"Bir daha BAXCP-yə və mənə 15 ildir sözün həqiqi mənasında böyük dəstək olan Mehdiabad qəsəbəsinin sakinlərinə dərin təşəkkürümü bildirirəm. Bu gün seçki bitib. Ancaq mən elə bu gündən seçkiyə hazırlaşıram. 2015-ci il parlament seçkilərində BAXCP-nin namizədi olacam"
Publika.az-ın məlumatına görə, BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı 4 dəfə bələdiyyə üzvü seçilib. Bununla bağlı mətbuata acıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, artıq Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri açıqlayıb: "Artıq MSK rəsmi nəticələri açıqlayıb və mən dördüncü dəfə Abşeron rayonun Mehdiabad qəsəbəsindən bələdiyyə üzvü seçilmişəm. İlk dəfə 1999-cu ildə 21 yaşımda seçilmişdim. 2004-də bələdiyyə sədrinin müavini vəzifəsinə seçilmişəm. 2009-cu ildən indiyə qədər Hüquq komissiyasının sədri kimi çalışıram. Bu səfər də seçki çox aktiv şəraitdə keçdi. Mehdiabad qəsəbəsinin 25 000 yaxın əhalisi, 6000 seçicisi var.
Bu dəfə 42 namizəd 13 yer uğrunda mübarizə aparırdı. Hakim YAP-ın nümayəndələri ilə yanaşı, müxalifət partiyalarının nümayəndələri, bitərəf şəxslər də seçkiyə qatılmışdı. Bu seçki də həm də onunla yadda qaldı ki, xeyli sayda qadının namizədliyi irəli sürülmüşdü. Rəsmi nəticələrdən də görünür ki, seçilən 13 nəfərdən 5-i xanımdır. Sevindirci haldır ki, yerli özünüidarəetmə bundan sonra xanımların da aktivliyi müşahidə ediləcək.
Yeni seçilənlər arasında YAP namizədi, keçmiş bələdiyyə sədri Əbülfət Nuriyev də var. Mən bu səfər də onun yenidən Mehdibad bələdiyyəsinə sədr seçilməsinə səs verəcəm. Bu insan həqiqətən də buna lqyiqdir. Bir daha BAXCP-yə və mənə 15 ildir sözün həqiqi mənasında böyük dəstək olan Mehdiabad qəsəbəsinin bütün sakinlərinə dərin təşəkkürümü bildirirəm. Bu gün seçki bitib, ancaq mən elə bu gündən seçkiyə hazırlaşıram. 2015-ci il parlament seçkilərində BAXCP-nin namizədi olacam"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?