Suraxanıdakı qanunsuz tiklilər ARDNŞ-i də ayağa qaldırıb
Bakı Şəhər İcra Hakimiyyətinin Sabunçu rayonu ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan ərazi üzrə sərəncam verməsi, qarşı tərəfin məhkəməyə müraciət etməsinə səbəb olub.
Bu barədə «Gündəm Xəbər»ə daxil olan məlumata görə, ARDNŞ tərəfindən qaldırılan iddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyəti də üçüncü şəxs qismində məhkəməyə cəlb olunub: «ARDNŞ meriyanın rayon icra hakimiyyətinin razılığı ilə verdiyi sərəncam və qərarların ləğvini tələb edir. Mənim bildiyimə görə, bu məsələ Bakı Apellyasiya Məhkəməsində artıq baxışşa qəbul olunub. Hələlik məhkəmə prosesi başlmadığından təfərrüatlara toxunmuram. Amma bildyim odur ki, bu məhkəmə işləri gec-tez Suraxanının icra başçısı İlqar Abbasovla Hacıbala Abutalıbovun başının bəlası olacaq».
Məlumata görə, tərəflər arasında buna qədər də çoxsaylı məhkəmə mübahisləri olub: “Bu günün özündə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında ARDNŞ-in Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı çoxsaylı şikayətlər var. Amma görünən odur ki, bu iddialarının sayının artmasının nə Suraxanı rayon İcrra Hakimiyyətinə, nə də Bakı Şəhər İcra Hakimiyyətinə aidiyyatı yoxdur. Onlar yenə də Hövsan, Zəğ və digər neftlə zəngin ərazilərdə qanunsuz tiklilərin artmasına rəvac verirlər. Üstəlik, həmin qanunsuz tikli və zəbt olunan torpaq sahələrinin sənədləşdirilməsinə də çəkinmədən qol qoyurlar. Bu isə ortada ciddi korrupsiya halının olması anlamına gəlir».
Məlumatlı şəxsin sözlərinə görə, neft şirkətinin ərazilərində aparılan qanunsuz tiklillərlə bağlı ARDNŞ tərəfindən hazırlanmış hesabat da Prezident Administrasyiasına təqdim olunub: «Düşünürəm ki, bu hesabat da qanunsuz tiklilərə yol verən icra başçıları və bələdiyyə sədrlərinin sərt durumla üz-üzə qalmasına səbəb verəcək».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?