Partiya yüz ölçüb bir biçəndən sonra millətin mənafeyinə uyğun qərar verəcək... Moderator.az Müsavat funksioneri Gülağa Aslanlıya aşağıdakı sualla müraciət edib:
Milli Şura ilə münasibətləri bərpa etmək üçün top indi Müsavatın meydanındadır. 12 oktyabr mitinqinə qatılmaqla Arif Hacılı başda olmaqla Müsavat rəhbərliyi tarixi bir gediş edərək münasibətlərdəki soyuqluğu aradan qaldıra bilər. Şəxsən Sizin mövqeyiniz bu məsələdə necədir? 12 oktyabr mitinqinə qatılacaqsınızmı?
G.Aslanlının cavabından belə anlaşılıb ki, müsavatçılar 12 oktyabr mitinqinə qatıla bilərlər:
"Bu məsələni birlikdə partiya rəhbərliyi ilə müzakirə edib qərar verəcəyik. İndiki həssas dönümdə səhv addım ata bilmərik. Yüz ölçüb bir biçməyi bacarmalıyıq. İnşaallah qərarımız millətin mənafeyinə uyğun olacaq."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?