GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “İsa Qəmbəri bu proseslərdə bitərəf deyil, tərəf kimi görürəm”

“İsa Qəmbəri bu proseslərdə bitərəf deyil, tərəf kimi görürəm”

Tarix: 8-02-2015, 01:27 Bölmə :Manşet Baxış: 0
“İsa Qəmbəri bu proseslərdə bitərəf deyil, tərəf kimi görürəm”

Adil Qeydbulla: “Bir dəstə adamın istədiyi hərəkət etməsi Müsavat Partiyasını müavatçılıqdan uzaqlaşdırır”
Müsavat Partiyasının üzvü, son qurultaydan narazı qalanların elan etdiyi Azərbaycanda Demokratiya və Rifah Hərəkatının təsisçilərindən biri, professor Adil Qeybullanın müsahibəsini təqdim edirik.


-Yaratdığınız yeni hərəkatın fəaliyyəti qənaətbəxşdir?

- Hərəkat fəaliyyət göstərir. Onun partiya və ictimai qurum adlandırılması fərq eləmir. Bu qurum nə qədər gütləvi olacaqsa, cəmiyyətdə baş verən proseslərə nə qədər təsir edəcəksə, bir qədər öndə olacaq. Məsələ bundan ibarətdir.

- Yanvarın 31-də sizi partiyanın qərargahına qoymayıblar, yoxsa siz adam tapıb toplantı keçirə bilməmisiniz?

- Mən təəssüflər olsun ki, orada olmamışam. Ancaq eşitdiyimə görə, Qubad İbadoğlunun müsavatçılarla zalda müzakirə aparmasına maneçilik yaradıblar. Mən bilən açıq müqavimət olmasa da, maneçilik törədiblər. Bu da qonağın altından döşəyi çəkmək kimi bir şeydir.

- Müsavatın bundan sonrakı taleyini necə görürsünüz?

- Hesab edirəm ki, proseslər yanlış istiqamətdə gedir. Tərəflərdə buna doğru gedir. Bəzi şəxslər Müsavatda adlar və mövqelər uğrunda ambissiya ilə yaşayırlarsa, bu onların öz problemidir. Ancaq təkcə fərqində olmalıdırlar ki, nələr baş verir. Əgər kimlərsə düşünür ki, parlamentdə 1-2 yer alacaq, partiya büdcədən maliyyəşəcək və bununla da hər şey bitəcək, bu onları tarix, eləcədə sıravi müsavatçılar qarşısında məsuliyyətdən azad etməyəcək. Sıravi müsavatçılara səslənirəm ki, onlar öz taleyini düşünməlidir. Bu gün partiyanın qoyduğu hədəflərə çatmaq üçün fəaliyyətin düzgün gedib-getməməsinə diqqət etməlidirlər. Partiyada aparılan fəaliyyətin də üzərində ictimai nəzarət olmalıdır. Bir dəstə adam istədiyi hərəkət etməsi, istədiyi şəxsi partiyadan çıxarması, kimi istəsə sənəd verməsi kimi məsələlər Müsavat adlı partiyanı müavatçılıqdan uzaqlaşdırır. Və təbii ki, bizim qəlbimizdə də tədricən müsavatçılığı uzaqlaşdırır. Biz çalışmalıyıq ki, partiyada ədalətli mühit yaransın. Bundan sonra dialoqdan söhbət gedə bilər. Hədə, qorxutamaqla, avtoritar təfəkkürlə, bəzi bəlaqətli çıxışlarla Müsavatda birliyə nail olmaq mümkün deyil.

- İsa Qəmbər bu proseslərdə bitərəfdir, yoxsa tərəfdir?

- Mən onu bu proseslərdə bitərəf deyil, tərəf kimi görürəm.

- Fikirlərinizi inkişaf etdirin...

- İsa Qəmbər bitərəf mövqedə olsaydı, əslində Müsavat Partiyasında proseslər başqa cür olardı. Təəssüflər olsun ki, biz bunu müşahidə etmədik.

- Ancaq İsa Qəmbər sizləri nəzərdə tutaraq deyir ki, əslində əsas mübarizə hakimiyyətlə Müsavat Partiyası arasında gedir...

- Demək Azərbaycan Xalq Hərəkatı başlayandan kimin kimdən xoşu gəlməyibsə, onu nüfuzdan salmaq istəyibsə, həmin şəxsin hakimiyyətin adamı, KQB-yə bağlı olması haqqında fikirlər yayıb. Məncə, indi bu məsələ aktuallığını itirib. Mən bunu İsa Qəmbərə layiq görmürəm. Baxın, 2015-ci il seçkilər ilidir, cəmiyyət inkişaf edir. Bütün cəmiyyətlərdə də siyasi partiyaların hakimiyyətlə normal əlaqələri olur. Hakimiyyətə müxalifətlik də olmalıdır, bəlli məsələlərdə isə əməkdaşlıq da baş verməlidir. Ancaq bizdə bir düşmənçilik sərhəddi çəkilib. Gəlin belə danışaq, bizi hansı əsaslarla bundan günahlandıra bilərlər? Görrsünüz ki, hakimiyyət Müsavatın qurultayının sənədlərini təsdiq etdi. Əgər hakimiyyət İsa Qəmbər dediyi məsələdə maraqlı olsaydı qeydiyyat prosedurasını uzadar, müxtəlif adamlar tapar, bəzi təxribatlar edə bilərdi. Ancaq hakimiyyət buna getmədi, əvəzində çox sakit şəkildə Müsavatın qurultayını qeydə aldı. Baxmayaraq ki, qurultayda saxtakarlıq məsələsi ciddi müzakirə mövzusuna çevrilmişdi və mətbuatda aylardır ki, bu məsələ müzakirə edilirdi. Ancaq hakimiyyət Müsavatı ona görə qeydiyyata aldı ki, Azərbaycanda müxalifət partiyaları olmalıdır, çünki bu demokratiyanın atributlarından biridir. Müxalifət partiyaları olmayanda rejim demokratik adlandırıla bilməz. Odur ki, hakimiyyətin Müsavatı parçalamaq, Müsvat daxilində qrupların savaşını təşkil etmək kimi marağı yoxdur. Bu barədə deyilənləri də əsassız hesab edirəm. Fikrimcə, bu gün cəmiyyətdə sivil, ortaya ciddi konsepsiyalar qoya bilən, sivil müxalifətçilik aparan bir siyasi təşkilata ehtiyac var.

- Adil bəy, Müsavat Partiyasında qurultaydan sonra nə yaşanır, bunun mahiyyətini aça bilərsinizmi?

- Əslində xüsusi bir hal baş vermir. Bir qrup şəxs partiya rəhbərliyini müəyyən yollarla zəbt edib və özləri kimi düşünməyənlərə, yad fikirdə və tənqid mövqedə olanlara qarşı geniş şəkildə hücuma keçiblər, repressiya tədbirləri həyata keçirirlər. Siz də görürsünüz Müsavat görə canını qoyanlar, həbsə olan insanlara qarşı açıq repressiya həyata keçirirlər. Ünvanımıza artıq-əskik sözlər deyirlər, guya biz hakimiyyəti işləyirik və s. Əslində bizim əlimizdə onlardan daha çox faktlar var və çox şeylər deyə bilərik. Amma buna ehtiyac görmürük. Əslində Müsavat daxilində bu cür qara piar kampaniya bir qrup tərəfindən neçə illərdir ki, aparılır. Çox təəssüflər olsun. Partiyada bir qrup intellektual kəsim buna etiraz edir. Necə insanları partiyadan uzaqlaşdırıblar? Nəsib Nəsibli, Hikmət Hacızadə, Məmməd Zeynalov. Bu insanlar cəmiyyətdə kifayət qədər tanınan, partiyada yeri olan, sözlərinin çəkisi, faydalılıq əmsalı olan şəxslərdir. Onlar partiyada özlərini görmədilər, çünki bu cür siyasət çox üzücüdür. Digər tərəfdən, müsavatçılıq əslində Müsavat Partiyasından daha geniş anlayışdır. Hansısa bir qrup müsavatçılığı inhisara ala bilməz. İkincisi, bu partiyanı Rəsulzadə partiyanın davamı kimi təqdim edirlər, az qala bu dəyərləri mənimsəməkdə özlərini haqlı görürlər. Bu qətiyyən qəbuledilməzdir. Müsavat tarixi partiya olub, missiyasını həyata keçirib, coğrafi bir məkanda dövlət qurub. Bu partiyanın missiyası da bununla bitib, sonra yeni dövr başlayıb. Bu dövrdə partiyanın adı Müsavatda başqa da ola bilər. Həm də müsavatçılıq ideologiyasında olan çoxlu sayda partiya var. Ona görə də, bir qrup adamın bu dəyərləri mənimsəməsi doğru deyil. Özü də sıraların seyrəldiyi bir ərəfədə, repressiya apardıqları bir zamanda bu dəyərlərə iddia etməyə, onları mənimsəməyə haqları çatmır.

- İki gün əvvəl Məmməd Zeynalov da Müsavatdan getdiyini elan etdi. İstefalar olacaqmı?

- Məmməd Zeynalov ədliyyə nazirinin müavini, Pentensiar Xidmətin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən Müsavat Partiyasına gəlib. Uzun illər Məclis üzvü olub. Ziyalı və intellektual insandır, onunla şəxsən tanışlığım var. Onun istefasını partiya üçün ciddi itki hesab edirəm. Gülağa Aslanlının sözündən belə çıxır ki, Məmməd Zeynalovu tanımır. Bu bəlkə də, bu onların daxili mənəvi aləmlərindən gələn bir məsələdir. Əslində partiyada çox avtoritar psixoloji mühit var. Biz bunu gözləyirdik də. Ona görə də qurultaydan sonra bu sayda müsavatçının etirazı və qəzəbi əslində bu şəxsi keyfiyyətlərlə bağlı idi. Bəlli idi ki, bu avtoritarizm partiyada hiss ediləcək. Bu gün kimlər rəhbərlikdə təmsil olunur, durum necədir məsələsi çox aktualdır. Ana müxalifət partiyasına iddia edən, hakimiyyətlə siyasi mübarizə aparan partiyanın vitrininə, onun keçirdiyi son mitinqinə baxın. Bundan xəcalət çəkmək, nəticə çıxarmaq və yollar aramaq əvəzinə qara piarla məşğuldurlar. Bu da iflas səviyyəsini göstərir. Məsələ ondan gedir ki, bu insanlar sanki bununla öz fəaliyyətini başa çatmış hesab edirlər.

