GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəydə məmurların fironluğu əndazəni aşıb

Gədəbəydə məmurların fironluğu əndazəni aşıb

Tarix: 20-02-2015, 00:11 Bölmə :Manşet Baxış: 0
Gədəbəydə məmurların fironluğu əndazəni aşıb

Təhsil və səhiyyə “bazar” çevrilib; İcra başçısı “ənənəvi metod”u ilə rayonu uçuruma yuvarlayıb

Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

«Gündəm Xəbər» qəzeti saytlarda yayılan xəbərlərə istinadən məlumat verir ki, Arabaçı kəndində özünü asaraq intihar edən 2004-cü il təvəllüdlü Abbasov Şahin Gülzalı oğlunu, orta məktəbdə müəllimi tərəfindən döyülüb. Xəbərdə iddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov məktəbdə şagirdlərin gözü qarşısında müəllimi tərəfindən kobud rəftarla üzləşib. O, daha sonra özünü asaraq intihar edib.

Özünü öldürmə faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Ş.Abbasovun valideynləri və digər yaxınları ilə yanaşı, müəllimləri və sinif yoldaşları da istintaqa ifadə verib. İstintaq sirri olduğundan onların ifadəsi açıqlanmır.Özünü öldürən məktəblinin meyitinin ekspertizasından əldə edilən nəticələr yaxın günlərdə hazır olacaq.

Bu sensasiyalı xəbər diqqəti yenidən Gədəbəyə yönəldib.

Qəzetimizi bilgiləndirən gədəbəylilərin sözlərinə görə, Gədəbəy rayon İcra Hakimiyyətinə Ramiz Yediyarovun təyinatından sonra, nəinki rayonun bütün sahələri, hətta təhsil sistemi də «iflic» olub: «Rayonun bütün sahələrində olduğu kimi, təhsilində də Ramiz Yediyarov «güləyi əsir». O, rayon təhsilini də özünün şəxsi maraqlarının qurbanına çevrib. Siz rayon məktəblərinə verilən inventarların hansı MMC-lər tərəfindən təmin edilməsi faktlarını araşdırsanız, görəcəksiniz ki, icra başçısı ilə rayon təhsil şöbəsinin müdiri təhsili necə «bazar»a çevriblər:

«Bəli, keçmiş vergi əməkdaşı olan Ramiz Yediyarov, hələ də o sistemin bəzi məmurlarının idarəetmə sistemindən uzaqlaşa bilməyib. O, təyin edildiyi üç il müddətində Gədəbəydə elə bir idarə, müəssisə yoxdur ki, həmin idarələrə dövlət tərəfindən ayrılan pul vəsaitləri mənimsənilməsin.

Bizdə olan məlumatlara görə, artıq müəyyən yuxarı qurumlar Ramiz Yediyarovun qanunsuz əməlləri haqda kifayət qədər məlumatlıdırlar. Yəqin ki, bu məmurun görəvdən alınma müddəti, tez bir zamanda baş verəcək.

Mürəkkəb məsələ ondadır ki, Ramiz Yediyarov görəvdən alınandan sonra onun dağıtdığı və mənimsədyi dövlət vəsaitlərinin sorğu-sualı necə olacaq?

Gədəbəy rayonuna düşmən kəsilmiş bu məmur yəqin ki, yediyi və göyə sovurduğu vəsaitlərin sorğu-sualını gələcəkdə həmin təşkilatlara rəhbərlik edənlərin üzərinə yıxacaq. Başqa yol da yoxdur. Keçmiş vergi mütəxəssisi olan başçı çox gözəl bilir ki, onun idarə və müəssisələrdən yığdığı rüşvətlər, heç bir sənədə imzası olmadan əldə etdiyi qanunsuz vəsaitlərdir. Yəni o, idarə müdirlərini yükləyərək, həm pulunu qazanır, həm də özünü məsuliyyətdən azad edir».

Məlumata görə, Ramiz Yediyarov hələ 14 saylı Ərazi Vergilər İdarəsində rəis işlədiyi zaman, bu «metodlar»dan çox gözəl istifadə edib: «Onun vergidəki iş üslubunu həmin dövrün sahibkarlarından soruşa bilərsiniz. O, vergi müfəttişlərini ayrı-ayrı sahibkarların yanına göndərir və onlardan rüşvət tələb edirdi. Buna etiraz edən sahibkarlar isə, vergi əməkdaşları tərəfindən ağır cəzalandırılırdı. Şikayət edən sahibkarlara isə Ramiz Yediyarov özünü elə göstərir ki, guya rüşvət alınmasından onun xəbəri yoxdur. İcra başçısı təyin edildiyi üç il müddətində də, həmin maxinasiyalarını Gədəbəy rayonunda həyata keçirməyə başladı. Ramiz Yediyarovun ən çox zərbə vurduğu təşkilatlar səhiyyə və təhsildir. Demək olar ki, rayonda təhsil və səhiyyənin vəziyyəti çox acınacaqlı vəziyyətədir. Hətta elə kənd orta məktəbləri var ki, heç onların qapısı belə açılmır. Nəticədə dərsə gəlməyən müəllimlərə aylıq məvacib yazılır, direktorlar həmin məvacibi yarı bölür və toplanan vəsaitlər rüşvət olaraq rayon rəhbərliyinə ötürülür».

İcra hakimiyyətini yaxınlığında yerləşən 1 saylı orta məktəb haqda məlumat verən şəxs bildirir ki, məktəb 60-cı ildə necə tikilibsə, bu gün də həmin görkəmdədir. Hətta bəziləri iddia edirlər ki, Ramiz Yediyarov icra başçısı təyin ediləndən bəri, həmin məktəbin təmiri üçün külli miqdarda vəsait ayırmış, ancaq həmin vəsait təyinatı üzrə xərclənmədən başçı tərəfindən mənimsənilib. Bir nömrəli şəhər orta məktəbinin şagirdləri üçün nəzərdə tutulmuş komputer avadanlıqlarından, demək olar ki, heç bir əsər-əlamət yoxdur. Deyilənlərə görə, həmin komputerlər məktəbin direktoru Sevda Musayeva tərəfindən satılmış, əldə edilən pul isə şəhər meri Şahbaz Bayramovun əli ilə Ramiz Yediyarova çatdırılıb.

Səhiyyə ocaqlarında da vəziyyət acınacaqlıdır. Belə ki, Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev xəstəxananı ticarət mərkəzinə çevirib. Təsəvvür edin ki, Gədəbəy əhalisi ən kiçik analizləri üçün belə başqa rayonlara üz tutmalı olurlar. Belə ki, Gədəbəy Mərkəzi xəstəxanasına göndərilən tibb avadanlıqlar baş həkim

tərəfindən çox ustalıqla satılır. Bunun nəticəsidir ki, hər kəsin payını yaxşı çatdıran baş həkim, uzun müddətdir ki, mərkəzi xəstəxanaya rəhbərlik etməkdə davam edir.

Nəzərinizə onu çatdırırıq ki, müstəqillik qazanandan bu yana Gədəbəyə təyin edilmiş icra başçılarının heç birinin işlədiyi dövrdə, belə talançılıq, rüşvətxorluq, səriştəsizlik, məmur özbaşınalığı olmamışdır. Ramiz Yediyarov icra başçısı təyin ediləndən, hədindən artıq rüşvətə meyilli olduğu üçün rüşvətin tüğyan etməsinə şərait yaradılıb. Bunun bariz nəticəsidir ki, bir nömrəli məktəbə iki ildir ki, direktor təyin olunan Sevda Musayevanın gözləri ayaqlarının altını seçmir. O, hər yerdə bəyan edir ki, “heç kim məni işdən azad edə bilməz, məni bu vəzifəyə icra başçısı təyin edib, o da müdafiə edir.

Təkcə bir faktı qeyd etmək lazimdir ki, Gədəbəydəki təhsillə bağlı qazetinizin ötən saylarında gedən yazılardan təşfişə düşən məktəb direktoru, öz qanunsuz işlərinə qanunu don geyindirmək üçün, gecələr məktəbə gəlir və müəyyən jurnalları, sənədləri evinə aparıb dəyişdirir.

Burada bir nüansı da qyed edək ki, maraq fənlərini öz yaxın əlaltılarının adına yazdır, amma heç bir dərs keçilmir və həmin pullar da mənimsənilir. Rayonda elə bir insan tapmaq olmaz ki, Ramiz Yediyarov başda olmaqla, bu gün rayona rəhbərlik edən məmurlardan razı olsun».

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 11 sinifdə oxuyan qız özünü öldürüb

    Azərbaycanda 11 sinifdə oxuyan qız özünü öldürüb ...

    18-11-2013, 20:42

  • 
  • 17 yaşlı qız özünü asdı

    17 yaşlı qız özünü asdı ...

    29-04-2016, 11:37

  • 
  • Sumqayıt sakini özünü borudan asdı

    Sumqayıt sakini özünü borudan asdı ...

    13-03-2017, 10:56

  • 
  • Xaçmazda bir nəfər intihar edib

    Xaçmazda bir nəfər intihar edib ...

    4-07-2013, 12:38

  • 
  • 51 yaşlı kişi özünü gilas ağacından asdı

    51 yaşlı kişi özünü gilas ağacından asdı ...

    16-06-2017, 11:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu