Rusiya prezidenti Vladimir Putin bu gün imzaladığı fərmanla Çeçenistan rəhbəri Ramzan Kadırovu “Şərəf” ordeni ilə təltif edib.
gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, fərmana əsasən Kadırov “əmək fəaliyyətindəki uğurlara, fəal ictimai fəaliyyətinə və uzunmüddətli vicdanlı işinə” görə təltif edilir.
Həmçinin digər fərmanla Rusiya Dövlət Dumasının deputatı, keçmiş KQB polkovniki Aleksandr Litvinenkonun Londonda radioaktiv maddə ilə zəhərləyərək öldürən xüssui xidmət zabiti Andrey Luqovoya “Vətən qarşısında xidmətlərinə görə” ordeni verilib.
Mükafatlandırılanlar sırasında Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov və İkinci dünya müharibəsində iştirak edən 4 amerikalı veteran da var.
Putin həmçinin xarici vətəndaşların Rusiyanın dövlət mükafatları ilə təyin edilməsinə dair ayrıca fərman imzalayıb. Martın 8-də imzalanan fərmanın mətni bu gün Rusiyanın hüquqi informasiyalar rəsmi portalında dərc edilib.
Həmin fərmana əsasən Azərbaycan prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov və parlamentin spikeri Oqtay Əsədov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilir. Fərmanda göstərilir ki, bu şəxslər Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün təltif edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?