Özünü vəzifəli şəxs kimi təqdim edən Bakı şəhər sakini Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır. İstintaq zamanı M.Səfərov “İqtisadi Əlaqələr” Holdinqinin rəhbəri vəzifəsində işləyərkən, qulluq mövqeyindən sui-istifadə edir və Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binada bir otaqlı mənzili şəhər sakininin adına rəsmiləşdirəcəyini bildirir. O, eyni zamanda Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi “REK Holdinq”ə satacağını bildirməklə bərabər, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi də təqdim edir. Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərin təmiri işini, “Hüseyn-T” şirkətinə həvalə etdirəcəyini də yalandan vəd edərək, ümumilikdə 61 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaq dövründə vurulmuş ziyanın əhəmiyyətli hissəsinin ödətdirilməsi təmin edilmişdir. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün, aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?