GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » 134 və 132 saylı təhsil kompleksində misli görünməmiş rüşvət bazarı

134 və 132 saylı təhsil kompleksində misli görünməmiş rüşvət bazarı

Tarix: 14-11-2014, 23:55 Bölmə :Manşet Baxış: 0
134 və 132 saylı təhsil kompleksində misli görünməmiş rüşvət bazarı
Bakının 2010-cu ildə əsaslı təmiri başa çatdırılaraq yenidən istifadəyə verilən Səbail rayonu 132-134 nömrəli təhsil kompleksinin adı da son vaxtlar ölkə mətbuatında tez-tez hallanır. Qeyd edək ki, metronun “İçərişəhər” stansiyası yaxınlığında yerləşən 132 və 134 saylı məktəblər bir-birinə bitişik binada yerləşirdilər.

134 saylı məktəbin direktoru Sara Xanlarova, 132 saylı məktəbin direktoru isə Aliyə Təhmasib idi.

Sonradan Təhsil Nazirliyinə ayrılan investisiya vəsaiti hesabına 132 və 134 saylı məktəblər əsaslı təmir olundu. Təmirdən sonra isə məktəblərin birləşdirilməsi haqqında göstəriş verildi, Aliyə Təhmasib işdən çıxarılaraq, iki məktəbin birləşdirilməsi nəticəsində yaranan Beynəlxalq Təhsil Kompleksinin direktoru vəzifəsinə Sara Xanlarova təyin olundu.

Lakin məhz bu hadisədən sonra müxtəlif mənbələrdə, mətbuatda məlumatlar yayılmağa başladı ki, həmin təhsil kompleksində rüşvət alma halları çoxalıb.

Belə ki, bəzi qaynaqların təqdim etdikləri məlumatlarda da bildirilirdi ki, bu təhsil kompleksində Azərbaycan dili bölməsinə birinci sinfə qəbul üçün 2000-2500 manat, rus dili bölməsinə isə 3000 manat pul ödəmək tələb olunur. Digər tərəfdən isə olduqca müasir üslubda təmir olunan təhsil kompleksi əksər valideynlər üçün cəlbedici olduğundan bu gün həmin təhsil kompleksinin birinci siniflərinə az qala ali məktəblərdə olduğu kimi qəbul imtahanları keçirilir.

Bu il dərs ilinin başlaması ilə həmin təhsil kompleksi ilə bağlı yayılan digər bir xəbər isə burada xüsusi olaraq yaradılmış fransız təmayüllü 2 eksperimental sinfə şagirdlərin rüşvət əsasında qəbul edilməsindən ibarətdir.

Redaksiyamıza valideynlərdən daxil olan məlumatda bildirilir ki, bu gün həmin təhsil kompleksində fransız modeli əsasında fəaliyyət göstərən 2 eksperimental sinfə şagird qəbulu üçün ayrıca rüşvət vermək lazımdır.
134 və 132 saylı təhsil kompleksində misli görünməmiş rüşvət bazarı
Valideynlərin sözlərinə görə, məktəb rəhbərliyi guya həmin siniflərə qəbulun rüşvətsiz olmasını, orada yalnız istedadlı uşaqların qəbul edildiyni bildirsə də, hansısa qəbul imtahanlarının keçirilməsindən söhbət belə getmir. Uşaqlar həmin siniflərə valideynlərinin təklif etdikləri rüşvətin məbləğindən asılı olaraq qəbul oluna bilirlər.

Marka.az bildirir ki, bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasına görə, ölkədə təhsil pulsuz olsa da, həmin məktəb dövlətin balansında olsa da, həmin 2 xüsusi sinifdə oxuyan şagirdlərin valideynləri hər ay məktəbə 400 manat məbləğində rüşvət ödəməlidirlər. Bu vəsait heç bir yerdə qeydə alınmır və yalnız məktəb rəhbərliyinin cibinə axır, bunu narazı valideynlər bildirirlər.

Məsələ ilə bağlı açıqlama verən 134 saylı məktəbin direktoru Sara Xanlarova isə yayılan bütün məlumatların yalan olduğunu iddia edir:

“Bu kompleksin daxilinə iki müəssisə birləşib – 57 saylı uşaq bağçası və 134 saylı orta məktəb. Bizim bir layihəmiz var. Biz həmin layihəni 2004-cü ildən həyata keçiririk. Bu kompleks hazırda həmin o fransız modeli olan “Ana məktəbi” layihəsindən ibarətdir. Bu, iki proqram üzrə nəzərdə tutulub. Bir proqram 3 yaşından 6 yaşınadək, digəri isə 5-6 yaşında birillik intensiv proqramdır.
134 və 132 saylı təhsil kompleksində misli görünməmiş rüşvət bazarı
Həmin ekspertimental siniflərə daxil olanlar məhz tərəfimizdən hazırlanan uşaqlardır. Belə ki, “Ana məktəb” layihəsi çərçivəsində hazırladığımız uşaq 6 yaşında məktəbə gedəndə artıq ingilis və fransız dillərində sərbəst danışa bilir. Biz bu uşaqları altı yaşına qədər hazırlayırıq və yalnız həmin uşaqları ikidilli eksperimental sinfə qəbul edirik.

Həmin eksperimental siniflər ikidillidir – belə ki, günün birinci hissəsində uşaqlar tədrisi proqram dili əsasında, deyək ki, rus dilində keçirlər. Sonradan isə - günün ikinci yarısında riyaziyyat, fizika kimi dərsləri həm də ingilis dilində öyrənirlər. Biz kənardan ora heç bir uşaq qəbul edə bilmirik, çünki onlar proqrama uyğun deyillər”.

Valideynlərdən dövlət məktəbində təhsil üçün 400 manat pul alınması ilə bağlı məlumata gəldikdə isə, Sara Xanlarova bunları deyib:

“Uşaqların məktəbə gəlməsi, 2 xarici dilin öyrədilməsi, bədii gimnastika məşqləri məktəb hovuzundan istifadə - həmin 400 manatın içinə nə daxil olduğu tam hesablanıb. Valideyn bilir ki, uşağı burada 4 dəfə yeməklə təmin olunur, xaricdən müəllim dəvət olunur və bu xərclərə nə daxildir. Valideynlərdən alınan həmin vəsaitin həcmi və nəyə sərf olunduğu Təhsil Nazirliyinə də məlumdur və burada hansısa başqa iddialardan söhbət gedə bilməz”.

S.Xanlarovanın sözlərinə görə, uşaqların qəbulunda 2 əsas meyar var:

“Birincisi uşaqların fiziki sağlamlığıdır. Belə ki, bu eksperimental siniflərdə təhsil çox çətindir və uşaqların fiziki davamlılıqları əsas götürülür. Digər tələb isə uşaqların psixiki vəziyyətlərinin normal olmasıdır. Bütün edilən ödənişlər sənədli əsaslarda həyata keçirilir, başqa heç bir söhbət ola bilməz”.
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şagirdə qarşı seksual xarakterli zorakılıq edən məktəbli həbs edildi - Bakıda

    Şagirdə qarşı seksual xarakterli zorakılıq edən ...

    10-02-2018, 16:13

  • 
  • 132-134 saylı məktəbə direktor TƏYİN EDİLDİ

    132-134 saylı məktəbə direktor TƏYİN EDİLDİ ...

    10-10-2024, 18:39

  • 
  • Azyaşlı qızla cinsi əlaqədə olan məktəblinin cinayət işi - TƏFƏRRÜAT

    Azyaşlı qızla cinsi əlaqədə olan məktəblinin ...

    23-08-2018, 13:04

  • 
  • Sara Xanlarova “Misir Mərdanov erası”nın sonuncu alınmaz qalasıdır

    Sara Xanlarova “Misir Mərdanov erası”nın sonuncu ...

    5-01-2023, 10:32

  • 
  • Qalmaqallı liseyin direktoru işdən çıxarıldı

    Qalmaqallı liseyin direktoru işdən çıxarıldı ...

    1-12-2017, 19:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu