GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədovdan rəqiblərinə “əzələ nümayişi” – “Böyük savaş” başlayacaq

Ziya Məmmədovdan rəqiblərinə “əzələ nümayişi” – “Böyük savaş” başlayacaq

Tarix: 20-02-2015, 12:21 Bölmə :Manşet Baxış: 0
Ziya Məmmədovdan rəqiblərinə “əzələ nümayişi” – “Böyük savaş” başlayacaq

Son təyinatlar nəqliyyat nazirinın gücünü göstərdi; Nazirin komandasını möhkəmlətməsi rəqiblərini kəskin qıcıqlandırıb

Dünən prezident İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədov və onun qruplaşmasını yaxından maraqlandıran bir neçə sərəncam verib.

«Gündəm Xəbər» məlumat verir ki, İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov tutduğu sözügedən vəzifəsindən azad edib. Ancaq növbəti sərəncamla o, Ziya Məmmədova müavin təyin olunub.

Prezidentin cəmiyyəti və iqtidardakı qruplaşmaları yaxından maraqlandıran digər sərəncamı isə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla bağlı olub. Prezident onu vəzifəsindən azad eləsə də, bu, deputatın «vurulması» anlamına gəlmir. O, daha prestijli vəzifəyə təyin olunub. Belə ki, Arif Əsgərovdan boşalan postu deputat Cavid Qurbanov tutub. Yəni bundan sonra Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edəcək.

Bu və ya digər sərəncamları qəzetimizə şərh edən ekspertlərdən biri deyib ki, son bir neçə ayda baş verənlər və dünənki sərəcamlar, Ziya Məmmədovun hakim komandada düşünüldüyü qədər zəif olmadığını göstərdi: «Hətta mən deyərdim ki, Ziya Məmmədov hakimiyyətdə gözlənilən geniş islahat dalğasından nəinki özünü, hətta bütövlükdə komandasını qorudu. Bununla Ziya Məmmədovun son bir ildə üzərinə gələn hücumları dəf etdiyini və hətta güclənərək, ən azı növbəti bir il üçün üstün mövqedə olacağı göründü».

Müsahibimiz deyir ki, yanvar ayının sonunda Prezident İlham Əliyevin üç icra başçılarının yerdəyişməsi ilə bağlı imzaladığı sərəncamlar da, Ziya Məmmədovun ağıllı manevr edərək, rəqiblərinə əzələ nümayiş etdirdiyini söyləmək olar:

«Gəlin açıq danışaq ki, son bir ildə Ziya Məmmədovun və komandasının «vurulacağı», hətta onların fəaliyyətinin yoxlanılaraq bəzilərinin həbs ediləcəyi də deyilirdi. Üstəlik, qardaşı Elton Məmmədovun oğlunun avtoşluğundan tutmuş, jurnalist döydürməsinə qədər informasiya hücumlarının yüksələn xətlə getdiyi ərəfədə, Ziya Məmmədov müvazinətini itirmədi. Əksinə, hucumlar sanki Ziya Məmmədovu daha püxtələşdirdi. Bununla da nazir hələ 2000-ci illərdə yeni yaradılan Nəqliyyat Nazirliyinin rəhbəri uğrunda güclü rəqibləri ilə savaşdan təsadüfi qalib çıxmadığını təsdiqlədi. Elə yanvar ayının sonunda nəqliyyat nazirinin yaxın qohumu, barəsində ən sərt ittihamlar səsləndirilən Mənsur Məmmədovun Göyçay rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ucar rayonuna başçı təyin olunması, digər sərəncamla Qubanın icra başçısı Mübariz Ağayevin Göyçaya, Ucarın icra başçısı Yaşar Məmmədovun isə Qubaya başçı göndərilməsi də, Ziya Məmmədovun hakim komandada ən güclü 3 fiqurdan biri olduğunu sübut etdi. Sözsüz ki, onun bu qədər güclənməsi hakimiyyətdəki rəqiblərini qıcıqlandırır və onlar artıq Ziya Məmmədovla belə mübarizənin effekt vermədiyini anlayıblar. Ona görə də rəqiblərinin taktikanı dəyişərək, Ziya Məmmədovu tamam başqa «cinah»dan zəiflətməyə çalışacaqları gözləniləndir».

Ziya Məmmədovun saraydaxili çəkişmələrin mahir ustalarından biri olduğunu deyən müsahibimiz deyir ki, qarşıda iqtidardakı qruplaşmaların «Aazəryolservis» ASC uğurunda gərgin mübaprizə gözləyir: «Əgər Ziya Məmmədov milyonların dövr etdiyi bu quruma da öz adamının təyinatına nail olarsa, o zaman onun birmənalı şəkildə ölkənin ən güclü qrupuna sahibləndiyini açıq mətnlə demək mümkün olacaq».

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • AZAL və “Azərbaycan Dəmir Yolları” nazirliyə birləşdirilir... - Cahangir Əsgərov da vəzifədən çıxarılır

    AZAL və “Azərbaycan Dəmir Yolları” nazirliyə ...

    25-05-2022, 14:26

  • 
  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub- SƏRƏNCAM

    “Azərbaycan Televiziya və Radio Verilişləri” ...

    4-09-2019, 12:20

  • 
  • İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında

    İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının ...

    19-11-2019, 12:06

  • 
  • Ziya Məmmədovu Cavid Qurbanov  Nəqliyyat naziri Ziya Məmmədov bundan sonra Azərbaycan Voleybol Federasiyasına rəhbərlik etməyəcək.

    Ziya Məmmədovu Cavid Qurbanov Nəqliyyat naziri ...

    12-10-2016, 19:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu