GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısının ağır qəza törədən oğlunun məhkəməsi başladı

İcra başçısının ağır qəza törədən oğlunun məhkəməsi başladı

Tarix: 17-04-2015, 11:53 Bölmə :Manşet Baxış: 0
İcra başçısının ağır qəza törədən oğlunun məhkəməsi başladı

Oğlu ölən “McDonalds Azərbaycan” şirkətinin icraçı direktorundan şok ittihamlar

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Əsgərli və Əhliman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən ilin sentyabrın 27-də Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Pərvin Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən 16 yaşlı Sənan Mirzəyev orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə iclasında ifadə verən İlham Əsgərli və Əhliman Süleymanov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Prokuror deyib ki, təqsirləndirilən şəxslər özlərini təqsirli bilmirlər. Buna əsaslanan prokuror əvvəlcə zərərçəkənləri və şahidləri dinləməyi, sonda təqsirləndirilən şəxslərin ifadələrini almağı təklif edib. Zərərçəkənin hüquqi varisi Maqsud Mirzəyev və onun nümayəndəsi Afət Qazıyeva əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsini istəyiblər. İlham Əsgərlinin vəkili Bəylər

Məmişov isə zərərçəkmişlərin ifadəsinin alınmasını təklif edib: “İttiham tərəfi sübutlarını ortaya qoysun. Bundan sonra təqsirləndirilən şəxslər ifadə verəcək”.

Yerində müşavirə keçirən hakimlər məhkəmə istintaqının aparılması ilə bağlı qaydaları açıqlanması barədə qərar qəbul edib. Qərara görə, əvvəlcə zərərçəkənlərin, sonra şahidlərin, sonda isə təqsirləndirilən şəxslərin ifadəsi dinləniləcək. Bu səbəbdən ifadə verməsi üçün Sənan Mirzəyevin atası Maqsud Mirzəyev kürsüyə dəvət olunub.

O, qeyd edib ki, təqsirləndirilən şəxslərdən İlham Əsgərlini tanıyıb. Onun sözlərinə görə, hadisə baş verən vaxtı həyat yoldaşı ilə birlikdə Nyu-Yorkda olub: “Bizə zəng gələndən sonra Bakıya qayıtdıq. Mən hadisəni araşdırmağa başladım. Məlum olub ki, hadisədən əvvəl oğlum evdə olub. İlham oğluma zəng edib, paintball oynamağa getməyi təklif edib. Bunun üçün Şüvəlana getməyi təklif edib. Oğlum sürücü olmadığını, sürücü olmadan evdən çıxamdğını deyib. Buna baxmayaraq, İlham oyunu oynamağa getməyi israr edib. Bundan sonra İlham deyib ki, özü gələrək onu götürəcək. Belə də edib. Evin ətrafında olan kameralara baxanda görünüb ki, avtomobili sürücü yox, İlhamın özü sürüb. İlhamın avtomobili idarə etmək üçün sürücülük hüququ olmayıb. Sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşib və nəticədə törətdiyi qəza nəticəsində oğlum vəfat edib”.

Maqsud Mirzəyev daha sonra qeyd edib ki, oğlu baxımsızlıqdan həyatını itirib: “Məni yandıran odur ki, oğlum daha yüksək səviyyəli xəstəxanaya yox, Sabunçu xəstəxanasına aparılıb. İlham əsgərli Pərvin Fətullayev əvvəlcə Kliniki Tibbi Mərkəzə, sonra isə

İstanbul xəstəxanasına aparılıblar. İlham Əsgərli, Pərvin Fətullayev Sabunçu xəstəxanasında müayinə edilməsi üçün məqsədə müvafiq olmayıb. Amma mənim oğlumu Sabunçu xəstəxanasında müayinə etmək məqsədə uyğun bilinib. Belə olan halda oğlum yiyəsiz qalıb və nəticədə aldığı xəsarətdən vəfat edib. Məlum hadisə saat 6-da baş verib. Bu müddətdə 3 saat mənə hadisə ilə bağlı məlumat verilməyib. Üç saatdan sonra, yəni 9-10 arası hadisə ilə bağlı bizə məlumat verilib. Burada mənim oğluma qarşı laqeydsizlik olub. Bu hadisənin günahkarlarının layiqli cəza almasını istəyirəm”.

Prokurorun suallarını cavablandıran Maqsud Mirzəyev bildirib ki, oğlu Sənanla İlham Əsgərli bir sinifdə oxuyublar. Onun sözlərinə görə, onların münasibətləri normal olub. O, daha sonra qeyd edib ki, Sabunçu xəstəxanasında da ona qarşı münasibət yaxşı olmayıb: “Biz Bakıya çatan kimi birbaşa Sabunçu xəstəxanasına gəldim. Orada həkim səviyyəsində heç kim bizi qarşılamadı. Bir süpürgəçi Mərdəkanda olan morqa getməyi təklif etdi. Bildirdi ki, oğlumuz ordadır. Oğlum Sabunçu xəstəxanasına aparılmasaydı, yaşayacaqdı. Çünki həmin xəstəxanada təmir gedir. Müalicə üçün normal şərait yoxdur. Oğlum uzun müddət küçədə yaralı vəziyyətdə qalıb. Sonra qırıq bir təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Elə oğlum baxımsızlıq ucbatından yolda dünyasını dəyişib”.

Daha sonra hadisə zamanı xəsarət alan İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev ifadə verib. O, bildirib ki, hadisə baş verən günü İlham ona zəng edərək paintball oynamağa getməyi təklif edib. Ona özümü yaxşı hiss etmədiyimi, bu səbəbdən də maşın sürə

bilməyəcəyimi dedim. İlham maşında oturmağımı, avtomobili isə özü idarə edəcəyini dedi. Mən də etiraz etmədim”.

Prokurorun suallarını cavablandıran Pərvin Fətullayev bildirib ki, hadisənin baş verməsində özü günahkardır. Onun sözlərinə görə, İlham Əsgərlinin sürücülük vəsiqəsi olmayıb: “Bunu bildiyim halda sükanı İlhama vermişəm. Buna görə özümü günahkar sayıram”.

Pərvin Fətullayev qeyd edib ki, 10 ildir sürücü kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, 1 il 6 ay olardı sürücülük şirkətində işləməyə başlayıb: “Həmin şirkətdə işləyən gündən İlham Əsgərlinin sürücüsü olmuşam. Bu müddətdə İlham məndən maşın sürməyi öyrənmək istəməyib. Heç vaxt da mənim yanımda maşın sürməyib. Hadisə baş verən günü özümü pis hiss etdim. O da maşını idarə etmək istədi, buna da etiraz etmədim. Əgər sükanı İlhama verməsəydim, bu məlum hadisə də baş verən deyildi”.

Daha sonra Pərvin Fətullayev Maqsud Mirzəyevin nümayəndəsi Afət Qazıyevanın suallarını cavablandırıb. Suallara cavab verən Pərvin Fətullayev bildirib ki, birinci Sənan Mirzəyevi təcili yardım maşını ilə xəstəxanaya aparıblar: “Onun birinci aparılmasında məqsəd olmayıb. Çünki Sənan Mirzəyevin xəsarətləri daha ağır idi. Bu səbəbdən də onu birinci apardılar. Sonra gələn maşınla İlhamı və məni xəstəxanaya apardılar. Sənanı və yaxud İlhamı hansı xəstəxanaya aparılmasından xəbərim olmayıb. Həmin vaxt orada bizim də qohumlarımız olmayıb. Bizi də orada olanların vasitəsi ilə xəstəxanaya apardılar”.

Suallara cavab verən Pərvin Fətullayevin ibtidai istintaq zamanı ziddiyyətli ifadə verməsi üzə çıxıb: “İstintaqa sükan arxasında mənim olduğum barədə ifadə verdim. Sonradan İlhama da belə ifadə verməsini təklif etdim”.

Prosesdə Pərvin Fətullayevin sürücü kimi işlədiyi şirkətin nümayəndəsi Ceyhun Əliyev ifadə verib. O, bildirib ki, hadisə zamanı avtomobilə ziyan dəyib və nəticədə şirkət 5820 manat ziyan çəkib. O, şikayəti və tələbləri olmadığını deyib.

Məhkəmə iclası aprelin 15-də davam etdiriləcək.

Qeyd edək ki, ölən Sənan Mirzəyevin “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu olduğu bildirilir. İlham Əsgərli isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.


www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Səbayel icra başçısının türmədəki oğlu şikəst olub - özəl

    Səbayel icra başçısının türmədəki oğlu şikəst ...

    5-08-2015, 15:02

  • 
  • Sabah Nəsimi Rayon İcra başçısının oğlunun məhkəməsidir

    Sabah Nəsimi Rayon İcra başçısının oğlunun ...

    23-05-2016, 13:19

  • 
  • Prokuror “Range Rover”lə qəza törədən sabiq polisə yenidən cəza istəyib

    Prokuror “Range Rover”lə qəza törədən sabiq ...

    19-06-2019, 15:34

  • 
  • Səbail rayonunun icra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü

    Səbail rayonunun icra başçısının oğlu qəza ...

    29-09-2014, 13:06

  • 
  • Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğlunun həbs müddəti artırılıb

    Şəhid qızını avtomobillə vuraraq öldürən iş ...

    30-01-2018, 16:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu