Təhsil Naziri Mikayıl Cabbarov S.C Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına yeni direktor təyin edib gundemxeber.az-nun qafqazinfo-ya istinadən verdiyi məlumata, artıq yeni direktor Səbinə Turabova kollektivə və şagirdlərə təqdim olunub. 29 yaşlı S. Turabova Azərbaycanda ən gənc məktəb direktoru sayıla bilər.
“Qafqazinfo”ya açıqlamasında yeni direktor deyib ki, belə bir təyinat alacağından əvvəlcədən xəbəri olmayıb: “Bundan öncə Gimnaziyada Təmayül Fənnlər üzrə direktor müavini idim. Bir gün Təhsil Nazirliyindən ev telefonuna zəng gəldi və nazirliyə çağırıldım. Səbəbini soruşanda dedilər ki, sizə vəzifə həvalə olunub. Hazırda direktorluq fəaliyyətimlə yanaşı, ingilis dili müəlliməsi kimi də işimi davam etdirirəm”.
Yeni direktor bildirib ki, o məktəbdə ilk növbədə ciddi nizam-intizam qaydalarına önəm verəcək: “Daha ciddi rejimdə çalışacağıq. Bütün şagirdlər nazirliyin tətbiq etdiyi məktəbli formalarında dərsə buraxılacaqlar. Şagirdlərin və müəllimlərin dərsə gecikmə hallarının qarşısı alınacaq. Keyfiyyətli təhsilin başlanğıcı nizam-intizamdan başlayır. Ən əsası da təhsilin keyfiyyətinin yüksəldilməsinə çalışacağıq. İldə bir neçə dəfə imtahanlar keçiriləcək. Yenilik ancaq savadlı kadrların yetişdirilməsinə çalışmaq olacaq. Şagird məktəbə formal olaraq gəlib getməməlidir. Gimnaziya ilə bağlı əsas istəyim millətimizə, gələcəyimizə yararlı uşaqlar yetişdirməkdir”.
Turabova Gimnaziyanın binasının təmir olanacağına ümid etdiyini də bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?