Komada olan əsgərin atası «Gündəm Xəbər»ə yeni məlumatlar verdi
Qəzetimizin ötən sayında Tovuzda əsgər 19 yaşlı Tarıverdiyev Çingiz Aydın oğlunun öz komandiri tərəfindən başından güllələnsə də, aidiyyatı qurumlarun hələ də hadisə ilə bağlı ciddi tədbirlər həyata keçirmədiyi haqda məlmuat verilib.
Əsgərin atası Aydın Tarıverdiyev son durumla bağlı «Gündəm Xəbər»ə açıqlama verib. Onun sözlərinə görə, bu gün (dünən) Gəncə hospitalında koma vəziyyətində olan oğlunun yanında olub: «Oğlumu gördüm. Ürəyim param-parça oldu. Çingizin səhhətində hər hansı bir irəliləyiş yoxdur. Bu gün oğlum bir az tərləyib. Həkimlərlə söhbət zamanı Çingizin Bakıya aparılması vacib hesab olundu. Lakin, onu belə vəziyyətdə maşınla gətimək mümkün deyil. Bu, onun həyatına mənfi təsir göstərəcək. Ona görə həkimlər də vertalyot ayrılmasını məqsədəuyğun sayırlar. Ancaq hələ də bununla bağlı müraciət və şikayətlərimi eşidən yoxdur».
Xatırladaq ki, Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarıverdiyev Çingiz Aydın oğlu, komandiri tərəfindən başından tapança ilə güllələnib. Yaralı dərhal Gəncə şəhər Hərbi Hosbitala aparılıb.
Bu haqda əsgərin valideyni Tarverdiyev Aydın Hüsü öğlu deyib ki, övladının vəziyyəti ağır olsa da, heç bir tədbir görülmür. Onun dediyinə görə, hadisə şəxsi zəmində baş verdiyi üçün gizlədilir. Əsgərin valideyni əlavə edib ki, hadisə ilə bağlı Hərbi Prokurorluğa və Müdafiə Nazirliyinə şikayət edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Cəlilabad şöbəsindən hərbi xidmətə çağrılan əsgər Çingiz Aydın oğlu Tarverdiyevin atası onu da bildirib ki, oğlunu başından tapança ilə güllələyən polkovnikdən şikayətçidir: «Bu hadisə ailəmizi sarsıdıb. Bizi belə vəziyyətdə ən çox ağrıdan hallardan biri də, oğlumun öz komandiri tərəfindən güllələnməsi faktının araşdırılmaması və eyni zamanda, oğlumun səhhəti ilə bağlı ciddi tədbirlərin həyata keçirilməməsidir. Rəsmilərin biganəliyi dözülməz hal alıb. Sanki oğlumun orada ölməsinə çalışırlar. Bununla da hadisəni rahatlıqla qapada, oğlumun qanını batıra bilsinlər. Bir vertalyot nədir ki, bunu Azərbaycan əsgərinə çox görürlər. Xahiş edirəm, oğlumun həyata qaytarılması üçün aidiyyatı qurumlar təcili təxirəsalınmaz tədbirlər həyata keçirsinlər».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?