ANS TV-nin məlumatına görə, Milli Məclisin bu ilə olan son iclasında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda istehsal olunaraq daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.
Gələn ildən avtomobil benzininə, dizel yanacağına və maye qaza yol vergisi onların hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə hesablanacaq. Dəyişikliyə əsasən avtomobil sahibləri yol vergisindən azad edilib, əvəzində vergi yanacağın hər litrə görə qiymətinə 2 qəpik əlavə olunmaqla tutulacaq.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənın sözlərinə görə, avtomobil benzininə, dizel yanacağına və maye qazanın hər litirinin topdansatış qiymətinə və idxal olunan həmın malları gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulmuşdu. Bu verginin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycan Respublikası ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, Azərbaycan Respublikası ərazisinə idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcəkdir.
Azərbaycanda yanacağın qiymətini Tarif Şurası müəyyən edir. Benzin, dizel və maye qazın qiymətinə 2 qəpik əlavə vergi tutulmasından sonra Tarif Şurasına müraciət olunacağı ehtimalı böyükdür.
Sorğu
Yeni dizaynımız necədir?