GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Həsənov bəyanat verdi - Erməni mediasında yayılmış fikirlər növbəti uğursuz cəhddir

Əli Həsənov bəyanat verdi - Erməni mediasında yayılmış fikirlər növbəti uğursuz cəhddir

Tarix: 1-04-2015, 22:07 Bölmə :Manşet Baxış: 0
Əli Həsənov bəyanat verdi - Erməni mediasında yayılmış fikirlər növbəti uğursuz cəhddir

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin Ermənistana səfərindən sonra erməni mediası onun adından bir sıra anti-Azərbaycan yönümlü məlumatlar yaymışdır. Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək onun adından yayılmış fikirləri təkzib etmiş, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bununla bağlı xüsusi bəyanatla çıxış edib. AZADİNFORM xəbər verir ki, bəyanatda deyilir:
- Son zamanlar Azərbaycan və Türkiyənin rəsmi orqanları, ictimai təşkilatları, eləcə də Azərbaycan və Türkiyənin dünyanın müxtəlif ölkələrindəki diaspor qurumları tərəfindən reallaşdırılan müştərək tədbirlər, layihələr, əks kampaniya- bir sözlə, birgə fəaliyyət həddən artıq effektli və uğurlu olmuş, nəticədə Ermənistanın Türkiyə və Azərbaycan əleyhinə illərdir ki həyata keçirdiyi çirkin təbliğat kampaniyası iflasa uğramışdır. Azərbaycan və Türkiyə əleyhinə formalaşdırılan qərəzli stereotiplər dağıdılmış, eyni zamanda ermənilərinin özləri haqqında uydurduqları “məzlum, əzabkeş erməni xalqı” obrazının, “erməni soyqırımı” iddialarının saxtalığı üzə çıxmışdır. Azərbaycan xalqının uzun illər ərzində erməni işğalçı qüvvələri tərəfindən məruz qaldığı soyqırım və təcavüz barədə dünya ictimaiyyətinin dolğun məlumatlandırılması sayəsində get-gedə daha çox beynəlxalq təşkilat, ayrı-ayrı dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları təcavüzkarı öz adıyla çağırmağa başlamışdır. Son zamanlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən, Xocalı soyqırımının tanınmasını dəstəkləyən çoxsaylı qətnamələr qəbul edimişdir.
Beləliklə, ermənilər qondarma soyqırımın 100 illiyi üçün öz qarşılarına qoyduqları hədəflərə çata bilməmişlər. Qondarma soyqırımın 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali səviyyəli xarici qonaqların iştirakı da sual altında qalmışdır.
Bütün bunlara görə Ermənistan dövləti, onun xarici siyasətinə, yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə yaymağa cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından iki gün əvvəl erməni mediasında yayılmış fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar ilk növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyr-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür. Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan – Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının ...

    11-12-2017, 11:40

  • 
  • Əli Həsənov Azərbaycana gətirildi - İDDİA

    Əli Həsənov Azərbaycana gətirildi - İDDİA ...

    18-01-2021, 13:18

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı

    Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı ...

    26-12-2013, 11:39

  • 
  • Əli Həsənov: “Ermənistana beynəlxalq təzyiq olmasa, müharibə qaçılmazdır”

    Əli Həsənov: “Ermənistana beynəlxalq təzyiq ...

    5-05-2016, 11:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu