Rusiyanın baş naziri Dmitri Medvedyevin “twitter” hesabı “hack” edilib.
Dövlət rəsmisinin mətbuat xidmətindən bildirilib ki, Medvedevin hesabında sonuncu atılan tvitlər ona məxsus deyil.
Dmitri Medvedyevin hesabında görünən sonucu tvitlərdən biri o idi ki, baş nazir deyir: “İstefa verirəm, hökumətin fəaliyyəti utancvericidir. Məni bağışlayın. Sərbəst fotoqraf olacağam, bu çoxdankı xəyalımdır”.
Başqa bir tvitdə isə deyilir: “Ölkə rəhbərliyindəki problemlərə görə Rusiya vətəndaşları əziyyət çəkməməlidir”.
Sözügedən tvitlər hesabın yenidən ativ edilməsindən sonra silinib.
Qeyd edək ki, baş nazirin sosial şəbəkə hesablarına bundan əvvəl də hücumlar edilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?