R.İ. Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
gundemxeber.az xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
O, 9 dekabr 2005-ci il tarixdən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edir.
Sorğu
Yeni dizaynımız necədir?