seçilir. Hazırda istirahət mərkəzi bura gələn turistlərlə doludur. Bunun özü də onu göstərir ki, nəinki yerli əhali, hətta başqa rayonlardan bura dincəlməyə gələn insanlar da cəbhə bölgəsinə yaxın olmalarına baxmayaraq, heç nədən qorxmurlar.
Gülüstan istirahət mərkəzinin meneceri Məhəmməd Əliyev buradakı ab-havadan danışdı: "Bu istirahət mərkəzi əvvəlki günlərdə olduğu kimi, bu günlərdə də bütün gücü ilə fəaliyyət göstərir. İstirahət mərkəzinə Azərbaycanımızın bütün diyarlarından, Yevlax, Gəncə, Şəki, hətta xarici ölkələrdən, Gürcüstan, Litva, Latviyadan da turistlər gəlir. Biz milli ordumuza tam güvənirik, əminik ki, onlar keşiyimizdə möhkəm dayanıblar. Burada heç bir qorxu, təhlükə yoxdur. Hətta ərazidə atəşkəs səsləri də eşidilmir. Xarici turistlər də burada heç bir təhlükə hiss etmir. Ona görə də bura gələnə qədər eşitdiklərinin yalan olduğuna əmin olublar".

Cəbhə bölgəsi və toy şənlikləri...

Həmin gün cəbhə xəttinə yaxın ərazidə, Aşağı Ağcakənd kəndində həm də kiçik toy məclisi keçirilirdi. Bu hal da onun nəticəsidir ki, yerli əhalinin əhval-ruhiyyəsi olduqca yüksəkdir.
Həmin toyun iştirakçılarından olan, Xocalı sakini Şirinov Qaralı Bədəl oğlu da düşməndən qətiyyən çəkinmədiklərini bildirdi: "Hazırda Goranboyun bu ərazisində məskunlaşmışam. Ulu öndərin oğlu, prezident İlham Əliyev burada məni evlə təmin edib. İndi burada toy məslisinin şahidisiniz. Cəbhə bölgəsində gərginliyin olmasına baxmayaraq, heç kim buradan köçməyib. Onsuz da heç yana köçən deyilik. Yalnız doğma torpaqlarımızı geri və ermənilərdən qisas alandan sonra, Vətənimizə qayıdacağıq. Burada atəş səsləri eşitməmişəm. Ordumuz bizi düşməndən möhkəm qoruyur".
Toy sahibi Sabir Bəbir oğlu Rüstəmov isə hər an torpaqları geri qaytarmağa hazır olduqlarını söylədi: "Hazırda Goranboy rayonu Aşağı Ağcakənd ərazisində məskunlaşmışıq. Cəbhə bölgəsi ilə yaşadığımız ərazi arasında 1 km məsafə olmasına baxmayaraq, burada çox sakitçilikdir. Bu sakitliyi də bizə yaradan milli ordumuzdur. Onların mətanəti sayəsində özümüzü burada tam sərbəst hiss edirik. Hər gün xeyir işləri olur. Bu gün də nəvəmin kiçik toyudur. Özümüz Xan kəndindənik. Vəziyyət gərginləşərsə, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı geri qaytarmağa hazırıq".
Yol boyu Aşağı Ağcakənd kəndində əhalinin təsərrüfat işləri ilə məşğul olduğunun şahidi olduq. İnsanlar özləri üçün yaşayış evləri tikirdi. Bu amil də onu təsdiqləyir ki, bölgə sakinləri hazırda ruh yüksəkliyi yaşayır. Onlar əmindirlər ki, yaxın zamanlarda Azərbaycan ordusu torpaqlarımızı azad edib, dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəklər.

Həsən İslamov

Bakı-Goranboy-Bakı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ATƏT cəbhə xəttində monitorinq keçirəcək

    ATƏT cəbhə xəttində monitorinq keçirəcək ...

    12-02-2019, 10:20

  • 
  • Cəbhə xəttində gərginlik davam edir

    Cəbhə xəttində gərginlik davam edir ...

    17-03-2015, 22:48

  • 
  • Vaqif Dərgahlı: “Azərbaycan Ordusu itki verməyib”

    Vaqif Dərgahlı: “Azərbaycan Ordusu itki verməyib” ...

    27-04-2016, 13:21

  • 
  • Qoşunların təmas xəttində erməni hərbçisi ölüb

    Qoşunların təmas xəttində erməni hərbçisi ölüb ...

    27-08-2017, 21:27

  • 
  • Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

    Qoşunların təmas xəttində növbəti monitorinq ...

    10-05-2016, 12:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu