GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısının qaranlıq 19 ili…

İcra başçısının qaranlıq 19 ili…

Tarix: 22-11-2014, 01:00 Bölmə :Manşet Baxış: 0
İcra başçısının qaranlıq 19 ili…

Paytaxtın ən böyük rayonlarından biri də Xəzərdir. Məlumat üçün deyək ki, 2010-cu il may ayının 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə və əhalinin çoxsaylı xahişləri nəzərə alınaraq Əzizbəyov rayonu Xəzər rayonu adlandırılıb. 2012-ci ilin dekabr ayının 12-də prezidentin sərəncamı ilə tərkibi Pirallahı, Çilov və Neft daşları olmaqla Pirallahı rayonu yaradılıb. Xəzər rayonunun ərazisi 375.5 kv km, əhalisinin sayı son statistik məlumata görə, 159 min 90 nəfərdir.

Xəzər rayonu Sabunçu, Suraxanı və Pirallahı rayonları ilə həmsərhəddir. Qeyd edək ki, rayonun bir neçə qəsəbəsini çıxmaq şərtilə bəzi qəsəbələrdə müxtəlif problemlər yaşanmaqdadır. Ki, bunun səbəbkarı kimi Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamov göstərilir. Mətləbə keçməzdən öncə bildirək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Poltava Kooperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirib. Prezidentin 25 yanvar 1995-ci il tarixli fərmanı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Başqa sözlə desək, Gülağa İslamov nə az-nə çox düz 19 ildir ki, Xəzər rayonuna rəhbərlik edir. Amma müxtəlif mətbuat vasitələrində onun barəsində dərc olunan yazılardan görünür ki, icra başçısı vəzifəsinin öhdəsindən uğurla gələ bilmir və yerli əhaliyə əlavə problemlər yaradır. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Gülağa İslamov başçı vəzifəsinə təyin olunduğu gündən indiyədək rayonun Mərdəkan, Buzovna, Şüvəlan kimi qəsəbələrində boş torpaq sahələrini ucdantutma verib. Bildiyiniz kimi, adıçəkilən qəsəbələrdə torpaq çox bahadır və burda əsasən imkanlı, vəzifəli şəxslərin villaları yerləşir. Əldə etdiyimiz məlumatlara görə, boş torpaq sahələri varlı şəxslərə veriləndən sonra bu qəsəbələrin yerli sakinləri əməlli-başlı sıxışdırılmağa başlanıb. Belə ki, icra hakimiyyətinin bəzi yetkili şəxsləri illərdir bu qəsəbələrdə məskunlaşmış insanlara müxtəlif formada təzyiqlər göstərərək onları yaşadığı yerdən didərgin salmağa çalışırlar. İddialara əsasən bu, məqsədli şəkildə həyata keçirilir. Yəni Gülağa İslamov yerli sakinləri sanki sıxışdırıb burdan çıxarmaqla onların evlərinin yerini hansısa imkanlı şəxslərə vermək istəyir. Hətta buna görə dəfələrlə sakinlərlə Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında qalmaqal da yaşanıb. Xatırladaq ki, 2011-ci ilin mart ayında Xəzər rayonu, Türkan qəsəbəsinin sakinləri rayon rəhbərliyinin qanunsuz əməllərinə açıq şəkildə öz etirazlarını bildirmişdilər. Türkanlıların dediyinə görə, qəsəbə sakinləri martın 18-də etiraz keçirəndən sonra məmurlar bu etirazlara qatılanları sıxma-boğmaya salmaqda davam edir. Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov həmin ərəfədə qəsəbəyə gedərək sakinlərlə görüşüb və onlara yalandan vədlər verib. Qeyd edək ki, sakinlərin etirazına səbəb torpaq sahələrinin əllərindən alınması idi. Sakinlər torpaqlarının sənədlərinin qaydasında olduğunu desələr də, icra başçısı həmin torpaqların sənədlərinin saxta olduğunu bildirib. Vətəndaşların etirazına baxmayaraq, rayon rəhbərliyi torpaqların sənədlərini saxta elan edərək məhkəmə yolu ilə torpaqları sakinlərin əllərindən almağa müvəffəq olub.

Sakinlər həmçinin qəsəbədən dənizə gedən yeganə yolun bağlanmasına da etiraz edib. Onların bildirdiyinə görə, Dənizkənarı küçəsində dənizə gedən yolun ortasında çayxana tikilib. Sakinlər bu obyektin icra başçısının razılığı ilə tikildiyini bildiriblər. Etibarlı mənbələrdən aldığımız məlumatlarda bildirilir ki, rayonun Buzovna, Binə və Zirə qəsəbələrində də vəziyyət ürəkaçan deyil. Mənbəmiz vurğulayır ki, icra başçısı bəzi yüksək rütbəli məmurların adından istifadə edərək vətəndaşlara zülm verir: «Buzovna, Binə və Zirə qəsəbələrində əhalinin sosial durumu o qədər də yüksək səviyyədə deyil. Sakinlər özlərinə məxsus bağ sahələrində təsərrüfat işləri ilə məşğul olub ailələrini dolandırırlar. Amma icra başçısı onların rahat yaşamasına, eyni zamanda işləməsinə imkan vermir. Təsərrüfat işləri ilə məşğul olan şəxslər əsassız yerə incidilir.Deyilənə görə başçının niyyəti həmin insanların bağ sahələrini qeyri-qanuni şəkildə ələ keçirib biznesmenlərə verməkdir. Çünki Gülağa müəllim 19 illik fəaliyyəti dövründə bu üsuldan dəfələrlə istifadə edib. Təəssüf ki, heç yerdən köməyi olmayan vətəndaşlar onun törətdiyi qanun pozuntularının cavabını verə bilməyiblər. İcra hakimi sanki özünü rayonun sahibi kimi aparır. Lakin o bir şeyi unudur ki, onun əsas vəzifəsi vətəndaşlara yüksək səviyyədə xidmət göstərməkdir. Xəzər rayonunda məskunlaşan insanlar icra hakiminin özbaşına əməlləri haqda aidiyyəti dövlət qurumlarına saysız-hesabsız şikayət məktubları ünvanlayıblar. Buna baxmayaraq, həmin məktublar ünvanına çatmır. Gülağa İslamov hər yerdə deyir ki, mənim arxamda filankəs dayanıb, heç kim mənə bata bilməz. Bu, yanlış psixologiyadır. Ona görə ki, cənab prezident kimliyindən asılı olmayaraq vəzifəsinə məsuliyyət göstərməyən məmurları öz bildiyi formada cəzalandırır. Gülağa İslamovun vəzifədə əbədi qalacağını zənn etməsi doğru deyil». Başqa bir məlumatda isə rayonun Qala qəsəbəsində mövcud olan problemlərdən söhbət açılır. Məlumatlara əsasən, qəsəbə sakinləri yerli icra nümayəndəliyi və bələdiyyə rəhbərliyi tərəfindən yol verilən çeşidli qanun pozuntularından əziyyət çəkirlər. Qəsəbə camaatını incidən şəxslərdən biri kimi Xəzər RİH başçısının Qala qəsəbəsi üzrə nümayəndəsi Məzahir Hüseynov göstərilir. Məlumatlarda bildirilir ki, icra nümayəndəsi bu vəzifəyə bir neçə il əvvəl təyin olunub. Ən maraqlısı isə odur ki, sözügedən şəxs icra başçısı Gülağa İslamovun qudasıdır. Başçı qudasını vəzifəyə yerləşdirməklə rayondakı dayaqlarını daha da möhkəmləndirib. Mənbə deyir ki, Məzahir Hüseynov məhz qudasına güvənərək qəsəbədə rəsmən özbaşınalıq edir: «İcra nümayəndəsinin törətdiyi əməllər Qala qəsəbəsində gərginliyin yaranmasına səbəb olub. Məzahir Hüseynovun yerli bələdiyyə rəhbərliyi ilə əlbir şəkildə bəzi torpaq işləri həyata keçirir. Qalada böyük səlahiyyətlərə sahib olan icra nümayəndəsinin razılığı olmadan qəsəbədə bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri alması heç bir problemlə müşayiət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə». Göründüyü kimi, Gülağa İslamovun imza atdığı qeyri-qanuni işlər Xəzər rayon sakinlərinin səbr kasasını daşdırıb. Digər tərəfdən, icra başçısı artıq xeyli müddətdir vəzifədədir və onun tutduğu postdan kənarlaşdırılmasının vaxtı çoxdan çatıb. 19 il ərzində vətəndaşların etimadını qazana bilməyən məmurun bundan sonra hansısa müsbət işlərə imza atacağına inanmaq bir qədər sadəlövhlük olardı. İnanmaq istərdik ki, rəsmi dairələr yaxın vaxtlarda vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilməyən icra başçısı haqqında zəruri tədbirlər həyata keçirəcəklər. Gələn saylarımızda icra hakiminin biznesi ilə bağlı şok detalları açıqlayacağıq.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni rayon yaradılır - Pirallahı

    Azərbaycanda yeni rayon yaradılır - Pirallahı ...

    14-12-2012, 13:15

  • 
  • Xəzərin qoynunda talanan Xəzər rayonu – Gülağa İslamovun qanunsuz sərəncamlarından əziyyət çəkənlər çarəsizdir

    Xəzərin qoynunda talanan Xəzər rayonu – Gülağa ...

    22-05-2018, 15:30

  • 
  • Xəzər rayonunun icra başçısı işdən çıxarıldı

    Xəzər rayonunun icra başçısı işdən çıxarıldı ...

    22-12-2018, 16:36

  • 
  • 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – SİYAHI

    17 rayonun icra başçısı vəzifəsindən azad ...

    3-06-2018, 00:17

  • 
  • İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? – FOTOLAR

    İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə ...

    16-12-2017, 15:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu