GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Zakir Həsənov ön cəbhədə (FOTO)

Zakir Həsənov ön cəbhədə (FOTO)

Tarix: 31-12-2014, 17:38 Bölmə :Manşet Baxış: 0
Zakir Həsənov ön cəbhədə (FOTO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.

Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial məişət şəraiti ilə maraqlanıb, hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilmiş və müasir avadanlıqlarla tam təchiz edilmiş hərbi hissələrin açılış mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilmiş hərbi hissələrin qərargahı, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxanalar, tibb məntəqəsi, qazanxana-camaşırxana-hamamxana kompleksi və digər obyektlər ilə tanış olublar.

Müdafiə naziri şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

2014-cü ilin Silahlı Qüvvələr üçün uğurlu olduğunu qeyd edən nazir düşmənin bütün təxribatlarının qarşısının müvəffəqiyyətlə alındığını, cəbhədə tam üstünlüyün ordumuzun tərəfində, düşmənin isə panika və iflic vəziyyətində olduğunu, ermənilərin əsgər və zabitlərinin xidmətdən boyun qaçırdıqlarını qeyd edib.

Ali Baş Komandan və Azərbaycan xalqının Silahlı Qüvvələr qarşısında tələbinin birmənalı olaraq işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsininin olduğunu xatırladan Müdafiə naziri 2015-ci ildə Ordunun bu vəzifənin yerinə yetirilməsi üçün daim döyüş hazırlığı vəziyyətində olmasının zəruriliyini vurğulayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri gələcək xidmətlərində onlara uğurlar diləyib.

Sonra cəbhə bölgəsində yerləşən hərbi hissədə şəxsi heyətin daimi istiliklə təmin olunması məqsədilə ön xəttə yerləşən bölmələrə çəkilən təbii qaz xəttinə mavi yanacağın verilməsinin rəmzi olan məşəl alovlandırılıb və şəxsi heyətin iştirakı ilə uzun ömürlüyün simvolu olan çinar ağacı əkilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni işə başlayan mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.

Səfər zamanı Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib.

Müdafiə naziri yüksək döyüş hazırlığının, şəxsi heyətin vətənpərvərlik ruhunun, əzmkarlığının, nizam-intizamın möhkəmləndirilməsində və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əldə etdikləri nailiyyətlərə görə hərbi qulluqçulara təşəkkür edib, onları fəxri fərmanla mükafatlandırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya isə qısamüddətli məzuniyyət elan edib.

Eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən təlim mərkəzində və hərbi hissə şəhərciyində olub, tikinti-quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Bildirilib ki, 2015-ci ildə müasir standartlara uyğun, tam təmin edilmiş 10-a yaxın hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulub.

Müdafiə nazirinin göstərişinə əsasən bayram günlərində Müdafiə nazirinin müavinləri və qoşun növləri komandanları da birlik, birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyini əmin edib ki, onlar göstərilən diqqət və qayğıdan, xidmət üçün yaradılan ən müasir şəraitdən ruhlanaraq bundan sonra da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrinə hər an hazırdırlar.


Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
Zakir Həsənov ön cəbhədə (FOTO)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb

    Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb ...

    16-07-2019, 16:37

  • 
  • Zakir Həsənov Ali Baş Komandanın tapşırığına əsasən cəbhə bölgəsində-FOTOLAR

    Zakir Həsənov Ali Baş Komandanın tapşırığına ...

    26-11-2014, 00:07

  • 
  • “Yüksək döyüş hazırlığı səviyyəsində olmalıyq… ” - Zakir Həsənov

    “Yüksək döyüş hazırlığı səviyyəsində olmalıyq… ” ...

    31-08-2019, 13:38

  • 
  • Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib

    Cəbhə bölgəsində yeni tikilən hərbi hissə ...

    12-05-2016, 22:53

  • 
  • Zakir Həsənov postlardakı qoşunların döyüş hazırlığını yoxlayıb, düşmən mövqelərini izləyib

    Zakir Həsənov postlardakı qoşunların döyüş ...

    4-12-2019, 10:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu