Fikrət Əliyev peşə xidmətindən daha çox obyektlərinə vaxt ayırır; Dəmiryol polis bölməsində isə bərbad vəziyyət hökm sürür
Şirvan Dəmiryol Polisi Bölməsində qanunsuzluqlar barədə xəbərlər daxil olub. “Gündəm xəbər”in əldə etdiyi məlumata görə, bölmə rəisi Fikrət Əliyev peşə xidmətindən daha çox biznesinə vaxt ayırır. Məlumatda deyilir ki, F.Əliyev uzun zamandır bu vəzifəni tutur.
Onun Bakıda onlarla ticarət obyektinin fəaliyyət göstərdiyi deyilir. Deyilənə görə, “Qızlar zapravkası”, bir neçə telefon dükanı F.Əliyevə
aiddir. Şirvanın dəmir yollarının mühafizəsi isə bərbad haldadır. Nəzərə almaq lazımdır ki, həm ölkə daxilində hərəkət edən, həm də xaricdən gələn yük qatarlarının bir neçəsi stansiyadan keçir.
Odur ki, dəmir yollarının mühafizəsi ən yüksək səviyyədə təşkil edilməlidir. Bölmə rəhbəri isə tamamilə başqa işlərlə məşğul olur. Onu da deyək ki, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbər təyin olunandan sonra ölkənin dəmir yolu təsərrüfatında müəyyən dəyişikliklər baş verdi. Həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəmir yollarının yerləşdiyi ərazilərin məişət tullantılarından təmizlənməsini göstərmək olar.
Şirvan şəhərindən keçən dəmir yollarında isə durum qənaətbəxş deyil. Şəhərdəki dəmir yolu xətlərinin böyük hissəsi zibillik içində itib-batır. Dəmiryol Polisi Bölməsinin əməkdaşları vəziyyətə nəzarət edə bilmir. Rəisin başı tamamilə başqa işlərə qarışıb. Bildirilir ki, şəhərin məşhur “Çinar” restoranı da F.Əliyevindir.
Sorğu
Yeni dizaynımız necədir?