Ağstafa rayon Dağkəsəmən kənd sakinləri Qazaxlı Alikdən prezident İlham Əliyevə şikayət ediblər. Biz Ağstafa rayon Dağkəsəmən kənd sakinləri çox hörmətli cənab prezidentimiz İlham Əliyevdən xahiş edirik bizə kömək etsin. Bizim torpaqlarımız Muradov Alik Fuad oğlu tərəfindən əlimizdən alınır. Hara, kimə müraciət ediriksə şikayətimizə baxan yoxdu. Özünü Qarabağ döyüşçüsü kimi təqdim edərək Qarabağın adına yaraşmayan hərəkətlər edir. Qarabağ döyüşçüsü kimin istəsə torpağını əlindən almalıdırmı. Cənab prezidentimiz! tək ümidimiz sizsiniz xahiş edirik müvafiq orqanlara tapşırıq verəsiniz bu işlə ciddi maraqlansınlar. Dağkəsəmən kənd sakinləri Sərkərnamazova Bəsti, Muradov Ələsgər, Əmirov Oqtay, Muradov Bəhruz. gundemxeber.az saytına təqdim olunan vətandaşların şikayətinin video görüntülərini oxucularımıza təqdim edirik.
Sorğu
Yeni dizaynımız necədir?