GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: “Mən bu şəxsə inanıram və…” - FOTO-VİDEO

Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: “Mən bu şəxsə inanıram və…” - FOTO-VİDEO

Tarix: 2-07-2015, 14:30 Bölmə :Manşet Baxış: 0
Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: “Mən bu şəxsə inanıram və…” - FOTO-VİDEO

Bu gün - 2 iyul Azərbaycanda polis işçilərinin peşə bayramıdır.

Yazıçı Markesin obrazlı təbirincə desək, ədəbiyyat olmasaydı, dünya zərrə qədər dəyişməzdi, amma polis olmasaydı, kainatın mənzərəsi başqa olardı. Dünən də, bu gün də və sabah da ictimai asayişin qorunmasında, təhlükələrin qarşısının alınmasında bu sahənin mövcudluğu nəinki mütləqdir, güclənməsi vacibdir. Daxili işlər orqanları ölkələrin təhlükəsizliyinin təminatında ən müstəsna əhəmiyyət daşıyır.

gundemxeber.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycanda polis sisteminin təşəkkülü hələ ötən əsrin 20-ci illərinə gedib çıxır. 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra bir sıra vəzifələr təsis olundu.

Bu mühüm postlardan biri də daxili işlər naziri vəzifəsi idi. Azərbaycan birinci dəfə müstəqillik qazananda hökumətdə ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin mayın 28-dən iyunun 17-nə qədər bu vəzifəni icra edib.

Sonra Behbudxan Cavanşir, Xəlil bəy Xasməmmədov bu postda olub. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Məhəmməd Əsədov ilk daxili işlər naziri vəzifəsini daşıyıb. Lakin o bu vəzifəyə hələ Azərbaycan SSRİ-nin tərkibindən çıxmamış təyin olunmuşdu.

1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Qarakənddə vertolyotun vurulması nəticəsində ölənlər arasında M.Əsədov da vardı. Ardınca Tofiq Kərimov, Tahir Əliyev, İsgəndər Həmidov, Abdulla Allahverdiyev, Vaqif Novruzov daxili işlər naziri vəzifəsini icra edib.

1994-cü ildən isə DİN rəhbəri general-polkovnik Ramil Usubovdur.

R.Usubov 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb. 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi olub.

1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib. Ondan sonra da müxtəlif vəzifələrdə çalışıb, 1993-cü ildə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.

Nəhayət, 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsi ona etibar edilib.

Nazirin bütün bu avtobiqorafiyası isbat edir ki, onun nazir postuna qədər yüksəlişi heç də təsadüfi olmayıb. Və etiraf olunmalıdır ki, məhz onun sayəsində hazırda DİN vətəndaşların güvəndiyi quruma çevrilib.

R.Usubovun nazir fəaliyyəti dövründə ən çox diqqət çəkən məqam məsələlərə olduqca həssas yanaşmasıdır. Əgər bir vətəndaş polisdən şikayət etdisə, mətbuatda ictimailəşdirilməsindən asılı olmayaraq, araşdırma aparılır və həmin vətəndaşın iştirakı ilə tam ədalətli qərar verilir.

Daxili İşlər Nazirliyi istisna nazirlikdir ki, hansısa işçisinin rüşvət aldığı ehtimal edilən video və yaxud fotosu mediada, sosial şəbəkələrdə yayılan kimi dərhal araşdırılır. Bu araşdırmalar təsdiqlənirsə, həmin şəxs polis sıralarından xaric edilir.

Eyni zamanda, “102” xidməti ən aktiv şəkildə işləyir, ictimai müraciətlər daim diqqətdədir. Bu, general-polkovnik Ramil Usubovun şəxsi keyfiyyətindən irəli gələn həssaslıqdır ki, polis sistemində özünü müsbət mənada göstərməkdədir.

R.Usubovun bütün vətəndaş müraciətlərinə, o cümlədən Qarabağ qaziləri və şəhid ailələrinə xüsusi həssaslığı isə ayrıca vurğulanmalıdır.

Hazırda DİN-in cinayətkarlığa və kriminal ünsürlərə qarşı mübarizəsi, narkomaniyanın aradan qaldırılması və s. sahədə statistic göstəriciləri ən sivil ölkələrdən də yüksəkdir. R.Usubovun xalqın gələcəyini məhv edən narkomaniyaya qarşı heç bir güzəşt tanımayan siyasəti isə dəfələrlə təqdir olunub.

Ən nəhayət, I Avropa Oyunlarının keçirildiyi günlərdə həm yol polisinin, həm mühafizə, həm post-patrul xidməti əməkdaşlarının ən yüksək səviyyədə işləməsi, bu böyük tədbir zamanı yollarda heç bir tıxacın olmaması, ictimai asayişin yüksək səviyyədə təmin edilməsi, hər hansı təxribat xarakterli mümkün addıma qarşı ayıq-sayıqlıq təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Ekspertlərin müşahidələrinə əsaslanaraq qeyd etmək olarki, Qərb ölkələrindən gələnlər, həmçinin erməni idmançıları, turistlər paytaxtda heç bir problemlə qarşılaşmadı.

Xatırladaq ki, 21 il öncə Ramil Usubovu bu vəzifəyə təyin edən Prezident Heydər Əliyev “Ramil Usubova tam inanıram, prezident kimi ona etimad göstərirəm və sizin hamınızdan tələb edirəm ki, ona bu vəzifədə işləməsinə kömək edəsiniz” deyə məmurlara tapşırıq vermişdi…



Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: “Mən bu şəxsə inanıram və…” - FOTO-VİDEO
Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: “Mən bu şəxsə inanıram və…” - FOTO-VİDEO
Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: “Mən bu şəxsə inanıram və…” - FOTO-VİDEO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan polisi peşə bayramını qeyd edir

    Azərbaycan polisi peşə bayramını qeyd edir ...

    2-07-2017, 11:23

  • 
  • Azərbaycan daxili işlər nazirləri: Biri kabinetində güllələndi, digəri vertolyotda vuruldu...

    Azərbaycan daxili işlər nazirləri: Biri ...

    1-07-2015, 19:13

  • 
  • Bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür

    Bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ...

    2-07-2019, 11:42

  • 
  • Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar

    Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar ...

    21-10-2015, 16:20

  • 
  • Rasim Musayev belə dəfn olundu - Ramil Usubov da iştirak edib (Video)

    Rasim Musayev belə dəfn olundu - Ramil Usubov da ...

    4-09-2015, 17:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu