Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaqla P.Səfərovanın, X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunmuşdur.
İstintaq eyni zamanda X.Əsgərovanın qeyd edilən kreditləri hansı banklardan, kimlərin adına və hansı məbləğlərdə götürdüyü xüsusatlar araşdırılır, nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcəkdir.
Hazırda iş üzrə P.Səfərovanın tutularaq istintaqa cəlb edilməsi və vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək ödətdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?