TŞ-nin müdiri Şahanə Əhmədova təkcə ötən il 700 min manatı “silə bilib”
Ölkədə müxtəlif dövlət strukturlarında baş verən total korrupsiya halları ilə bağlı hər gün yeni informasiyalar daxil olur. Vəzifə sahibləri dövlət vəsaitini müxtəlif yollarla amansızcasına talayırlar. “Gündəm xəbər”ə Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədova ilə bağlı ilginc məlumatlar daxil olub. Mənbənin verdiyi məlumata görə, şöbə müdiri ötən il 700 min manat dövlət pulunu müxtəlif adlar altında öz şəxsi məqsədlərinə sərf edib. Sənədləşdirmələr zamanı şişirtmələrin aydın göründüyü məlum olur. Faktlara müraciət edək:
- Dəftərxana ləvazimatlarının satın alınması-15000 - Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 10000 - Digər maşın və avadanlıqların satın alınması- 39090 - İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 11573 - Yumşaq inventarların satın alınması- 29740 - Avadanlıqların satın alınması- 40065 - Digər alışlar və xidmətlərin satın alınması- 26700 - Cari təmir işlərinin satın alınması-17500 -Digər maşın və avadanlıqların satın alınması -26089,8 - Ərzaq məhsullarının satın alınması- 68480 - Kənd təsərrüfatı məhsullarının satın alınması- 114986 - Məktəbli paltarlarının satın alınması-78300 - Ət və süd məhsullarının satın alınması -115500 - Bərk inventarların satın alınması-
96500 manat. Gələn məlumatlarda deyilir ki, Şahanə Əhmədova bu pulların bir qismini direktorların əliylə silib. Daha doğrusu, onların möhürlərini əllərindən alaraq, hazırladığı sənədlərə imza atıb, möhürləməklə «təmizləyib». Məlumata görə, Lənkəran təhsil şöbəsinin müdiri bununla həm də icra başçısına böyük bir yalan satıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?