Nazirin imtiyaz tanıdığı otelin sahibi haqqında şok faktlar var
Yanvarın 18-də gecə saatlarında Bakı-Sumqayıt yolunda baş verən maraqlı hadisə ilə bağlı Mia.az saytında maraqlı fakt yayılıb.
Xatırladaq ki, ötən ayın 18-də Bakıdan Sumqayıt istiqamətində hərəkət edən (Xırdalan qəbiristanlığının yaxınlığında) 99 AA 499 nömrə nişanlı "Rang Rover” markalı avtomobilin sürücüsü ilə, "BMW” markalı avtomobilin sürücüsü arasında əlbəyaxa mübahisənin düşməsi haqqında xəbər portallarında məlumat yayılmışdı. Hadisə yerindən çəkilən fotoların da əks olunduğu yazıda bildirilirdi ki, davaya səbəb "BMW”-yə yol verməyən "Rang Rover”-in sürücüsünün təhqiramiz ifadələr işlətməsi olub. Əlbəyaxa dava düşəndən sonra "BMW”-də olan sürücünün həyat yoldaşı yerə düşərək, onları sakitləşdirməyə çalışıb. Lakin "BMW”-nin sürücüsünə nisbətən cavan yaşda olan "Rang Rover”-i idarə edən şəxs, qarşısındakıları ağır ifadələrlə təhqir edib və onlara yumruq zərbələri endirib. Bundan sonra dava bir qədər də qızışıb və yolda avtomobillərin hərəkəti tamamilə dayanıb. Başqa sürücülərin müdaxiləsinə baxmayaraq, davanı sakitləşdirmək mümkün olmayıb. Bu vaxt yoldan keçən başqa bir şəxs onlara yaxınlaşaraq, polis polkovniki olduğunu deyib, vəsiqəsini göstərib və onları aralaşdıra bilib. Həmin vaxt məlum olub ki, "Rang Rover”-in sürücüsü sərxoşdu.
O, özü də bunu boynuna alıb, toydan gəldiyini bildirib. AA seriyası ilə avtomobil idarə edən sürücü, sonradan hadisə yerinə gələn 10 YP 756 nömrəli yol polisinin əməkdaşlarına da sərxoş olduğunu deyərək, onlara vəzifəli şəxs olduğunu, kiminsə qohumu olduğunu pıçıldayıb. Bundan sonra ayaq üstə güclə dayanan, nəinki dava etdiyi şəxsləri, hətta kənardakı şəxsləri də ağır ifadələrlə təhqir edən sürücü sərbəst buraxılıb. Bu vaxt başqa sürücülər yol polislərinə etirazlarını bildiriblər, lakin heç nə dəyişməyib. İçkinin təsirindən üst geyimini və telefonlarını yerə atan sürücü onları yığışdırandan sonra hadisə yerini tərk edib.
Bu xəbərlə bağlı dünən Mia.az saytında həmin avtomobilin kimə məxsus olduğu haqda maraqlı xəbər yayılıb. Xəbərdə bildirilir ki, 99 AA 499 dövlət nömrə nişanlı avtomobilin sahibi hüquqi şəxsdir:
«Daha dəqiqi, həmin avtomobil nömrəsi Bakıda fəaliyyət göstərən "Clear" mehmanxanasının adına qeydiyyatda alınıb. Sözügedən maşın və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 108 ünvanında yerləşən 4 ulduzlu "Clear" mehmanxanası, həmçinin 99 AA 499 nömrəsi və onun rəsmi sənədlərdə sahibi kimi göstərilən fiziki şəxs Fuad Bayram oğlu Məmmədov haqqında daha ilginc məlumatlar var. Bəs, doğurdanmı həmin nömrə rəsmi sənədlərdə "Rang Rover"ə məxsusdur, yoxsa...?»,
«Gündəm Xəbər» qəzeti olaraq «Clear» mehmanxanası haqqında müəyyən araşdırma apardıq.
Bəlli oldu ki, ölkə mediasında bu mehmanxana baradə kəskin ittihamlarla dolu məlumatlar da yayılıb. Hətta burada xeyli əvvəl polisin əməliyyat keçirərək, vəzifəli şəxslərlə birgə fahişələri də saxladığı haqda axtarış sistemlərində ilginc iddialarla rast gəlinir.
«Gündəm Xəbər»in əldə etdiyi digər maraqlı fakt isə, sözügedən mehmanxananın ötən il mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən lisenziya ilə mükafatlandırılmasıdır:
«Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel ayı ərzində bir sıra mehmanxanalara, o cümlədən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Və maraqlı məqam odur ki, daha çox priton kimi xatırlanan «Clear»da həmin tarixdə nazir Əbülfəs Qarayev tərəfindən yeni statusa mindirilib. Nazirliyin xüsusi status verdiyi əmrində isə, fiziki şəxs Məmmədov Fuad Bayram oğlunun ünvanları isə rəsmi sənədlərdə belə göstərilib: “Fiziki şəxs Məmmədov Fuad Bayram oğlua (hüquqi ünvanı: Sumqayıt şəhəri, məhəllə 26, ev 68/38, mənzil 34; 11.04.2014-cü il tarixli, qeydiyyat nömrəsi 510; seriya №-si 079727; faktiki ünvan: "Clear" mehmanxanası, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, C. Xəndan küçəsi, 108).
İndisə bəlli olur ki, bu adamın adı təkcə priton saxlamaqda deyil, həm də yuxarıda qeyd edilən daha bir xoşagəlməz hadisələrdə baş rol da hallanır. Belə bir adamın obyektinə isə, Əbülfəs Qarayevin hansı əsasla 4 ulduzlu mehmanxana lisenziyası verməsi xeyli düşündürücüdür. Axı, kim təminat verə bilər ki, Bakıda keçiriləcək beynəlxalq olimpiada zamanı o, bu mehmanxanada qalacaq əcnəbi qonaqlarla belə davranmayacaq?!».
Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?