- Müsavatda bəlli qrupun fəaliyyətini başa çatmış hesab etdiyiniz üçün ADR-i yaratmısınız?

- Onlardan fərqli olaraq biz hərəkatı yaratmaqla istəyirik ortaya intellektual məhsul qoyaq, Azərbaycanda Avropa standartlarına uyğun islahatların sona çatdırılsın, ölkəmizin Avropaya çevrilməsinə çalışaq. Bizim düşüncəmiz budur. Əgər söhbət vətən əxlaqından gedirsə, bunlar əsas götürülməlidir, nəinki illərlə çiyin-çiyinə gəldiyin insanlar sənin kimi düşünmədiyin üçün repressiya aparmaq. Bu da həmin insanların mənəvi əxlaqından xəbər verir.

- Qubad İbadoğlunu Müsavatdan çıxaracaqlar?

- Əgər belə bir addım atsalar özlərinibataqlığa sürükləmiş olacaqlar. Onlar hazırda bataqlıqdadır. Əslində onlar özləri bilirlər ki, səhv edirlər. Ancaq geriyə yolları da yoxdur. Hesab edirəm ki, Qubad İbadoğlu nəinki Azərbaycan cəmiyyətində, eləcədə dünyada tanınan şəxsdir. Onun partiyada olması əslində Müsavat üçün pristijdir. Bunu normalda qiymətləndirmək və dəyərləndirmək lazımdır. Qubad bəy, bir ilə yaxın baş nazirin müşaviri kimi fəaliyyət göstərib, Amerikanın müxtəlif mərkəzlərində dərs deyib, vətəndaş cəmiyyətinin təşəkkülü istiqamətində mühüm proyektlərin müəllifidir. Sadəcə olaraq bu cür insana qarşı belə proses aparmaq anlaşılan deyil. Qubad bəy mədəni, ziyalı, əxlaqlı şəxsdir. Üstəlik xeyli də cavandır və bizim də ona dəstək verməyimizin bir səbəbi də budur.

- Siz və partiya rəhbərliyindən narazı qalan digər tanınmış müsavatçıların isa Qəmbərlə, rəhbərliklə təmaslarımövcuddur?

- Şəxsən mənim heç bir kontaktım yoxdur. Mən heç kimlə düşmənçilik xətti tutmuram. Sadəcə olaraq mən kənardan dəyərləndirmə aparıram. Özlərini az qala Dalay Lama hesab edən, böyük təcrübəli siyasətçi sayan insanların hərəkətlərinə diqqət edirəm. Yəqin ki, zamanı gələndə biz bunu qələmə alaraq cəmiyyətə çatdıracağıq. Sadəcə olaraq bəzən qısqanclıqdan, siyasi rəqabətə gedə bilməməkdən, özlərini arxa fonda gördüklərindən qıcıqlanırlar. Bu da onların öz problemidir. Reallığı götürsək demək olar ki, partiyanın rayon təşkilatları yox dərəcəsindədir. Mən buna görə insanları qınamıram. İnsanlar 20 ildir ki, bu yoldadır. Dünyasını dəyişənlər, yorulub sıradan çıxanlar, həbsdə yatanlar olub. Perpektivsizliyə görə, bezib gedənlər olub. Belə çətin şəraitdə partiyanın strukturları zəifləyib. Mən bu insanlara sayğı göstərirəm, partiyada qalanlara da hörmətlə yanaşırıq, onlara dəyər verilməlidir. Bu insanlar da olmasa, liderlər kimə lazımdır? Bu baxımdan partiyada qalan sıravi müsavatçılara hörmətlə yanaşmaq lazımdır. Partiyadan gedənlərə də təşəkkür etməliyik ki, fəaliyyəti olub. Amma biz bunun əksini müşahidə edirik, Müsavatdan gedənə bir damğa yapışdırırlar. Bu ədalətsiz mövqedir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı - SİYAHI

    Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı ...

    15-12-2014, 15:49

  • 
  • Vurğun Əyyub İsa Qəmbəri qüsurları ört-basdır etməkdə suçladı

    Vurğun Əyyub İsa Qəmbəri qüsurları ört-basdır ...

    13-10-2014, 14:02

  • 
  • Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI

    Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI ...

    24-09-2014, 11:24

  • 
  • Müsavatda qalmaqallı müşavirə...

    Müsavatda qalmaqallı müşavirə... ...

    23-11-2014, 23:25

  • 
  • Qubad İbadoğlu Müsavatdan çıxarıldı - FOTOLAR, YENİLƏNİB

    Qubad İbadoğlu Müsavatdan çıxarıldı - FOTOLAR, ...

    6-02-2015, 23:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu