GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Lisey rəhbərlərinə hökm oxundu

Lisey rəhbərlərinə hökm oxundu

Tarix: 12-03-2015, 09:56 Bölmə :Manşet Baxış: 0
Lisey rəhbərlərinə hökm oxundu



Məhkəmə direktor və onun müavinlərini cəzalandırdı

Quba şəhərində H.Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xanımsona Əkbərova, direktorunun təlim-tərbiyə işləri üzrə müavini Elmira Qasımova və təsərrüfat işləri üzrə direktor müavini Nüsrəddin Hacıbabayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Nüsrəddin Hacıbabayev vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

Nüsrəddin Hacıbabayev 15 sentyabr 2011-ci il tarixli, 128 saylı əmrlə həmin məktəbin texniki işçisi təyin olunmuş Anjella İbrahimova işə çıxmayıb. Buna baxmayaraq o, Anjellaya 4 mart 2013-cü il tarixədək olan müddətdə əlavə əməkhaqqı yazıb. Həmin əməkhaqqı cədvəlləri məktəbin möhürü ilə təsdiq olunub, daha sonra isə Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə göndərilib. Nümayəndəlik tərəfindən Anjella İbrahimovaya 2011-ci ilin sentyabr ayından 2013-cü ilin mart ayınadək olan dövr üzrə cəmi 1759 manat əməkhaqqı hesablanıb və

həmin məbləğ onun “KapitalBank” ASC-dəki hesabına köçürülüb.

Digər təqsirləndirilən şəxslər Xanımsona Əkbərova və Elmira Qasımova isə Nüsrəddin Hacıbabayevanın qanunsuz əməlinə göz yuyublar. Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 314.1-ci (səhlənkarlıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə, Elmira Qasımova isə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunublar.

Quba rayon Məhkəməsinin hökmü ilə Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova 1000 manat cərimə olunub. Digər təqsirləndirilən şəxs Elmira Qasımovanın barəsində ittiham hökmü çıxarılmayıb. Onun ittiham olunduğu maddə üzrə ittihamın müddəti keçdiyi üçün hakim belə nəticəyə gəlib. Həmçinin hakim Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 308.1-ci maddəsini ittihamdan xaric edərək, həmin maddə ilə adları qeyd olunan təqsirləndirilən şəxslərə cəza təyin edilməyib.

Hökmdən narazı qalan Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova apelyasiya şikayəti verərək cərimə cəzalarının ləğv olunmasını istəyiblər. Həmçinin prokurorluq apelyasiya protesti verib və təqsirləndirilən

şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib. Tərəflərin şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Zəfər Ramazanov bildirib ki, təqsirləndirilən şəxslərin barəsində Quba rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilməlidir. Prokuror Nüsrəddin Hacıbabayevi Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə, Elmira Qasımovanı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə və Xanımsona Əkbərovanı Cinayət Məcəlləsinin 313 və 314.1-ci maddələri ilə təqsirli bilinmələrini tələb edib: Məhkəmə hökmdə təqsirləndirillən şəxslər Nüsrəddin Hacıbabayev və Elmira Qasımovaya irəli sürülmüş ittihamın tam təsdiqini tapdığını göstərib. Bu səbəbdən də onların ittiham olunduğu Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ittihamdan xaric edilib. Təqsirləndirilən şəxslər Nüsrəddin Hacıbabayev və Elmira Qasımovaya Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham “artıq ittiham” kimi nəzərə alınıb və onlara verilmiş həmin maddə ümumi ittihamdan xaric edilib. Məhkəmə qeyd olunan nəticəyə gəlməsini hökmdə eyni zamanda Rusiya Federasiyası Məhkəmələrinin məhkəmə təcrübəsindən nümunələr gətirməklə əsaslandırıb. Halbuki, iş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin cinayət əməli sübuta yetirilib. İş materiallarında qeyd olunub ki, Elmira

Qasımova H.Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru vəzifəsində işlərkən məktəb direktorunun müavini vəzifəsində işləyən Gülnar İbrahimovanın xahişi ilə gəlini Anjella İbrahimovanı xadimə kimi işə götürüb, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Nüsrəddin Hacıbabayev onun işə çıxmaması, işləməməsi barədə dəfələrlə məlumatlandırılıb. Buna baxmayaraq, Nüsrəddin Hacıbabayev saxta sənədləri imza və təsdiq etməklə Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə göndərib. Nəticədə Anjella İbrahimovaya işləmədiyi halda əmək haqqı alıb”.

Prokurorun sözlərinə görə, Elmira Qasımova qeyd edilən əməllərini direktor müavini Gülnar İbrahimova qarşısında nüfuz qazanmaq məqsədi ilə törədib. Onun sözlərinə görə, Elmira Qasımova vəzifə saxtarkarlığı cinayətini törətməzdən əvvəl öz vəzifələrindən sui-istifadə edib. Prokuror qeyd edib ki, təqsirləndirilən şəxs işçisini içə çıxmamasına göz yumub.

Sonda işə baxan hakim prokurorun protestinin təmin edilməsi barədə qərar açıqlayıb və qərara görə, prokurorun protesti qismən təmin edilib və Quba rayon Məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxslər istintaq orqanının irəli sürdüyü ittihamlarla

mühakimə ediliblər və onların hər biri 1000 manat miqdarında cərimə olunublar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bir neçə vəzifəli şəxs həbs olundu — Korrupsiyaya görə

    Azərbaycanda bir neçə vəzifəli şəxs həbs olundu — ...

    15-09-2017, 10:54

  • 
  • Bakıda orta məktəb direktorunun şok əməlləri — TƏFƏRRÜAT

    Bakıda orta məktəb direktorunun şok əməlləri — ...

    9-12-2020, 12:34

  • 
  • Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ

    Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ ...

    3-05-2021, 17:19

  • 
  • Sumqayıtda şagirdin ölümünə bais olan direktor və müavini işdən qovuldu - AÇIQLAMA

    Sumqayıtda şagirdin ölümünə bais olan direktor və ...

    15-05-2013, 14:54

  • 
  • Məhkəmə Məşgulluq Mərkəzinin 2 əməkdaşını azadlığa buraxıb

    Məhkəmə Məşgulluq Mərkəzinin 2 əməkdaşını ...

    2-02-2018, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu