Mübariz Ağayevin vəzifə təyinatı adıyla, gizli planını həyata keçirmək istədiyi bildirilir
Hüquq müdafiəçisi Taleh Xasməmmədov, yeni təyin edilmiş Göyçay rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin gizli iş planı barədə redaksiyamıza məlumat verib.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, artıq islahatlar aparmağa qərar verib. Belə ki, o Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevi yaşlı və xəstə olduğuna görə işdən çıxarılması barədə ərizə yazmağa məcbur edir. Həmin vəzifəyə hal-hazırda Şəhər üzrə İnzibati Ərazi nümayəndəsi olan Rəşad Məmmədovu təyin etmək istəyir. Həmçinin M. Ağayev Icra Hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimovun çox işlədiyini, xəstəliklə bağlı könüllü ərizə yazaraq işdən çıxmasını təkid edir. M. Ağayevin planında birinci müavin Ramiz İbrahimovun yerinə, Rövnəq Abdullayevin Zaqatala-Balakən üzrə iş aparıcısı olan İkram Vəliyevi təyin etməkdir. Göyçay İcra Hakimiyyətinin baş memarı İntiqam Süleymanov isə, Göyçay Şəhəri üzrə İnzibati Ərazi nümayəndəsi vəzifəsinə təyin ediləcək. Həmçinin hüquq müdafiəçis qeyd edir ki, İcra başçısı Mübariz Ağayev yaxın günlərdə aqrar işlər üzrə müavini Yunus Osmanlı və təhsil işləri üzrə müavini Rəxşəndə Rəcəbovanı, heç bir vəzifəyə təyin etməyərək evə yola salacaq. Göyçay mərkəzi rayon xəstəxanasının baş həkimi Famil Zeynalovun vəzifə taleyinə gəldikdə isə, icra başçısı onun külli miqdarda dövlət vəsaitini taladığını nəzərə alaraq, mənimsədiyi pulları təmir edilən xəstəxanaya xərclətdikdən sonra, onu vəzifəsindən kənarlaşdıracaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?