GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Belə cahillik olmaz"

"Belə cahillik olmaz"

Tarix: 18-08-2014, 02:37 Bölmə :Manşet Baxış: 0
AXP lideri müxalifət daxilindəki siyahı qarşıdırmasını və hazırkı vəziyyəti dəyərləndirdi; vəziyyətdən çıxmaq uçun yeni çüar irəli sürdü: “İŞ, İŞ, İŞ, MÜBARİZƏ, MÜBARİZƏ, VƏ YENƏ DƏ MÜBARİZƏ!”
"Belə cahillik olmaz"
AXP lideri, sabiq baş nazir Pənah Hüseyn müsavat.com-un gecə növbəsinə müsahibə verib. "gundemxeber.az" həmin müsahibəni təqdim edir.


- Pənah bəy, 18 avqustda Leyla Yunusun hüquqlarının müdafiə komitəsinin toplantısının keçirəcəyi barədə məlumat yayılıb. Həmin tədbirə siz dəvət olunmusunuzmu? Müdafiə komitəsinə üzv yazılacaqsınızmı?

- Mən də dünən - 17 avqustda, axşama yaxın həmin məlumatı xəbər saytlarında gördüm. Sözün doğrusu xüsusi bir dəvət, ya xəbərdarlıq almamışam. Ancaq Leyla Yunus həbs edildikdən sonra onun öz ofisində bununla bağlı toplantı barədə də mətbuatda belə bir informasiya getmişdi və mən həmin toplantıya da öz təşəbbüsümlə qatılmışdım. Məncə belə məsələlərdə xüsusi bir dəvət gözləmək də doğru deyil. Həmin gün Leyla Yunusun hüquqlarını müdafiəsi ilə bağlı xüsusi bir müdafiə komitəsinin yaradılması təşəbbüsü ilə çıxış edənlərdən biri də mən olmuşam və toplantının sonunda razılaşdırıldı ki, elə həmin tədbir Leyla Yunusun hüquqlarını müdafiə komitəsinin təsis yığıncağı və tədbir iştirakçıları da müdafiə komitəsinin üzvləri hesab edilsin. Odur ki, mən artıq həmin komitənin üzvüyəm. O da razılaşdırıldı ki, o günə qədər Leyla Yunusun da daxil olduğu QHT işçi qrupu müdafiə komitəsinin işçi qrupu sayılsın və komitənin toplantısını gözləməyərək müdafiə istiqamətində praktik iş aparsın.


“Leyla Yunusun hüquqlarını müdafiəsi ilə bağlı xüsusi bir müdafiə komitəsinin yaradılması təşəbbüsü ilə çıxış edənlərdən biri də mən olmuşam və toplantının sonunda razılaşdırıldı ki, elə həmin tədbir Leyla Yunusun hüquqlarını müdafiə komitəsinin təsis yığıncağı və tədbir iştirakçıları da müdafiə komitəsinin üzvləri hesab edilsin. Odur ki, mən artıq həmin komitənin üzvüyəm"


Yəqin sabahkı tədbirdə komitənin sədri də seçildikdən sonra müdafiə işi daha da güclənəcək. Mətbuatdan məlumdur ki, Leyla Yunusun ailə üzvləri də Milli Şuranın sədri prof. Cəmil Həsənlidən xahiş ediblər ki, müdafiə komitəsinə sədrlik etsin və o da razılaşıb. Məncə Cəmil müəllim kimi nüfuzlu bir şəxsiyyətin bu işin başında durması komitənin işinin gücləndirilməsi üçün olduqca böyük rol oynaya bilər və əminəm ki, onun sədrliyi müdafiə olunacaq. Eyni zamanda, 18 avqustdakı tədbir barədə gedən informasiyada komitənin siyasi məhbusların müdafiə komitəsi kimi elan olunacağı bildirilir ki, məncə bu da doğrudur. Leyla Yunusdan sonra onun həyat yoldaşı Arif Yunus, tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərli, tanınmış hüquqşünas İntiqam Əliyev və digərləri həbs edilib ki, demokratik qüvvələr və beynəlxalq təşkilatlar artıq onları siyasi məhbus kimi tanıyıb. Yəni belə bir ümumi hüquq müdafiə komitəsinin yaradılması həqiqətən zəruridir. Bilirsiniz ki, Müsavat başqanı İsa Qəmbər də belə bir müdafiə komitəsi yaradılması təşəbbüsü ilə çıxış etmişdi.

- Pənah bəy bir qədər qəribə situasiya yaranır. İki gün əvvəl KXCP qərargahında son həbslərlə bağlı Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradılmışdı və onun sədri də KXCP sədri Mirmahmud Mirəlioğlu seçilmişdi. Belə çıxmırmı ki, eyni işlə məşğul olmağa iki komitə və iki sədr iddia edir?

- Tamamilə düzgün olmayan bir qavrayışdır. KXCP qərargahındakı tədbirdə elan edilən qurum - elə əvvəlcədən şərtləşək ki, bu qurum təşkilat, siyasi blok, siyasi format, siyasi koalisiya deyildir – bir sahədə, hüquq müdafiə sahəsində əməkdaşlıq üçün siyasi partiyaların təsis etdiyi funksional birlikdir, bu gün konkret bir məsələ, ölkədə insan hüquq və azadlıqlar ilə bağlı siyasi partiyaların bir növ dəyirmi masasıdır və ya dəyirmi masa tipli təsisatıdır.

Siyasi partiyalar tərəfindən təsis olunmasına baxmayaraq, Mərkəz QHT, gənclik hərəkatı nümayəndələri, ümumiyyətlə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı üçün açıqdır. Əlbəttə, olduqca müxtəlif baxışlara malik, gizlətmək lazım deyil ki, biri –birinə münasibətdə ziddiyyətlər, problemlər olan siyasi partiya liderlərinin bu istiqamətdə hara qədər əməkdaşlıq edə biləcəyi haqqında indiki məqamda proqnoz vermək asan deyil. Ümumiyyətlə prosesin konturları iştirakçılara da tam aydın deyil və bəzi məsələlər prosesin gedişində müəyyənləşəcək. Ancaq indidən həmin prosesin əhəmiyyətli olduğu aydın görünür.

“Son repressiya və həbslər, müstəqil mətbuatın və QHT sektorunun faktiki olaraq məhv edilməsi cəmiyyətdə keyfiyyətcə yeni ictimai- siyasi situasiya yaratmışdır... İqtidarın demokratik qüvvələr qarşısında qoyduğu çağrılara adekvat cavab tapılmalıdır"


KXCP qərargahındakı birinci toplantıya dövlət qeydiyyatında olan 9 partiyanın sədri qatılmışdı. Bu son 3 ildə ilk belə hadisədir. Ayın 15- də keçirilən ikinci toplantıya isə biri qeydiyyatda olmasa da, qurultay keçirmiş və strukturlara malik qurum kimi qəbul edilən partiya olmaqla, 14 siyasi partiya sədri qatılmışdı. Elə ilk toplantı məncə ciddi nəticə ilə yekunlaşdı. Siyasi partiyalar Leyla Yunus və Rəsul Cəfərovun hazırladıqları 98 nəfərlik siyasi məhbus siyahısını dəstəklədiklərini bəyan etdilər.

Bununla da əslində vətəndaş sektorunda siyasi məhbus siyahısı ətrafında gedən diskussiyalara son verilmiş hesab etmək olar. İqtidarın bu siyahı ətrafında guya demokratik qüvvələr arasında fikir ayrılığı olması haqqında dediklərini heç kəs ciddiyə almaz. Şübhəsiz, siyasi partiyaları son repressiyalar, həbslər bir araya gətirdi. Eyni zamanda, siyasi partiyaların fəallaşması, onların resurslarının, demokratik müqavimət üçün, o cümlədən həbs olunan, repressiyaya uğrayan şəxslər naminə səfərbər olunması siyasi məhbusların hüquqi müdafiəsi üçün olduqca zəruridir və açıq demək lazımdır ki, bunsuz ciddi müdafiə mümkün deyildir. İndi deyəcəklərim mənim şəxsi fikirlərimdir.

“İndi tutaq ki, Qüdrət Həsənquliyev və ya Fəzail Ağamalı gəlib vahid məhbus siyahısına imza atsalar, biz deməliyik ki, atmayın, siz müxalifət barədə rəyi qarışdırmaq istəyirsiniz? Belə cahillik olmaz axı!"


Son repressiya və həbslər, müstəqil mətbuatın və QHT sektorunun faktiki olaraq məhv edilməsi cəmiyyətdə keyfiyyətcə yeni ictimai- siyasi situasiya yaratmışdır. Bu yeni situasiyanın öz reallıqları vardır. İqtidarın demokratik qüvvələr qarşısında qoyduğu çağrılara adekvat cavab tapılmalıdır. Bu adekvat cavab siyasi proseslərin əsas subyektləri və cəmiyyətin demokratik potensialının əsas resurslarını özündə cəmləşdirən siyasi partiyaların fəallaşmasından, o cümlədən repressiyalara qarşı və hüquq və azadlıqlar uğrunda mübarizənin ağırlığını öz üzərinə götürməsindən keçir. Başa düşmək lazımdır ki, son yaranmış vəziyyətin əsas səbəblərindən biri siyasi partiyaların proseslərdən kənarda qalmasıdır və ya buna məcbur edilməsidir. Odur ki, bu məsələləri biri birinə qarşı qoymaq kökündən yanlışdır və zərərlidir, həm də bu gün həbsə alınmış siyasi məhbusların taleyi baxımından zərərlidir.

- Hər halda belə bir fakt ortadır ki, siyasi müxalifət, müxalif fikirli hüquq müdafiəçiləri hətta siyasi məhbus məsələsində, həbsə alınan şəxslərin müdafiəsi kimi məsələlərdə də bir araya gələ bilmirlər. Biri- birinə qarşı ittihamlarla çıxış edirlər. Konkret olaraq bir kəsim müxalif qrup iddia edir ki, bəziləri siyasi məhbus məsələsindən müxalifət sıralarına girmək üçün istifadə etməyə səy göstərirlər və buna yol vermək olmaz, onları ifşa etmək lazımdır və s.

- Məncə bu deyişmə, dedi - qodu müvəqqətidir və ən yaxın zamanda keçəcək. Mən ziddiyyətləri dərinləşdirməmək üçün kəskin ifadələr işlətməkdən çəkinirəm. Hesab edək ki, bu siyasi təcrübəsizlikdən irəli gələn məsələdir. İndi tutaq ki, Qüdrət Həsənquliyev və ya Fəzail Ağamalı gəlib vahid məhbus siyahısına imza atsalar, biz deməliyik ki, atmayın, siz müxalifət barədə rəyi qarışdırmaq istəyirsiniz? Belə cahillik olmaz axı! Ümumiyyətlə isə bu cür spekulyasiyalara yol verməmək üçün biz KXCP- dəki tədbirdə razılaşdıq ki, baxmayaraq ki, orda toplanan siyasi partiyaların demək olar ki, hamısı müxalifətdə olan və ya müxalifətdə olduğunu bildirən partiyalardır, müxalif siyasi partiyalar yox, siyasi partiyalar terminindən istifadə edək. Məsələn, İntiqam Əliyevin müdafiəsi ilə bağlı bəyanat, vahid siyasi məhbus siyahısının dəstəklənməsi bəyanatı siyasi partiyaların adından verilib.

Sonda demək istəyirəm ki, son repressiyalar və həbslər məqsədinə çata bilməz. Azərbaycanı bəzilərinin hesab etdiyi, bəzilərinin ehtiyat etdiyi kimi Şimali Koreyaya çevirmək mümkün deyil və mümkün olmayacaqdır. Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının demokratik potensialı , demokratik müqavimət gücü buna yol verməyəcəkdir və cəmiyyətdə ən yaxın müddətdə əks meyllərin və tendensiyaların şahidi olacağıq. Əlbəttə ki, bunun üçün iş, Iş, iş, mübarizə, mübarizə və yenə də mübarizə lazımdır.

Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Baş prokuror: “Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır”

    Baş prokuror: “Leyla Yunusa təzyiq edilməsi ...

    1-10-2014, 11:49

  • 
  • Leyla Yunus görüşə gələ bilmədiyini yazıb

    Leyla Yunus görüşə gələ bilmədiyini yazıb ...

    23-09-2014, 13:29

  • 
  • Leyla Yunus İstintaq İdarəsinə aparıldı

    Leyla Yunus İstintaq İdarəsinə aparıldı ...

    29-04-2014, 10:08

  • 
  • Leyla Yunus MTN-in təcridxanasına köçürüldü

    Leyla Yunus MTN-in təcridxanasına köçürüldü ...

    20-10-2014, 11:16

  • 
  • Leyla Yunusu həbsxanada döyüblər

    Leyla Yunusu həbsxanada döyüblər ...

    24-09-2014, 16:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu