Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifədən azad edilib
"Ucnoqta.az" saytının əməkdaşı Daxili İşlər Naziliyindəki kadr dəyişiklikləri ilə bağlı KİV-də yayılan məlumatı dəqiqləşdirmək üçün DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. O açıqlamasında KİV-də yazılan dəyişikliklərin olduğunu desə də, ətraflı məlumat verməyəcəyini deyib. ***
Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mənbələrdən aldığı məlumata görə, BŞBPİ-nin keçmiş rəisi Rafiq Abbasov nazir Ramil Usubovun əmri ilə nazirliyin Kadrlar İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev "bandotdel"in rəisi təyin edilib. "Bandotdel"in əvvəlki rəisi Mirqafar Seyidov isə "qorotdel"ə rəis göndərilib.
Qeyd edək ki, bir neçə gün öncə nazir müavini Əsgər Ələkbərov pensiya yaşının çatması ilə bağlı vəzifəsindən azad olunub. Onun yerinə Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyinat alıb. Kadrlar İdarəsinin rəisi postu bir neçə gün idi boş idi.
***
Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasovu vəzifəsindən azad edilib.
Avropa.info-nun məlumatına görə, bu barədə “qafqazinfo”ya məlumat DİN-dən daxil olub. Məlumata görə, R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunub.
Bakı polisinin yeni rəisi vəzifəsinə isə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyinat alıb.
Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.
***
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov xəbərlə bağlı modern.az saytına bildirib ki, nazirliyinin informasiya şöbəsinə bu barədə məlumat daxil olmayıb. “Bizdə belə bir məlumat yoxdur. Olsa niyə gizlədim ki?”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif də bu barədə hər hansı informasiyaya sahib olmadığını vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?