GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramil Usubov əmr verdi, qaydalar dəyişdi - Qərar

Ramil Usubov əmr verdi, qaydalar dəyişdi - Qərar

Tarix: 14-12-2014, 02:00 Bölmə :Manşet Baxış: 0
Ramil Usubov əmr verdi, qaydalar dəyişdi - Qərar

Daxili işlər nazirli Ramil Usubovun əmri ilə "Yol-patrul xidməti haqqında” Təlimata bir sıra dəyişikliklər edilib. Dəyişiklik 27 niyabr 2014-cü il tarixindən qüvvəyə minib.

Texniki xarakter daşıyan bu dəyişikliklər sürücülərin qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilməsinin yeni elektron sənədləşmə qaydasını bu Təlimata da daxil etməyə yönəlib.

Məlumdur ki, 2 may 2014-cü ildə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə sürücülərin törətdikləri qayda pozuntularına görə məsuliyyətə cəlb edilməsinin elektron qaydada sənədləşdirilməsi ilə bağlı xeyli dəyişikliklər edilib. Həmin dəyişikliklər əsasən video və foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar olunan qayda pozuntularının sürücünün iştirakı olmadan elektron qaydada sənədləşdirilməsini nəzərdə tutur.

Bu dəyişiklikdən sonra bütün radarlar və nəzarət kameraları Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalı və onların qeydə aldığı qayda pozuntuları real vaxt rejimində elektron formada birbaşa olaraq bu Sistemə ötürülməlidir. Qeydə alınan qayda pozuntularının rəsmiləşdirilməsi üçün sürücünün DYP orqanına çağırılması qadağan edilir və sənədləşmə yalnız elektron qaydada edilərək sürücüyə məlumat göndərilməlidir.

Dayanma və durma qaydalarını pozan sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası ilə bağlı yeniki də Təlimata daxil edilir. Dayanma və durma qaydalarını pozan sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, DYP-nin patrul avtomobilində quraşdırılmış bort-kompyuter vasitəsilə foto və ya video çəkiliş aparılmaqla inzibati xəta törətmiş şəxsin iştirakı olmadan nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Dayanma və durma qaydalarını pozan sürücünün nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur.

Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin 2 aydan artıq müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən Daxili İşlər Nazirliyinin mühafizə olunan duracağına gətirilibsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə YPX inspektoru tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında” Qanuna edilmiş bir sıra dəyişikliklər də Təlimata əlavə edilmişdir.

Bu dəyişikliklər sırf texniki xarakter daşıyır, çünki onlar "Yol-patrul xidməti haqqında” Təlimatın bir neçə ay əvvəl qüvvəyə minmiş qanunlara uyğunlaşdırılmasına yönəlib. Amma Təlimata edilən bu dəyişikliklər çoxdan qüvvəyə minsə də, hələ ki, təcrübədə tətbiq edilməyən yeniliklərin nəhayət ki, icrasına təkan verə bilər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Avtomobillərə elektron texniki baxış talonların verilməsinə başlanır – Ramil Usubovdan qərar

    Avtomobillərə elektron texniki baxış talonların ...

    22-01-2019, 11:57

  • 
  • Sürücülərin nəzərinə: Yeni cərimələr qüvvəyə minir — SİYAHI

    Sürücülərin nəzərinə: Yeni cərimələr qüvvəyə ...

    6-03-2017, 00:52

  • 
  • DYP-dən sürücülərə xəbərdarlıq: 40 manat cərimə...

    DYP-dən sürücülərə xəbərdarlıq: 40 manat cərimə... ...

    16-12-2017, 19:21

  • 
  • Yol polisi sürücülərə 1 AY VAXT VERDİ

    Yol polisi sürücülərə 1 AY VAXT VERDİ ...

    12-10-2017, 16:45

  • 
  • Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı

    Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı ...

    12-05-2016, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu