GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısı və general sakinlərin gününü qara edib

İcra başçısı və general sakinlərin gününü qara edib

Tarix: 27-10-2014, 09:08 Bölmə :Manşet Baxış: 1 277
Xətai rayonunda uşaq bağçası adı ilə qanunsuz bina tikintisi aparılır, icra hakimiyyətinin verdiyi sərəncamın icrasına məhkəmə qadağa qoyub; sahibkar isə himayəçisinə güvənir...
Xətai rayonu, Xudu Məmmədov küçəsi - 33 ünvanında aparılan tikinti sakinlərin rahatlığını pozub. Belə ki, bu ünvanda sakinlər yaşadığı binanın qarşısındakı istirahət parkını məhv edib, bina inşa edirlər. Elşən Orucov adlı fiziki şəxs aylardır vətəndaşların gününü qara edib.

Bina sakinləri deyirlər ki, əvvəlcə onları aldadıblar. Narazıları sakitləşdirmək üçün ərazidə bağça tikintisi nəzərdə tutulduğu söylənilib. Hətta buna dair Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) bu ilin iyunun 2-nə olan tarixlə tikintiyə razılıq sənədini göstəriblər, “Cücələrim” adlı uşaq bağçasının maketini təqdim ediblər. Lakin bir müddət sonra Xətai Rayon İcra Hakimiyyətinin icazə verdiyi tikinti ilə bağlı həm qanunsuzluq, həm də saxtakarlıq üzə çıxıb.
Tikinti gedən ərazidəki məhəllə sakinlərinə yaxınlaşan kənar şəxslər onları “makler” zənn edib. Vətəndaşlar inşa olunan bu binada mənzillərin kvadratının neçəyə satılması ilə maraqlanıblar. Elə bu zaman E.Orucov adlı şəxsin heç də uşaq bağçası yox, onların binasının ağzında, zəbt edilən istirahət parkının yerində yaşayış binası tikdirdiyi aydınlaşıb.
Sakinlər hazırda yarımçıq tikili olan bu binanın 4-mərtəbəli yaşayış binası olacağını təsdiqləyən maketi də əldə ediblər.

Üstəlik, bir müddət əvvəl Xətai RİH-nin memarı Vadim Surxayev vətəndaşların şikayəti ilə bağlı ANS-ə deyib ki, ərazi fiziki şəxs tərəfindən alınıb, iki mərtəbəli bağça tikiləcək.
Ancaq görünən budur ki, həm Xətai rayon rəhbərliyi, həm tikintini aparan şəxs sakinlərə kələk gəlib, onlara yalan danışıblar. Bu faktın üstü açılandan sonra sözügedən ünvanda yaşayan sakinlər hüquqi müstəvidə mübarizə aparmağa başlayıblar.

Şikayətçilərin “Yeni Müsavat”a dediyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunub. Müraciətə verilən cavabda qeyd olunub ki, sözügedən ərazidə tikinti aparılmasından məlumatsızdırlar və tikinti obyektinin layihəsinə komitə tərəfindən rəy verilməyib. Eyni zamanda komitə BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktub göndərərək tikintinin dayandırılması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş edib.
Ancaq məsələ bunun bitməyib. E.Orucov “yuxarı”ları razı saldığına görə tikintini davam etdirib, binanın iki mərtəbəsini yarımçıq da olsa qaldırıb, vətəndaşların isə davamlı narazılıqlarına baxmayaraq iş icraçıları onlara hədə-qorxu gəlməkdən belə çəkinməyiblər.
Şikayətçilərin sözlərinə görə, onlar 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iş qaldırıblar. İddia ərizəsində tikintinin dayandırılması və sökülməsi tələb olunub. Məhkəmə vətəndaşların vəsatətini təmin edərək tikintinin dayandırılması barədə qərardad çıxarıb, Xətai RİH-nin sərəncamını icrasını qadağan edib.

Sakinlər bildirir ki, tikinti işləri hələlik dayansa da, E.Orucov heç kəsdən qorxmadığını və binanı tikəcəyini bəyan edib. Şikayətçilər deyir ki, tikintinin sahibi gənc bir oğlan olsa da, əslində sənədlərdə tikinti onun adına rəsmiləşdirilib. Onlar iddia edirlər ki, bu binanın inşasını yüksək rütbəli məmur, Fövqəladə Hallar Nazirliyindəki bir general həyata keçirir.
Xətai RİH və BŞİH-dən tikintiyə icazəni də adı açıqlanmayan general əldə edib. Lakin vətəndaşlar tikinti normativlərinə uyğun iş aparılmadığını söyləyirlər. Onların sözlərinə görə, əslində onların yaşadığı bina ilə həmin tikinti arasındakı məsafə o qədər yaxındır ki, normativlərə uyğun deyil. Tikinti ilə bina arasında azı, 15 metr olmalıdır, ancaq arada 11, 5 metr fərq var.

Sakinlərin sözlərinə görə, yaşıllıq məhv edilib, uşaqların oynamasına yer qalmayıb: “Bizim uşaqlar burada oynayırdı, yaşıllıq var idi. Parkda ”besetka"ları, yelləncəkləri məhv elədilər. Burada bina tikilsə, necə nəfəs alacağıq? Xətai İcra Hakimiyyəti əvvəl işi saxladı, camaat etiraz etdi, yenə iş dayandı, sonra yenidən tikməyə başladılar. Deməli, qanunu ayaq altına atıb tapdalayırlar. Heç kəs burda yaşayan insanların fikirləşmir. Öz maraqları naminə bizim rahatlığımızı qurban verirlər. Məhkəmənin tikintini dayandırmaq haqda qərarı var. Tikinti dayansa da, bu şəxs fikrindən daşınmayıb. O, arxasında himayəsi olduğunu bildirir. Elşən Orucovun dalında general durub. Biz isə qanunlarla mübarizə aparacağıq. Tələb edirik ki, bina sökülsün. Bu şəraitdə yaşamaq mümkün deyil. O bina ucaldılsa, bizim qarşımızı kəsəcək və hava almaq olmayacaq..."

Sakinlər “Yeni Müsavat” vasitəsi ilə Xətai rayon rəhbərliyinə müraciət etdilər. Onlar qanunsuz tikintinin dərhal ləğvini istəyirlər. “Bu ərazidə idman meydançası olub, yaşıllıq salınıb. Ancaq Elşən Orucov ərazini zəbt edib. Bizim uşaqlar bəs harada istirahət etsinlər? Yeni bina az qala bizim binaya bitişsin. Belə qanunsuzluq heç yerdə görünməyib. Xətai Rayon İcra Hakimiyyətinin verdiyi sərəncamın icrasına məhkəmə qadağa qoyub. Deməli, qanunsuz tikinti aparıldığı təsdiqlənib. Amma tikinti sahibi deyir ki, hamı ilə ”hesablaşıb", heç kimdən qorxmur. Bəs biz nə edək?" - deyə şikayətçilər sual edirlər.

Bu sualın cavabını isə cavabdeh şəxslər daha yaxşı bilər...
İcra başçısı və general sakinlərin gününü qara edib
İcra başçısı və general sakinlərin gününü qara edib
İcra başçısı və general sakinlərin gününü qara edib
İcra başçısı və general sakinlərin gününü qara edib
İcra başçısı və general sakinlərin gününü qara edib
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • İcra başçısından Prezidentə şikayət: “Budurmu xalqa xidmət?”

    İcra başçısından Prezidentə şikayət: “Budurmu ...

    24-02-2014, 16:22

  • 
  • Xətai rayonunda yaşıl soyqırım

    Xətai rayonunda yaşıl soyqırım ...

    5-02-2014, 22:25

  • 
  • İcra başçısının bina üzləmək marağı: həm də üçüncü dəfə eyni binaları – FOTOLAR

    İcra başçısının bina üzləmək marağı: həm də ...

    16-02-2016, 16:16

  • 
  • Bakı Meri Yasamalda söküntü işlərinə başladı

    Bakı Meri Yasamalda söküntü işlərinə başladı ...

    20-08-2015, 15:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu