ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəməsi ilə bağlı iddialara aydınlıq gətirib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CNN kanalına verdiyi müsahibədə vitse-prezident bu iddiaları təkzib edib: “Ondan heç vaxt üzr istəməmişəm. Onu yaxşı tanıyıram, yaxşı yola gedirəm. Zəng etdim dedim ki, dediklərim haqqında sənə bildirilənlər doğru deyildir”.
Qeyd edək ki, Co Bayden bölgədə Türkiyə də daxil olmaqla ABŞ müttəfiqlərini İŞİD-ə görə məsuliyyət daşıdığını bildirmişdi. Buna cavab olaraq isə Ərdoğan “Əgər Co Bayden belə danışıbsa, mənim üçün bitər” – deyə bildirmişdi.
Sorğu
Yeni dizaynımız necədir?