GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ermənilərin keçiridikləri son hərbi təlimlə bağlı maraqlı faktlar ortaya çıxdı

Ermənilərin keçiridikləri son hərbi təlimlə bağlı maraqlı faktlar ortaya çıxdı

Tarix: 22-11-2014, 20:59 Bölmə :Manşet Baxış: 0
Ermənilərin keçiridikləri son hərbi təlimlə bağlı maraqlı faktlar ortaya çıxdı

Ermənistandakı raket atışı Qarabağdakı kimi təqdim olunub, Ermənistanda keçirilmiş hərbi təlimlərin video və foto görüntüləri saxtalaşdırılaraq yayımlanıb
Ermənilər “Birlik-2014” hərbi təlimləri zamanı Ermənistanda icra olunan əməliyyatları Qarabağda keçirilmiş əməliyyat kimi təqdim ediblər. Eyni zamanda Ermənistan Respublikasının ərazisində döyüş növbətçiliyi aparan S-300 zenit-raket batareyasını Qarabağa gətiriblər.

APA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, ermənilərin mətbuatda və sosial şəbəkələrdə təqdim etdikləri bəzi təlim fotoları Azərbaycanın işğal olunmuş ərazilərindəki təlim epizodlarında deyil, Ermənistan Respublikasının ərazisindəki poliqonlarda çəkilib. Ermənilər bu görüntüləri Qarabağda keçirilən təlimlərdə icra olunmuş fəaliyyətlər adı ilə ictimaiyyətə təqdim etməklə, Qarabağ əhalisində ruh düşkünlüyünü aradan qaldırmaq və Azərbaycan tərəfinə psixoloji təsir göstərmək niyyəti güdüblər.

Eyni zamanda bu foto və video kadrların müxtəlif yerlərdə, ayrı-ayrı vaxtlarda çəkilməsi, o cümlədən fotoşop və montaj edilərək yayılması da şübhə doğurmur.

Noyabrın 12-də Ağdam rayonu üzərində Ermənistan HHQ-nə məxsus Mi-24 döyüş helikopterinin vurulmasından sonra, ermənilər Qarabağdakı təlimdə 9K33 “Osa” (SA-8 Gecko) zenit raket komplekslərindən atış həyata keçirilməsini əks etdirən fotolar yayımlayıblar. Ermənilər atışın Qarabağda həyata keçirildiyini qeyd etsələr də, konkret hansı ərazidə olduğunu göstərməyiblər.

Ermənilərin təlimin sonrakı günlərində yayımladıqları videolardan isə həmin atışın Ermənistanın Qeqarkunik vilayətində, Göyçə gölü sahilində həyata keçirildiyi aydınlaşıb.

Azərbaycan hərbi mənbələrindən əldə olunmuş məlumata görə, işğal altındakı ərazilərdə hər hansı bir raket buraxılışı olmayıb. Ermənilərin Qarabağda yerləşdirdikləri “Osa” və 2K11 “Kruq” (SA-4 Ganef) zenit-raket kompleksləri təlimdə yalnız əraziyə çıxmaqla kifayətləniblər.

Təlimlər zamanı ermənilərin işğal altındakı Azərbaycan ərazilərinə (Xankəndi yaxınlığına) gətirdikləri bir S-300 zenit-raket batareyası (6 buraxıcı maşın) yerləşdirmələri görüntülərdə əksini tapıb. Hərbçilərin sözlərinə görə, Qarabağda ermənilərin S-300 kompleksi mövcud olmayıb. Yalnız döyüş əməliyyatları zamanı Ermənistandan gəlib yerləşmələri üçün onlara Xankəndi yaxınlığında ayrılmış post yeri var. Görüntülərdə yer alan S-300-lər Qarabağ ermənilərinə dəstək nümayişi üçün təlim zamanı Ermənistanın Gorus rayonundan gətirilməsi və ya kadrların elə oradaca çəkilməsi ehtimalı var.

Təlimlərdə Qarabağdakı separatçıların istifadəsindəki 82 mm çaplı 2B9 “Vasilyok” avtomatik minaatanları da diqqət çəkib. Əvvəlki illərdə keçirilən təlimlərdə Qarabağdakı erməni birləşmələrinin silahlanmasında “Vasilyok” minaatanının olmasını əks etdirən heç bir görüntüyə rast gəlinməyib. 1992-1994-cü illərdə Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərin verdikləri məlumata görə, qeyd olunan dövrdə ermənilər tərəfindən iki dəfə bu minaatandan istifadə faktı qeydə alınıb. Erməni silahlı dəstələrinin əlində olan 2 ədəd “Vasilyok”dan biri Ağdam rayonunun Orta Güneypəyə kəndi yaxınlığında Daxili Qoşunların, digəri isə Çıldıran yüksəkliyi yaxınlığında Milli Ordunun əsgərləri tərəfindən qənimət götürülüb. Son təlimdə yer alan minaatanların Qarabağdakı hərbi birləşmələrin inventarına təlim ləvazimatı kimi daxil olduğunu güman etmək olar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ilə vurur

    Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ...

    7-09-2015, 17:38

  • 
  • Qarabağda orduya əmr verildi Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə start verilib.

    Qarabağda orduya əmr verildi Azərbaycanın işğal ...

    17-04-2015, 15:34

  • 
  • Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atdı

    Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın ...

    13-06-2019, 15:23

  • 
  • Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi

    Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi ...

    6-09-2015, 12:45

  • 
  • Qarabağda Amerika hərbi bazası – “Bolton Ermənistana yeni plan təqdim edib”

    Qarabağda Amerika hərbi bazası – “Bolton ...

    6-11-2018, 14:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu