Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Tvitterdə atdığı tvitlər rus mediasının xəbərinə çevrilib.
gundemxeber.az axar.az-a istinadən xəbər verir ki, “Reqnum” Prezidentin bu tvitlərini dərc edib:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Amerika və Fransanın rəhbərlərinin ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirməsini yüksək qiymətləndirirəm. Ermənistan sülh istəmir. Bütün səylərini ona yönəldib ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın”.
Azərbaycanın siyasətinin milli maraqlar və mövcud reallıqlar üzərində qurulduğunu bildirən İlham Əliyev daha sonra yazıb:
“Bu il Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir”.
“Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişaf islahatlarımızın nəticəsidir”, - yazan Prezident vurğulayıb ki, dünya maliyyə və iqtisadi krizis dövrünü yaşayır:
“Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır. Sosial siyasət həmişə bizim üçün prioritet olub. Sənaye potensialımız gündən–günə güclənir. 2014-cü ildə 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır və bu da həm işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir".
İlham Əliyevin sözlərinə görə, Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi və inkişaf yolunda uğurlu irəliləyən ölkədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?