Keçən ay Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov yunan səfirinə Azərbaycan xalçası bağışladı. Bu hadisə böyük yazıçı Mir Cəlalın əsərinin qəhrəmanı olan Sona xalanın “itə ataram, yada satmaram” deyə özündə saxladığı xalçanı xatırladırdı. Əlbəttə ki, T.Qaraşov kimi “toxunulmazlıq statusu” olan məmurlar belə məsələlərdə xalqla hesablaşmadan da qərar verə bilərlər. O, nəinki Lənkəran əhli, daha əvvəl başçılıq etdiyi Cəlilabad, Kürdəmir camaatı ilə də hesablaşmayıb, hamı ondan həzər edib. Yalnız öz yan-yörəsinə, ətrafındakı yaxınlarına yarayıb, özününkülərə şərait yaradıb. İnformasiya məkanı Qaraşovun haqqında xoşagəlməz məlumatlarla doludur. Həmin məlumatlara görə, bütün əvvəlki rəhbərlik etdiyi əyalətlərdə olduğu kimi Lənkəranda da Qaraşov quruculuq-abadlıq, tikinti-təmir işləri adı altında ehtiyac olmadığı halda hər şeyi söküb təzədən quraraq, külli miqdarda dövlət vəsaitini havaya sovurmuşdur. Bir başqa məlumatda isə zalım başçının şəhid anasını ağlatdığı bildirilir. Cənublu milyonçu, Türkiyədə yaşayıb fəaliyyət göstərən Mübariz Mənsimovun da ciddi tənqid etdiyi T.Qaraşovun yarıtmaz idarəçilik siyasətinin daha bir neqativ məqamı rayonda çayçılığın tənəzzülünü dərinləşdirməsidir. Belə ki, Qaraşov çay sahələrini dədə-babadan çayçılıqla məşğul olan fermerlərin əlindən alıb oliqarxlara vermişdir ki, bu da sahənin süqutunu yaxınlaşdıran qərardır. Rayon rəhbərliyinin ərazi vahidləri ilə işi tamamilə rüşvət üzərində qurulduğundan yerlərdə nümayəndəliklərin fəaliyyətləri tamamilə korrupsiyaya əsaslanır. Çünki, icra başçısı ərazi nümayəndəliklərinin sədri postları üçün qiymətlər müəyyənləşdirib. Barəsində formalaşmış ictimai rəyin mənfi olduğunu və bunun halqası dartılmış qumbara kimi gec-tez partlayacağını bildiyindən, Taleh Qaraşov son vaxtlar ciddi narahatçılıq keçirməkdədir. Məlum olduğu kimi, başçının ağrı ilə dolu narahat ürəyinə artıq stend qoyulub. Hakimiyyətə yarınmaq üçün hər şeyə hazır olan Qaraşovun müsavat liderə İsa Qəmbərə sui-qəsd cəhdin də bulunduğu barədə də bir ara söhbətlər dolaşdı. Əslində isə Qaraşov üçün şəxsi maraqlar və həmin maraqları təmin edəcək qrupun mənafeyi daha önəmlidir, nəinki siyasi orientasiyaya sədaqət. Biz olmasaydı, siyasi mühacir həyatı yaşayan həmkəndlisi, ABU-nun sabiq rektoru Elşad Abdullayevlə əlaqəsini tamam üzərdi. Amma onların əlaqəsinin sıx olduğu və icra başçısının dönür professora hər cür, o cümlədən xəlvət surətdə maliyyə yardımı göstərdiyi deyilir. O da xatırlanır ki, Qaraşov 2005-ci il parlament seçkilərində namizədliyini irəli sürmüş E.Abdullayevi hərtərəfli dəstəkləmişdi. Yeri gəlmişkən, Abdullayev də bu dostluğa layiq olduğunu vaxtilə öz sədaqəti ilə sübuta yetirib. Qaraşovun qohum-əqrəbasının, yaxın ətrafındakılarının da böyük əksəriyyətinin məhz Beynəlxalq Universitetin diplomu hesabına “ali təhsilə” yiyələndikləri bəlli həqiqətlərdir. Hakimiyyətin yuxarı eşelonundan cəmiyyətə sızan məlumatlara görə T.Qaraşova artıq səhhər durumunun ağırlığı ilə əlaqədar ərizə yazıb könüllü vəzifədən getmək variantı təklif edilib. Sadəcə o da nəzərə alınır ki, iqtidar gələn il keçiriləcək deputat seçkilərində ölkənin cənub paytaxtı hesab olunan Lənkəranda ictimai-siyasi sabitliyin təminatını daha üstün tutur və bu ərəfələrdə başçının dəyişilməsinə tələsmir. Əgər səhhət durumu doğrudan da ağırlaşsa və ya xalqın narazılığı idarəolunmah səviyyəyə çatsa, hakimiyyətin Qaraşovla xudahafizləşəcəyi şəksizdir. Bütün müşahidə olunanlar isə göstərir ki, hər şey bu sonluğa aparır. Lənkəranlılar Qaraşova “davay, do svidaniya!” - deməyə çoxdan hazırdırlar. Mövzunu diqqətdə saxlayırıq və KİV haqqında qanuna əsasən qarşı tərəfdən də münasibət gözləyirik.
Sorğu
Yeni dizaynımız necədir?