gundemxeber.az FHN-in saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişini çıxaıblar. Qəzaya düşənlərin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.
Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 07:30-da başa çatıb.
Anspress-in məlumatına görə, qəzaya düşənlər zəvvarlar olub. Onlar Məşhəd şəhərinə gedirmişlər.İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?