GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Azərenerji”nin 3 il əvvəl korrupsiyaya görə işdən qovduğu Fürsət Əhmədovu “Azərişıq” rəhbərliyi rəis təyin etdi

“Azərenerji”nin 3 il əvvəl korrupsiyaya görə işdən qovduğu Fürsət Əhmədovu “Azərişıq” rəhbərliyi rəis təyin etdi

Tarix: 12-06-2015, 14:28 Bölmə :Manşet Baxış: 0
“Azərenerji”nin 3 il əvvəl korrupsiyaya görə işdən qovduğu Fürsət Əhmədovu “Azərişıq” rəhbərliyi rəis təyin etdi

Saatlıda şıdırğı pulyığma kampaniyası

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən iclasında regionlarda elektrik enerjisinin verilməsində nöqsanlara yer verildiyini vurğulamış və bu sahədə əsaslı dönüş yaradılması barədə göstəriş vermişdir. Onu da qeyd edək ki, bu sahədə aparılan islahatlar nəticəsində “Azərişıq” Açıq Səmdar Cəmiyyəti yaradılmış və “Azərenerji”nin əksər səlahiyyətləri yeni yaradılmış quruma verilmişdir. Yeni qurumun qarşısına qoyulmuş əsas vəzifələrdən biri regionlarda əhalini elektrik enerjisi ilə vaxtlı-vaxtında təmin etmək idi.

“Azərişıq” Açıq Səmdar Cəmiyyəti regionlara kadrlar təyin edəndən sonra yerli sakinlər “Azərenerji”nin rəhbərliyinin ölənlərinə rəhmət oxudular. Çünki “Azərişıq” Açıq Səmdar Cəmiyyəti əsasən işdə yol verdiyi nöqsanlara və korrupsiya hallarına görə“Azərenerji”nin rəhbərliyi tərəfindən işdən qovulmuşları hansı xüsusiyyətlərinə görəsə maddi məsul vəzifəyə təyin etməyə üstünlük verdi.

Fürsət Əhmədov işdən niyə qovulmuşdu

“Azərişıq” Açıq Səmdar Cəmiyyəti kadrları seçib yerləşdirəndə görəsən onların keçmişi ilə niyə maraqlanmayıb? Bu qurumun İmişli regional idarəsinə “Azərenerji”nin Tofiq adlı işçisini hansı yaxşı xüsusiyyətlərinə müdir təyin edilib? Həmin şəxs də dərhal keçmiş ortaqlarını, hansılar ki, korrupsiya əməlllərinə görə 2-3 əvvəl bu sistemdən uzaqlaşdırılmışdır, onları tapıb yenidən rayon elektir idarəsinə müdir gətirdi. Çünki həmin şəxslər elektrik enerjisinin pulunu mənimsəmək, sahibkarlardan hədə-qorxu ilə pul tolamaq və dövlət tədbirlərindən istifadə edib pul yığmaq yollarını çox yaxşı bilirdilər. Bu sahədə onların yaxşı təcürbələri də var. Ona görə də “Azərenerji”nin rəhbərliyi tərəfindən korrupsiya əməllərinə görə Sabirabad Rayon Enerji Satışı və Təchizatı İdarəsinin müdirliyindən qovulmuş Fürsət Əhmədovu Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir təyin etdi.

Saatlıda şıdırğı pulyığma kampaniyası

Fürsət Əhmədov Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir təyin olunan gündən rayonda fəaliyyət göstərən sahibkarların və fermerlərin günü qara olub. Fürsətin özünün etirafına görə o vaxt korrupsiya əməllərinə görə Sabirabad Rayon Enerji Satışı və Təchizatı İdarəsinin rəisliyindən qovulanda 130 min manat da xərci çıxıbmış. 3 ildən sonra yenidən vəzifəyə gətirilən Fürsət əlinə düşmüş bu fürsətdən istifadə etmək üçün ilk növbədə düşdüyü xərcin yerini doldurmağa başlamaq qərarına gəlib. Bəhanəsi da Bakıda keçiriləcək Avropa Oyunları oldu. Fürsət Əhmədov iri sahibkarlara min manat, xırda sahibkarlara isə 500 manat haqq qoyub. Deyib ki, bu tapşırıq baş idarədən gəlib. Sahibkarlardan biri keçmiş korrupsionerə “ Bu sənin köhnə əməllərindir. Elə buna görə də 3 il idi ki, işdən qovulmuşdun. Səni bu vəzifəyə qoyanın Allah cəzasını verəcək. Avropa Oyunlarının adına ləkə vura bilməzsən. Pulu Tofiqlə ikiniz yığırsınız. Çünki siz ikiniz də bu çirkinliyə vərdiş etmisiniz”. Fürsət isə “ Az danış, əcəb edirəm. Pulu verməsən, obyektinin işığını kəsdirəcəyəm. Get kimə istəyirsən de. Mən indi “Azərişıq” ın işçisiyəm” deyib.

Son vaxtlar Saatlıda işıq idarəsinin işçiləri ilə sahibkarlar arasında ciddi qarşıdurma yaranıb. Ölkədə zəruri bir tədbir –birinci Avropa Oyunları ərəfəsində ciddi qarşıdurmanın yaranması görəsən kimin sifarişidir? Fürsət Əhmədov kimlərin sifarişlərini yerinə yetirir. Bəlkə də sifariş deyil. Axı, Fürsət Əhmədov sahibkarlardan hədə-qorxu yolu ilə pul toplamağa adət edib.

“Azərişıq” Açıq Səmdar Cəmiyyətinin yarıtmaz kadr siyasəti

Görəsən “Azərişıq” Açıq Səmdar Cəmiyyəti maddi-məsul vəzifəyə işçi təyin edərkən həmin işçilərin keçmişi ilə niyə maraqlanmır? Hamıya bəllidir ki, Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə təyin olunan indiki müdir Fürsət Əhmədov korrupsiya əməllərinə görə “Azərenerji”nin rəhbərliyi tərəfindən işdən qovulub. Belə bir adamı yenidən Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir qoymaqda məqsəd nədir: sahibkarlardan və fermerlərdən qisas almaq, yoxsa müham əhəmiyətli dövlət tədbirləri adı ilə camaaatdan pul yığmaq. Hər halda Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasında dediklərini “Azərişıq” Açıq Səmdar Cəmiyyətinin rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istərdik. Onu da xatırlatmaq istərdik ki, “Azərişıq” Açıq Səmdar Cəmiyyəti “Azərenerji”nin tərs üzü deyil. Buna cəhd etməyin. Yoxsa, siz də qısa bir vaxtda “Azərenerji”nin gününə düşərsiniz.

Elxan Əhmədov,
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Azərenerji"də yüksək vəzifələrə təyinatlar olub

    "Azərenerji"də yüksək vəzifələrə ...

    20-10-2018, 16:32

  • 
  • “Azərenerji”nin SOCAR-a olan borcunun məbləği açıqlanıb

    “Azərenerji”nin SOCAR-a olan borcunun məbləği ...

    3-03-2016, 23:54

  • 
  • Etibar Pirverdiyev niyə maaş verə bilmir? - İşçilər şikayətçidir

    Etibar Pirverdiyev niyə maaş verə bilmir? - ...

    16-10-2015, 14:22

  • 
  • Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı - PREZİDENTDƏN SƏRƏNCAM

    Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı ...

    4-09-2018, 16:32

  • 
  • Zaur Hüseynova “Azərişıq” qapıları açılır: Baba Rzayev isə narazıdır – Özəl

    Zaur Hüseynova “Azərişıq” qapıları açılır: Baba ...

    5-09-2018, 15:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu