GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gülər Əhmədovayla bağlı daha bir pul qalmaqalı

Gülər Əhmədovayla bağlı daha bir pul qalmaqalı

Tarix: 22-01-2013, 09:30 Bölmə :Manşet Baxış: 2 099
Gülər Əhmədovayla bağlı daha bir pul qalmaqalı

Ramiz Mehdiyev, Bəylər Əyyubov və Vasif Talıbov və
qeyrilərinın adlrarı çoxmilyonlu tikinti maxinasiyaslnda


Artıq uzun müddətdir ki, bəzi tikinti şirkətlərinin adları müxtəlif səpkili fırıldaqlarda hallandırılır. Ötən ilin ortalarında “Kamran B.Ə.” MMC tikinti şirkətinin adı da bu siyahıya əlavə edilmişdi. Vətəndaşları aldadaraq külli miqdarda vəsait mənimsədiyi iddia edilən bu tikinti şirkətinin arxasında da bir qrup səlahiyyətli şəxslərin dayandığı söylənilir. Ona görə də zərərşəkmişlər bu günə qədər nə pulunu bəribaşdan ödədikləri mənzillərini, nə də öz halal vəsaitlərini geri ala bilrlər. Nə qədər qapı-qapı gəzsələr də, öz haqlarının müdafiəsinə qalxsalar da, istədiklərinə nail ola bilmirlər…
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kamran B.Ə.” MMC-nin vəzifəli şəxslərinin cəmiyyətin payçılarının vəsaiti hesabına inşa edilmiş çoxmərtəbəli binada mənzilləri aldatma yolu ilə 291 şəxsə təkrarən satmaqla külli miqdarda özgə əmlakını ələ keçirmələri faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Dələduzluq yolu ilə talanan 6 milyon manat

Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Yasamal rayonu ərazisində tikilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilmiş 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Bundan başqa “Kamran B.Ə.” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ə.Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

İşin başında yüksək rütbəli polis durur

İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunub. Bundan başqa zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilib digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub. İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş Ə.Babayevə, G. Hüseynova və R.Nağıyevə CM-in 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), S.Əliyevə CM-in 178.3.2, 308.2 və 313-cü, K.Quliyevə isə CM-in 178.3.2-ci maddələrində nəzərdə tutulan ittihamlar elan edilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Məlumat üçün bildirək ki, Ələkbər Babayevin uzun illər Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışdığı və hətta Bakı şəhərində Polis Bölməsinin rəisi vəzifəsini daşıdığı da bildirilir. Sonradan Ə.Babayev ofisi Yasamal rayonunda yerləşən ”Kamran B.Ə.” MMC-ni təsis edərək, tikinti işləri ilə məşğul olmağa başlayıb. Tikinti də elə bu ərazidə – Yasamal rayonu, III Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, 34 B ünvanında aparılıb…

Fırıldaqçı şirkətin himayədarı-Gülər Əhmədova

İşin maraqlı tərəfi budur ki, sabiq millər vəkili Gülər Əhmədova fırıldaqçılıqla məşğul olan “Kamran B.Ə” MMC-nin arxasında dayanan fiqurlardan biri kimi təqdim olununr.. Xanım Əhmədova ilə MMC-nin təsisçisi, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə həbs olunan Ələkbər Babayev arasında xeyli zamana dayanan işgüzar münasibətlər olub. Bu cür irimiqyaslı işə başlayarkən Ələkbər Babayev “Azəriqazbank”dan 2 milyon manat kredit götürüb. Krediti əldə etmək üçünsə Gülər Əhmədova zamin dayanıb. Amma kredit vəsaiti tam xərclənsə də, banka ödənəcək nəinki kredit faizi, hətta əsas məbləğin özü də qaytarılmayıb. Bank bu məsələ ilə bağlı prokurorluğa müraciət edib. Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi “Azəriqazbank”ın çoxsaylı şikayətləri əsasında, iyunun 21-də Bakı Istintaq Təcridxanasında saxlanılan Ələkbər Babayevlə Gülər Əhmədovanı üzləşdirməyə cəhd edib. Lakin o zaman Gülər Əhmədova deputat səlahiyyətlərindən istifadə edərək, üzləşməyə gəlməkdən imtina edib.

İsfəndiyar Axundov və himayədarları

Araşdırmalar zamanı istər adı çəkilən şirkət, istərsə də eyni binanı daha sonra “Kamran B.Ə”dən alaraq satışa çıxaran “Şərur MTK”nın arxasında müxtəlif dövlət məmurlarının adı çıxır. “Şərur MTK”nın sahibi Isfəndiyar Axundov “Kamran B.Ə”nin tikdiyi və bir neçə payçıya satdığı mənzilləri yenidən bazara başqa şərtlərlə çıxarıb. Faktlar açıq-açığına ortada olsa da I.Axundovun məsuliyyətə cəlb olunması mümkün olmayıb. Hətta bu işlə məşğul olan müvafiq dövlət qurumları belə etiraf edirlər ki, Isfəndiyar Axundov işlərini elə qurub ki, onun istintaqa cəlb olunması qeyri-real görünür. Lakin məlum olan odur ki, ”Kamran B.Ə"nin inşa etdiyi binanı daha sonra zəbt edən “Şərur MTK” onsuz da bir neçə nəfərə satılan mənzilləri yenidən başqa payçılara satıb. Bu zaman da bir mənzil bir neçə nəfərə tamamilə başqa şərtlərlə satılıb. Bu şirkətlərin arxasında dayanan şəxslərin adlarına gəlincə, onlar sırasında ən yüksək dövlət məmurları var. Bu məmurlar Ramiz Mehdiyev, Bəylər Əyyubov və Vasif Talıbovdur. Azərbaycanda bu cür addımları hökumətdən ciddi dəstək olmadan atmaq mümkün deyil.
Məlumat üçün bildirək ki, ümumilikdə “Kamran B.Ə” MMC-yə qarşı 96 iddia qaldırılıb. Amma MMC-nin fəaliyyətindən ziyan çəkənlərin sayı 300 nəfərə qədərdir. Yayılan məlumatlara görə, hazırda saxlanılan “Kamran B.Ə”nin rəhbərliyinin əmlakı 1.5 milyon manat məbləğində dəyərləndirilib və bu əmlak hərac vasitəsilə satıldıqdan sonra zərərçəkənlərin pulları qaytarılmalıdır.
Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tikinti şirkətinin vəzifəli şəxsi barədə cinayət işi  məhkəməyə göndərilmişdir

    Tikinti şirkətinin vəzifəli şəxsi barədə cinayət ...

    30-03-2015, 12:03

  • 
  • Tikinti şirkətinin təsisçisi həbs edildi

    Tikinti şirkətinin təsisçisi həbs edildi ...

    24-10-2013, 17:37

  • 
  • Daha bir tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub

    Daha bir tikinti şirkətinin rəhbəri barəsində ...

    1-07-2015, 09:57

  • 
  • Tikinti kooperativinin rəhbərinin qanunsuz  əməlləri ifşa edilmişdir

    Tikinti kooperativinin rəhbərinin qanunsuz ...

    4-03-2015, 12:15

  • 
  • Baş Prokurorluq tikinti şirkətinin fırıldağını ifşa etdi

    Baş Prokurorluq tikinti şirkətinin fırıldağını ...

    6-05-2013, 21:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu