GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gömrükdə iki kloqram narkotik necə yoxa çıxıb?

Gömrükdə iki kloqram narkotik necə yoxa çıxıb?

Tarix: 12-03-2015, 10:26 Bölmə :Manşet Baxış: 0
Gömrükdə iki kloqram narkotik necə yoxa çıxıb?

Həbs olunan şəxs 73 kiloqram narkotik gətirdiyini iddia edir, amma istintaq sənədlərinə 70kq-a yaxın narkotik əlavə edilib

Türkiyə vətəndaşı Ateş Rifat Ahmet narkotiklə həbs olunaraq məhkəmədə mühakimə olunur. O, 2014-cü ilin avqust ayının 8-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda həbs edilib.

Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcütsan Respublikasına gedən Türkiyə vətəndaşı Atəş Rifat Ahmet oğlunun idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb. Avtomobilin qoşqusunun döşəməsinin altından 116 ədəd politen bükümə qablaşdırılmış 70 kq–a yaxın heroin aşkar edilib.

İstintaqın gəldiyi nəticəyə görə, 1960-cı il təvəllüdlü Ateş Rifat İran İslam Respublikasında bir qrup şəxslə cinayət əlaqəsinə girərərək külli miqdarda narkotik vasitələri Hollandiyaya aparmaq barədə razılığa gəlib. 2014-cü ilin iyul ayının 28-də Astara Gömrük İdarəsindən narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gizli keçirib. Avqustun 8-də Gürcüstana gedən zaman “Sınıq Körpü” gömrük postunda təkrarən gömrük sərhədindən gizli yolla keçirib.

O, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci (təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.2, 234.4.3-cü (təkrar, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib və cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Zabil Qasımovun sıdrliyi ilə keçirilən prosesdə ifadə verən Atəş Rifat bildirib ki, 7-8 ildir yük avtomobili ilə tikinti malları

daşıyıb, Türkiyədən yükləri Avropaya, əsasən də Türkmənistana aparıb: “İki il olardı ki, Gürcüstanda “Aran” şirkəti yaratmışdım. Həmin şirkət yük daşıma fəaliyyəti ilə məşğul olur. 2014-cü ilin iyun ayında İstanbuldan inşaat materialları yükləyib “Polimeks” firmasına çatdırılmasından ötrü Türkmənistana aparmaq barədə sifariş aldım. Üç-dörd gün yol gedib Türkiyənin Ağrı şəhəri ilə həmsərhəd olan İran İslam Respublikasının Bəzərgah şəhərində yerləşən gömrüyə çatdım. Növbə çox olduğundan dörd gün ləngiməli oldum. Vizam gecikdiyi üçün Türkmənistana gedə bilmədim. Ona görə də yüklərin “Polimeks” firmasına çatdırılması üçün sürücü tapdım və malların çatdırılması üçün 870 dollar verdim. Həmin sürücü altı-yeddi gündən sonra avtomobili gətirib təhvil verdi. Bundan sonra Gürcüstana yük aparmaq üçün yük axtardım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Hacıəli adlı İran vətəndaşı ona yaxınlaşaraq yük axtarıb-axtarmadığını soruşub və yükün Avropaya aparılmağı olduğunu deyib: “Ondan nə yükü olduğunu soruşduqda Hacıəli narkotik yükü olduğunu dedi. Hacıəlinin mənə birbaşa bu cür təklif etməsindən şübhələndim, şoka düşdüm. Dedim ki, nə sən mənə elə təklif etmiş ol, nə də mən bunu səndən eşitmiş olum. O, isə “niyə razılaşmırsan, sən heç nəyə qarışmayacaqsan, hər şeyi biz özümüz həll edəcəyik” dedi. Həmçinin narkotik vasitənin hər kiloqramına görə 2000 avro verəcəyini və yükü Almaniyada endirməmişdən qabaq pulu çatdıracağını bildirdi. Narkotik vasitəni İrandan Azərbaycana, oradan Gürcüstana, Gürcüstandan Ukraynaya, oradan Polşaya, Polşadan Almaniyaya, daha sonra isə Hollandiyaya aparmağa razılaşdım. Vəd etdikləri pulu Almaniyada Kölnlə Axın şəhərlərinin arasında olan beynəlxalq yük avtomobillərinin saxlanılması üçün olan parkda verəcəkdilər. Dostlarına borcu yarandığını, əmlakının çoxu girovda olduğunu deyən A.Rifat bu işin müqabilində 100 min avro alacağını düşünüb: “Bir yandan borclarım, digər tərəfdən uşağımın xəstə olmasını nəzərə alıb razılaşdım. Hacıəli dedi ki, avtomobili iki gün özümüzdə

saxlayacağıq, narkotik vasitəni orada bir yer tapıb gizlədəcəyik, sonra sənə qaytaracağıq. Avtomobilin açarlarını oana verdim. Özüm isə qonaq evinə getdim. Hacıəli dörd gündən sonra gəldi və işlərini qurtardıqlarını, yükü avtomobilə yüklədiklərini dedi. Avtomobilə minib yola düşdüm. Ertəsi gün İran İslam Respublikasının Astara gömrüyünə çatdım. Gömrüyü keçib Azərbaycana daxil oldum”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Astara gömrüyündə avtomobili gömrükdə ətraflı şəkildə yoxlasalar da, heç nə tapa bilməyiblər. Hətta avtomobil rentgen aparatından keçirilib, yenə heç nə aşkar olunmayıb: “Yük yerinin döşəmələrini iki yerdən deşib yoxladılar. Heç nə tapa bilməyib yola saldılar. Gürcüstana yola düşdüm. İyulun 30-da Tovuz Gömrüyünə çatdım və avtomobili dayanacaqda qoydum. Uşaqlarım üçün çox darıxmışdım, həm də tutulacağımdan qorxurdum. Ona görə də sonuncu dəfə övladlarımı görmək üçün Türkiyəyə getməyi qərara aldım. Avtomobili orada qoyub piyada Tovuz Gömrüyündən keçib Tbilisiyə, oradan da təyyarə ilə Türkiyəyə getdim. Üç gün evdə qalıb uşaqlarımı gördüm, xəstə övladımı həkimə aparıb göstərdim. Bundan sonra avqust ayının 5-də təyyarə ilə Tbilisiyə gəldim. Konsulluğa gedib viza almaq üçün sənədlərimi təqdim etdim. Viza və pasportumu alandan sonra Azərbaycan ərazisinə keçib avtomobili saxladığım avtoparka gəldim”.

O, bildirib ki, avtomobilə narkotik vasitə yüklənməsinə çox peşman olduğundan onun aşkar edilməsini istəyib: “Avtomobili sürüb gömrüyə daxil oldum. Gömrük əməkdaşı gəlib avtomobilin hər tərəfini yoxladı, heç nə tapa bilmədi. Heç yana getməməyi, gözləməyi tapşırdı, mən də gözlədim. Həmin gömrükçü gedib itlə geri döndü. Bu dəfə avtomobili itlə yoxlamağa başladılar. Yenə də heç nə tapa bilmədilər. Sonra gedib alətlər çantasını gətirdilər. Yük yerinin döşəməsindən iki ədəd taxtanı sökdülər, heç nə tapılmadı. Özlüyümdə İranda maşına narkotik vasitə qoymadıqlarını

düşündüm. Fikirləşdim ki, bəlkə məni sınamaq üçün belə deyiblər. Qaranlıq düşdüyündən axtarışı saxladılar. Ertəsi gün üç gömrük əməkdaşı gəlib yenə yoxlama apardılar, üçüncü taxtanı da sökməyimi istədilər. Mən də sökdüm. Amma yenə də heç nə tapılmadı. Bu dəfə özüm avtomobildə narkotik vasitə olduğunu dedim. Çünki narkotikin maşınıma yüklənməsinə çox peşman olmuşdum, onun aşkar olunmasını istəyirdim. Məndən narkotikin harada olduğunu soruşdular. Harada olmasını bilmədiyimi, İranda mənim iştirakım olmadan haradasa gizlətdiklərini dedim. Gömrük əməkdaşları taxtaları sındırıb daha ətraflı axtarmağa başladılar. Narkotik vasitə avtomobilinin qoşqusunun dördüncü və beşinci taxta döşəmələrinin altından aşkar edilərək götürüldü. Hal şahidlərinin iştirakı ilə tərəzidə çəkildi. Ümumi çəkisi 72 kiloqram 900 qram idi”.

Təqsirləndirilən şəxsin vəkili Gülmayə Quliyeva cinayət işinin obyektiv araşdırılması üçün Ateş Rifat Ahmet oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin yoxlnıldığı “Sınıq Körpü” postunda yoxlamanı qeydə alan kamera görüntülərinin məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət qaldırıb: “Cinayət işi materiallarında narkotik vasitənin yoxlamanı aparan şəxslər tərəfindən aşkar olunduğu göstərilir. Müdafiə tərəfinin isə narkotik vasitənin aşkar olunması ilə bağlı fikirlə fərqlidir. Mübahisə yaranan halların obyektiv tədqiqi üçün həmin görüntülərin əldə edilməsi vacibdir”.

Vəkilin digər vəsatəti isə cinayət materiallarında yer alan “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokolun və “yoxlanmanın növbəti günə keçirilməsinin qərara alınması barədə” aktın narkotik vasitəni aşkar olunması prosedurunu ortaya qoyan sübutlar hesab edilməməsini və cinayət işinin materiallarından çıxarılması ilə bağlı olub.

********************************************

“Həm istintaq zamanı, həm də məhkəmədə hüquqlarım pozulub”

Dələduzluqda ittiham olunan şəxs müstəntiqin saxta ittiham hazırlamasından danışdı

Dələduzluqda ittiham olunan Saatlı rayon sakini, 1971-ci il təvəllüdlü İlkin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, İlkin Hüseynov 2013-cü ilin fevral ayının əvvələrindəQulamhüseynSadıqovun tanışı Zahid Muxamedovutəqaüdə çıxartdıracağını vəd verib.

O, aldatma yolu ilə Saatlı rayonunun Qara Nuru kəndində Qulamhüseyn Sadıqovdan Zahid Muxamedova məxsus 2000 manat pulu alıb. Amma vədinə əməl etməyərək, zərərçəkmişin pulunu mənimsəyib.

İlkin Hüseynov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib və Saatlı rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 2 min manat cərimə olunub. Hökmdən narazı qalan İlkin Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən İlkin Hüseynov bildirib ki, birinci instansiya məhkəməsi onun barəsində ədalətsiz və qanunsuz qərar qəbul edib: “Dələduzluq cinayət hadisəsini törətməmişəm. Həmin hadisəni Qulamhüseyn Sadıqov törədib, ilkin olaraq cinayət işi onun barəsində başlanıb. Sonradan məlum olmayan səbəbdən müstəntiq həmin şəxsi kənarda saxlayıb və məni törətmədiyim cinayət işinə görə məsuliyyətə cəlb edib. Həm ibtidai istintaqda, həm də məhkəmə baxışında Qulamhüseyn Sadıqov yalan ifadə verərək guya pulu mənə verdiyi qeyd edib. Beləliklə, o, özü cinayət məsuliyyətindən yaxa qurtarıb, məhkəmə isə qeyri-qanuni olaraq məni təqsirkar bilib. Eyni

zamanda məhkəmə işimə baxarkən ağır xəstə olmağımı, uzun müddətdir müalicə olunmağımı, ağır dərmanlar qəbul etməyimi və həmin dərmanların təsiri altında olmağımı nəzərə almayıb. Törətmədiyim cinayət işi barəsində etiraf ifadəmi alıblar. Həm istintaq zamanı, həm də birinci məhkəmə instansiyası tərəfindən hüquqlarım kobud şəkildə pozulub”.

İlkin Hüseynovun sözlərinə görə, Qulamhüseyn Sadıqovun tanışı Zahid Muxamedovu təqaüdə çıxartdıracağını vəd edərək 2000 manatı almayıb. O, qeyd edib ki, ibtidai istintaq zamanı müstəntiq onu aldadıb və etiraf ifadəsini imzalatdırıb: “Birinci instansiya məhkəməsində isə ifadə verərkən güclü dərmanların təsiri altında olmuşam”.

İlkin Hüseynov barəsində Saatlı rayon Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyib. O, qeyd edib ki, barəsində olan cinayət işinə ədalətli baxılmalıdır: “Mən günahsızam. Buna görə də barəmdə bəraət hökmü çıxarılmalıdır”.

Prokuror Səyavuş Sadıqov bildirib ki, məhkum edilmiş şəxs İlkin Hüseynovun apelyasiya şikayətinin dəlilləri əsassızdır. Onun sözlərinə görə, İlkin Hüseynovun əməlləri Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunub: “Ona cəza təyin edilərkən əməlləri nəzərdə tutulub. İlkin Hüseynovun barəsində yüngülləşdirici hallar, onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsiri kifayət qədər nəzərə alınıb. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur”.

Prokurorun çıxışından sonra hakimlər İlkin Hüseynovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yük avtomobilində narkotik tapıldı

    Yük avtomobilində narkotik tapıldı ...

    22-12-2015, 14:41

  • 
  • Düz bağırsağından narkotik çıxdı

    Düz bağırsağından narkotik çıxdı ...

    14-04-2018, 12:36

  • 
  • Rekord həddə - 933 kiloqramdan artıq heroin aşkar edilib

    Rekord həddə - 933 kiloqramdan artıq heroin aşkar ...

    2-12-2019, 11:10

  • 
  • İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb

    İrandan Azərbaycana narkotik qaçaqmalçılığının ...

    30-04-2018, 13:55

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu