GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Ovu hürkütmək olmaz”

“Ovu hürkütmək olmaz”

Tarix: 7-05-2015, 13:19 Bölmə :Manşet Baxış: 0
“Ovu hürkütmək olmaz”

Yüzlərlə cinayət-axtarış əməliyyatçısının məntiqi Ovçu Prim fəhmi ilə üst-üstə düşür

Ölkədə oğurluq kimi bir cinayət tüğyan edir. Efir məkanı səhər saatlarından gecə yarıyadək ən azı bir oğurluq faktından bəhs edir. Həftə sonu yayımlanan “İsti izlərlə”, “cinayətin izi ilə”, nə bilim, bütün kriminal xarakterli verilişlərdə çoxluq yenə də oğurluq faktlarının üstünə düşür.

Bu nədir, Sovet dönəmindən bizə qalan sağalmaz yara, böyük bir milləti dünyada rəzil edən, tərgidilməsi mümkün olmayan pis vərdiş, yoxsa bütöv bir cinayət-axtarış ordusunun vəzifəsinə ovçu kimi yanaşması..?

Oğurluq çox pis bir ünsürdür. Evində oğurluq olmuş ailələrin aylarca həmin yorğan-döşəyə uyğunlaşmaması, hər dəhə oğrunun əlinin dəydiyi yerlərə toxunanda ətinin çimçəşməsi bir faktdır. Evdə olan bütün əşyaların dezinfeksiya olunması, təkrar-təkrar yuyulması belə insanlara rahatlıq gətirmir.

İnsan lap körpə yaşlarından oğurluğun pis bir şey olduğunu böyüklərindən eşidir. Sonra məktəb yaşlarında müəllimləri tərəfindən pis vərdişlərlə mübarizə sırsında dayanan əsas cəhətlərdən biri də oğurluqdur. Hüquq üzrə mariflənmədə yenə də oğurluğu qadağa edən, əməl törədilərsə çox ciddi cəzalara tuş gələcəyi barədə məlumat əldə edir. Ən nəhayət “OĞURLUQ İTƏ YARAŞIR” kimi şərəfsiz bir deyimi daima qulağına sırğa edib özü ilə gəzdirir. Bütün bunlarla bərabər yenə də “OĞURLUQ” edir.

Bəzi ərəb (müsəlman) ölkələrində oğurluğa görə insanların əlləri, biləkləri kəsilir, boğazlarına kəndir keçirib dar ağacından asırlar, amma yenə oğurluğun sonu görünmür. Oğurluq Azərbaycanda da sağalmaz bir yaraya, bir qrup insanın həyat tərzinə çevrilib.

Kriminal aləmdə “OĞRU” titulu daşıyanlar az qala özlərini universitetlərdə böyük-böyük kafedralara rəhbərlik edən, minlərlə insana elm öyrədib yol göstərən professorlara bənzədir, onlara tay tuturlar.

Onlar evə bir çörək alıb gətirmədikləri halda, görəsən hansı üzlə süfrənin başında əyləşib bişmiş xörək, çay ilə içməyə mürəbbə tələb edə bilirlər. Altlarında inomarka maşınları olsa da analarının bazardan on beş-iyirmi kiloluq çantaları əllərində daşıyıb evə gətirməklərini necə rəva bilirlər? Deməyin ki, görmürlər, görürlər, ancaq özlərini elə özləri kimi adamların yanında “sındırmırlar”. Bu nə həyatdır, mənə çatmır, mən belə davranışı tanımıram.

Oğurluqla bərabər bir çox digər cinayətlər də törədilir. Adam öldürülməsi, fiziki təzyiqlər və ağır bədən xəsarətləri, təcavüz və zorlamalar da son vaxtlar oğurluqlarla bərabər törədilən cinayətlərdəndir. Oğurluq müxtəlif təbəqə insanlar tərəfindən həyata keçirilir. Onların arasında peşəkar oğrular olduğu kimi, ehtiyatla hərəkət edənlər və gənc, qeyri-peşəkarlar da mövcuddur. Amma nədənsə cinayətlərin üstü açılması məsələsinə gələndə, sanki ilgəyi tapılmayan bir düyünə rast gəlirsən. Cinayət-axtarış ordusu min bir cəhdlə bu məsələnin altına çiynini verməkdənsə yayınmağa üstünlük verirlər. Odur ki, oğrulara geniş meydan verilmiş olur.

Sahə müvəkkilləri, post-patrul xidmətini həyata keçirən polis nəfərləri, əməliyyatçılar, təhqiqatçılar, müstəntiqlər, cinayət-axtarış üzrə digər məsul şəxslər və kimlər... kimlər... məhz dövlətdən cinayətkar tutduqlarına görə ətək-ətək maaş alırlar. Ancaq son nəticədə pullar xərclənmiş, cinayətkarlar isə tutulmamış qalırlar.

Oğurluğu törədən səbəblərə toxunmaq istəmirəm. İşsizlik, zavod-fabriklərin olmaması, dolanışığın zəifliyi və sair digər səbəblər insanı oğurluq etməyə vadar edə bilməz. Hər kəs nazir müavini kimi yaşamamalıdır. İtə yaraşanı özünə yaraşdırmamalı, az qazancı ilə qane olub həyatını belə qurmağı bacarmalıdır.

Peşə fəaliyyətimlə əlaqədar rastlaşdığım bir çox oğurluq faktlarında sahə müvəkkilləri və hadisə yerinə çağrılmış əməliyyatçılar vəzifə borclarına səhlənkar yanaşaraq əl və ayaq izlərini götürmürlər. Dərhal həyata keçirməli olduqları tədbirləri yaxşı halda sabaha, rəis ərizənin üstünü yazandan sonraya, bir çox hallarda isə birinci günə saxlayırlar. İnsanların orqan işçilərinə ümidləri qırılır, inamları qalmır və növbəti cinayət hadisələri ilə rastlaşdıqda polisə xəbər verməmək qərarına gəlirlər. “Onsuzda nə əhəmiyyəti var? Guya polis bildikdə nə dəyişəcək ki?”

Polislər oğurluq faktı ilə üzləşdikdə “fakt üstümüzdə qalacaq” deyə fəryad qoparır, ciddi-cəhdlə çalışırlar ki, ərizə-şikayət olmasın. Əgər bundan yan keçmək mümkün olmadıqda şikayət ərizəsini

qeydə aldırmır, bir neçə gündən sonra xoşhaxoşluqla geri götürtdürməyə çalışırlar. Bu da alınmadıqda şikayətçinin zəif yerini tapıb ora duz səpərək baş barmaqları ilə sıxmağa çalışırlar.

Heç kimə sirr deyil ki, Bakıda bir neçə yüz min kirayənişin yaşayır. Onların böyük əksəriyyətinin nə müqavilələri, nə də müvəqqəti qeydiyyatı var. Bunu polis işçiləri gözəl bilir və belə bir halla rastlaşdıqda heç çəkinmədən faktı əllərində bayraq edərək hər iki tərəfə təzyiq göstərə bilirlər. İndi gəlin görək həmin polislərin əli ilə kirayənişinləri müvəqqəti qeydiyyata götürmək mümkündürmü? Əsla yox! Bəs onda necə olur ki, qonşu Rusiyada on milyonlarla miqrantı qeydə ala bilirlər, bizdə isə öz vətəndaşlarımızı müvəqqəti qeydə almaq istəmirlər. Bəlkə elə sonradan onlara təzyiq kimi yönələcək vasitəni əldən verməmək məqsədilə bu halı qaynadırlar? Nə bilim, bəlkə də.

Bu sahə ilə məşğul olan adamlara məsləhət vermək demirəm, sadəcə baş vermiş situasiyanı aydınlaşdırmaq istəyirsənsə, dərhal acıqları tutur, işlərinə müdaxilə kimi qiymətləndirirlər. Ən pisi də odur ki, elə sənin özündən şübhələnməyə başlayırlar, zəli kimi yapışıb əl çəkmirlər. Bu müddət ərzində oğru öz işini uğurla davam etdirir, yeni-yeni qarətlərini törədir.

Bakı şəhəri üzrə rayonlararası əməliyyatçıların heç bir vəhdəti təşkil olunmayıb. Bir rayon ərazisində yaşayan ünsür sərbəst şəkildə gedib başqa rayon ərazisində çirkin əməllərini həyata keçirir və heç nə olmayıbmış kimi öz şəxsi həyatını rahatlıqla başqa rayonun ərazisində davam etdirir.

Dünən (artıq srağagün) bütün efir məkanında Gürcüstandan gəlmiş bir qrup oğrunun Gəncə və Bakı şəhərlərində qarətlər elədiyi barədə məlumatlar yayıldı. Oğrular özləri etiraf etdilər ki, mart ayından fəaliyyət göstərirlər. Hətta oğurladıqları qızıl-zinət əşyalarını Gürcüstana apararaq satıb pula çevirmişlər. Fərz edin ki, onlar təkrar oğurluğa qayıtmasaydılar tutulacaqdılarmı? İnanmıram. Görün, özlərini nə qədər arxayın, polislərimizi nə qədər ağzı yava görüblər ki, yenidən oğurluq əməllərini davam etdirmək üçün geriyə qayıdıblar.

Kim nə deyir desin, mən inanmıram ki, onlar özbaşına gəliblər. Yüzə yüz faiz Azərbaycandan onları dəvət edən kriminal şəbəkə mövcuddur. Bu şəbəkə nə bu gün, nə də dünən yaradılmayıb, ən azı on illərdir ki, fəaliyyət göstərir. Amma həmin şəbəkələrlə heç kim məşğul olmaq istəmir.

Apardığımız araşdırmalar nəticəsində aşkar olundu ki, kamera ilə müşaiyət olunan evi oğurlananlar arasında polis polkovnikləri də var. Görün iş nə yerə gəlib çatıb ki, oğrular onların da evlərinə gəlib çatıblar. Bu bütövlükdə bir sistemin hərəkətsizliyi demək deyilmidir?

Bəziləri səmimiyyətlə etiraf edirlər ki, oğrulara qol-qanad verən fakt onların tezliklə əhv olunması və yaxud aministiya düşmələridir. Yəni polis işçiləri bir ucdan tutub dama basır, siyasi rəhbərlik humanistlik göstərərək onları açıb buraxır. Bu mənzərə heç bir halda cinayət-axtarış əməkdaşlarına haqq qazandıra bilməz. Minlərlə açılmayan oğurluq faktlarının qarşısında onlarla aministiya, yaxud əhvetmə dəryanın yanında damlaya bənzəmirmi?

Bəzi əməliyyatçılar işi öz axarına buraxmağa üstünlük verirlər. “Ovu hürkütməyin” deyirlər. Burda tutulmadısa növbəti oğurluqlarda mütləq tutulacaq. Belə yanaşmalar ucbatından elə oğru olub ki, 85-ci oğurluğunda tutulub. Bir bu qədər oğurluqlarda, şübhəsiz ki, sadə camaatla yanaşı bir-iki polis işçisinin də evi oğurlanıb. Axı polis işçiləri də xalqın bir hissəsidir, Marsdan gəlməyiblər ki?

Əsasən oğurluq faktlarında “üçüncü əl” məsələsi də əməliyyatçıların işini çətinləşdirir. Əksər hallarda istiqamət vericilər oğru dünyasının “adlı-sanlı üzvləri”, yəni peşəkar oğrular olurlar. Onlar da birbaşa oğurluq edənlərlə əlaqəyə girmirlər. Çünki çox vaxt ətrafdakılar tərəfdən müşahidə məsafəsində olduqlarını anlayırlar. Odur ki, münasib vaxt tapıb özlərindən mənsəbcə aşağıda duranları təlimatlandırıb əməliyyata göndərirlər. Bu da oğurluq faktlarının açılmasında əngələ çevrilən bir maneə olur.

İllər keçir, texnika inkişaf edir, insanlar mütəşəkkilləşir və yeni-yeni metodlardan istifadə etməklə qarşıda duran maneələri dəf edirlər. Demək istəməzdim ki, inkişaf edən Azərbaycanın bütövlükdə polis sistemi oğru dünyasının qarşısında acizdir. Amma mövcud vəziyyət belə deməyə bizi sövq edir. Deməkdən başqa bizə nə qalır ki?

Hər nə olur-olsun, öz polisini sevən, ona inanan və bütün cinayətkar ünsürlərə qarşı dəstəkləyən

Əli BƏY AZƏRİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mağazadan oğurluq edənə 8 il həbs

    Mağazadan oğurluq edənə 8 il həbs ...

    21-01-2016, 17:30

  • 
  • Pul tapmadı, yorğan-döşəyi apardı - Bakıda oğurluq

    Pul tapmadı, yorğan-döşəyi apardı - Bakıda oğurluq ...

    4-11-2015, 21:30

  • 
  • Mingəçevirdə 4 gənc oğurluq etdi

    Mingəçevirdə 4 gənc oğurluq etdi ...

    16-06-2018, 12:15

  • 
  • Bakıda oğurluq edən qadın tutulub

    Bakıda oğurluq edən qadın tutulub ...

    8-02-2016, 14:36

  • 
  • Bakıda ticarət mərkəzindən oğurluq edilib..

    Bakıda ticarət mərkəzindən oğurluq edilib.. ...

    14-02-2020, 12:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu