GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məmurların polis övladları...

Məmurların polis övladları...

Tarix: 29-10-2014, 11:30 Bölmə :Manşet Baxış: 4 430
Məmurların polis övladları...
Yüksək vəzifə sahibi olan məmurlarla bağlı məlumatlar hər zaman cəmiyyətin marağındadır. Nazirlər, komitə sədrləri, icra başçıları kimi yüksək çinli məmurlarının qohumları, övladları haqda tez-tez mətbuatda məlumatlar tirajlanır, onların gündəlik həyatı, tutduğu vəzifələr insanlar arasında müzakirə mövzusuna çevrilir.

Müşahidə etsək görərik ki, ölkəmizdə məmur övladlarının böyük hissəsi polis və prokurorluq orqanlarında çalışırlar. Belə nəticəyə gəlmək olar ki, adi insanlar kimi məmurların bir çoxu da övladlarını hüquq mühafizə orqanlarında görməyi arzulayır.

Azvision.az bu dəfə məmur övladlarının hansı polis bölmələrində və prokurorluq orqanlarında işlədiklərini araşdırıb.

Bu günlərdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə rəis təyin olunub. Yeni təyinat alan polis polkovnik-leytenantı V.Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

İşdən azad olunan 8-ci Polis Bölməsinin rəisi Yaşar Həsənov isə Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəisi Münasib Həsənovun oğludur.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu və qardaşı oğlu hüquq mühafizə orqanlarında çalışır. Nazirin oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır. Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov isə Y.Camalovun qardaşı oğludur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun oğlu Emin Həsənov da polis orqanlarında çalışır. “Qaçqınkom” sədrinin oğlu zabit kimi məsul vəzifə tutur.

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovunoğlu Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakimdir. Keçmiş rəisin oğlu 2001-2004-cü illərdə Respublika Apellyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışıb.

2004-2007-ci illərdə isə Respublika Apellyasiya Məhkəməsinin İcra şöbəsində icra məmuru işləyib. Daha sonra 2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin İcra şöbəsində böyük icra məmuru vəzifəsini tutub. Rauf Əhmədov 2010-cu ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb. O, hazırda da həmin vəzifədə çalışır. Keçmiş Təhsil naziri Misir Mərdanovun oğlu Rizvan Mərdanov polis zabitidir.

Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayevbir vaxtlar prokukorluq orqanlarında çalışıb.

R.Babayev əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. Sonrada vəzifəsində uzaqlaşıb. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışır.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavinidir. Həmçinin nazirin qohumuArzuman Əliyev DİN Pasport İdarəsinin rəisi vəzifəsində işləyir.

Millət vəkili Aqil Abbasın oğlu Tuncay Abbasov da yüksək çinli polis əməkdaşıdır. T.Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.

Bir il öncə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə rəis təyin olunub. Rəis müavini vəzifəsindən 6-cı Polis Bölməsinə rəisi vəzifəsinə təyin olunan R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.

Yasamal rayon Yol Polis şöbəsinin rəisi Elşad Məmmədov Milli Məclisin üzvü, deputat Elman Məmmədovun oğludur.

Qaradağ rayon 10-cu polis bölməsinin rəisi Xəlil Bayramov isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.

Xətai rayon 34-cü polis bölməsinin rəisi İsfəndiyar Mehbalıyev Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Səttar Mehbalıyevin oğludur. Belə ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin bazası əsasında Pirallahı rayon Polis Şöbəsi yaradılıb və İ.Mehbalıyev ora polis rəisi təyin edilib. O, buna qədər Nərimanov rayon prokurorunun müavini işləyib. Lakin 2006-cı ildə prokurorluq orqanlarından uzaqlaşıb və 2008-ci ildə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə rəis təyin olunub.

Hazırda isə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə rəis gətirilib.
Bu ilin may ayında Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. C.Əmirov buna qədər Yasamal rayon 26-cı polis bölməsinin rəisi olub. O, Vergilər nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar

    Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar ...

    21-10-2015, 16:20

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45

  • 
  • Azərbaycanda nazirin qardaşı oğlu işdən çıxarıldı

    Azərbaycanda nazirin qardaşı oğlu işdən çıxarıldı ...

    8-01-2016, 18:19

  • 
  • Ramil Usubov yeni polis rəisləri təyin etdi - siyahı

    Ramil Usubov yeni polis rəisləri təyin etdi - ...

    24-05-2016, 23:05

  • 
  • Nardaranda yeni polis bölməsi tikilib

    Nardaranda yeni polis bölməsi tikilib ...

    24-12-2015, 21:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu