Professor şok faktlar açıqladı; Məhkəmə hakimi ilə YAP sədri dövlətin təhlükəsizliyinə cavadeh olanların fəaliyyətinə lölgə salıb, rəsmilər isə susur
“Yeni Azərbaycan Partiyasının Dövlət İqtisad Universiteti üzrə təşkilatının sədri Zəfər Bayramov ixtisasca tarixçi olsa da, böyük tarixi səhvə yol verib. O, ömrünün 60 ilindən çoxunu universitetdə müxtəlif vəzifələrdə keçirmiş bir elm adamını küçə uşağı səviyyəsində təhqir etməklə yetinməyib, həm də məhrum Ulu Öndərimiz Heydər Əliyeviqn adından da sui-istifadə etməklə böyük bir cinayət tərkibli əmələ yol verib. Şübhəsiz ki, bu hakim partiyanın nənki təşkilat sədrinə, heç adi üzvünə belə başucalığı gətirə bilməz. Bəli, bu adamlar YAP-ın çətiri altında gizlənərək, özlərini toxunulmaz hesab edirlər. O qədər toxunulmaz edirlər ki, hətta mərhum Heydər Əliyevə dil uzatmağa belə cəsarət edirlər. Təbii ki, bu xoşagəlməz və tarixi təhriflər də birbaşa ölkə rəhbərliyinə və YAP-ın nüfuzuna zərbədən başqa bir şey deyildir”.
Bu sözləri qəzetimizə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, Azərbaycanda «İqtisadi Kibenetika» elminin yaradıcısı və
təşkilatçı, universitet tarixində yeganə Dövlət Mükafatı Laureatı almış Bədirxan Musayev deyib.
“4 min ziyalı müraciət etdi, ancaq mafiozları dayandıra bilmədim”
40 il universitetdə kafedra müdiri, 11 il rektorun müşaviri, prorektor və digər vəzifələrdə işlədiyini xatırladan Bədirxan Musayev yazır ki, 2011-ci ildə universitetdəki korrupsioner şəbəkəyə etiraz etdiyi üçün haqsız olaraq vəzifələrindən saxta əsaslarla azad olunub. Və ötən 5 ilə yaxın müddətdə Azərbaycan məhkəmələrində çoxsaylı iddialar qaldırsa da, rüşvət və tapşırıqlara görə qanuni haqqını, ədaləti bərpa edə bilməyib. Üzləşdiyi problemlərlə bağlı 4 min nəfərə yaxın ziyalı və ictimaiyyət üzvləri ölkə başçısı İlham Əliyevə də müraciət edib. Prezidentdən qəbul edilməsini xahiş edən Bədirxan Musayev inanır ki, mafioz qüvvələri ancaq qəbula düşüb, təkzibuolunmaz sənədləri prezidentə təqdim etdikdən sonra zərərsizləşdirmək mümkün olacaq:
«Mən buna inanıram. İnanıram ki, bu mafioz qüvvələri dayandırmaq, onları yol verdikləri cinayətlərə görə məsuliyyətə cəlb etdirməyin yolu cənab prezidentə obyektiv informasimya və təkzibolunmaz dəlilləri verməklə nail olmaq olar. Çünki bu illər ərzinddə müxtəolif aidiyyatı orqanların rəhbərlərinə müraciət etmişəm, sənədlər vermişəm, ancaq son anda hansısa gözügörünməz əllər cinayət işinin açılıb, barəmdə
təhdidlər yağdıran, məni konkret ölümlə hədələyənlər, sənəd saxtalaşdıranlar, haqqımda olmazın böhtanlarını yağıran və mənim 60 illik karyeramı ləkələyənlər, hətta mərhum Heydər Əliyevin fikirinlərini utanmadan mətbuatda təhrif edərək, bundan yararlananlar hələ də vəzifədədirlər. Onlar nəinki vəzifəyə, heç azad gəzməyə belə layiq deyillər. Belələrindən biri də YAP-ın İqtisad Universiteti üzrə özək təşkilatının sədri Zəfər Bayramovdur. Bu adam sırf şantajist, böhtançı, təxribatçı əməlləri ilə mənə böyük zərbələr vurub. Ancaq buna görə Azərbaycan məhkəmələri onu 3 il 6 aya yaxındır, cəzalandıra bilmirlər. Bəli, heç bir dövlətdə, heç bir qanunda məhkəmənin süni şəkildə belə uzadılması halına rast gəlinə bilməz. Ancaq Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov bunu çox böyük ustalıqla bacarıb. Nəticə etibarı ilə mən haqqımı bərpa edə bilmirəm, Zəfər Bayramov isə YAP-da qoçuluğunu davam etdirir. Hələ orda-burada danışır ki, hakim kimdir ki, barəsində qərar versin. Görünür, hakimin “haqqı”nı verib, ədaləti yenə də satın alacağından bu qədər əmindir. Buna görə hakimlər utanmalı və öz prinsipiallığı və ləyaqətlərini sübut etməli, haqlı qərarlarını ləngitmədən verməlidirlər ».
Hakimun 4 ekspertiza təyin etməsində hansı maraqları var?
Professor deyir ki, hakim Mirpaşa Hüseynov heç bir əsas olmadan Zəfər Bayramov haqqında verdiyi şikayətdə yer alan rəsmi sənədləri düz 4 dəfə ekspertizaya göndərib:
«Mən, ədliyyə naziri Fikrət Məmədovdan və Məhkəmə-Hüquq Şurasından soruşuram, hakim Mirpaşa Hüseynovun burada marağı nəir? Niyə bu işi bu qədər qəsdən uzadır? Niyə? Bəlkə bu həqiqətən də Zəfər Bayramovun rüşvət verdiyi barədə yayılan söhbətlərin ciddiliyini göstərir? Niyə bunlara qiymət vermirsiniz? İndi kimdən qorxursunuz? Bunun ağasını deyirsinizsə, narahat olmayın, o, məndən artıq səhvlərinə görə üzr istəyib...
Elə bu məqamları nəzərə alaraq iyulun 1-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Mirpaşaya kəskin iradımı bildirdim. Eyni zamanda, Mirpaşa Hüseynovun bu işə ədalətli baxa bilməyəcəyinə əmin olduğumdan heyətə etiraz verdim. Bəli, bu hakimlər mənim şikayətimə qanun əsasında baxmaq niyyətndə deyillər. Bunlar vəzifə, pul əsiridirlər. Hakimə də bunu dedim və bildirdim ki, insan həyata kişi kimi gəlib, kişi kimi də ölməyi bacarmalıdır. Kişi kiminsə kölgəsində gizlənməməli, kiminsə haqqını pula-paraya satmamalıdır. Kişi şərəfli ömrü ilə tanınır, yadda qalır. Zəfər kimiləri qorumaq və onların qol-qanad açmasına imkan vermək olmaz. Bu adam əməllərinin cəzasını almalıdır və alacaq da. Mənə dedikləri təhqirləri o yeyəcək, qəbul edəcək, o biri küyə gedən küçə səviyyəlilər kimi sonda məndən üzr istəyəcək. Əks halda, yaşımın bu çağında əlimi qana bulamaq məcburiyyətində qalacam. Əgər dövlət və məhkəmə hakimiyyəti məni buna məcbur etməklə,
dövlətin nüfuzunu zərbə altında qoymaq istəyirlərsə, buyursunlar. Məsuliyyət Zəfərin və həmin hakimlərin üzərində qalacaqdır».
Professoru kim vurmaq istəyib və sonra nələr baş verib?
Bədirxan Musayev deyir ki, hələ 4 il əvvəl İqtisad Universitetinin sabiq rektorunun sabiq köməkçisi, YAP təşkilat sədri, universitetdə Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Zəfər Bayramov “İqtisadi Kibernetika” kafedrasının müdirliyinə kemirilən seçki komissiyasının iclasında ayağa durub, onu vurmaq istəyib:
«Mən də buna cavab olaraq ona “yaramaz”, “uzünə tüpürürəm” demişdim. Buna görə məni keçmiş rektoratlığın və təhlükəli banda üzvlərinin təkidi ilə Z.Bayramov məhkəməyə verdi. Məhkəmələr (rayon, apellyasiya və Ali Məhkəmə) üç ay müddətində müzakirəni başa çatdırdı və məni 400 manat cərimə etdilər. Ancaq dördd ilə yaxındır ki, mən Zəfərlə bağlı məhkəmə qərarına naill ola bilmirəm.
Hörmətli cənab Prezident! Z.Bayramov qəzetdə mənim şərəf və ləyaqətimi təhqir edərək, məni böhtançı, şantajist, kompramat toplayan, iftiraçı, şər-xata, çirkin əməllər sahibi, institutu bağlatdıran, dövlətçiliyə qarşı çıxış edən, H.Əliyevə qarşı çirkin kompaniyalarda iştirak edən, anonim məktub yazan və i.a. sözlər işlətmişdir.
Məhkəmələr bu məsələni küllü miqdar rüşvət aldıqlarına görə dörd ilə yaxındır ötür-ötür oyunundan məharətlə istifadə edərək süründürürlər.
Hörmətli cənab Prezident! 3 ildən çoxdur ki, mənim şikayət ərizəm apellyasiya məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatındadır. Mirpaşa Hüseynov kolxoz sədri olan zaman kolxozçuların başını pambıqla kəsdiyi kimi,, mənim də başımı pambıqla kəsmək eşqinə düşübdür. Ona görə də pambıqdan istifadə etməklə, iki ilə yaxındır ki, ekspertiza komissiyalarına əvvəl skripka, bir qədər sonra zurna-balaban, indi də klarnet çaldırmaqdan ləzzət alır və onların əli ilə Z.Bayramova haqq qazandırıb, pambıqla mənim başımı kəsmək istəyir. Onun işi 4-cü dəfə ekspertizaya göndərməsi məcazi mənada desek, itin aya hürməsi kimi bir şeydir. Belə hal nə deməkdir? “İqtisadi Kibernetika” kafedrasınn yeni rəhbəri Yalçın Hacızalovu da belə ucuz oyunlarla aradan çıxarmaq istəyirdilər. Nəhayət, Yasamal məhkəməsində Yalçın Hacızalov gəlib, yazılı şəkildə səhvlərini boynuna aldı, təzqyiqlə mənə qarşı böhtan atdığını təsdiqlədi. Bununla yanaşı məndən üzr istəyib, bir daha belə səhvlərə yol verməyəcəyini bəyan elədi. İndi siz deyin, belələri universitetdə işləməyə layqidirmi?
Hakimi təhdid edirlər?
Hörmətli cənab Prezident! İki dəfə ekspertizanın qərarı mənim xeyirəm olub. Yəni Zəfərin başından və çəkisindən ağır danışdığı təsdiqlənib. Hakim Mirpaşa Hüseynov təsir altına düşdüyündən ekspertlərin rəyini obyektiv qiymətləndirmir. Yenidən ekspretizya göndərir.
Baxır, yenə də arzuladığı nəticə alınmır. Çünki, ekspertizanın rəyində açıq aydın göstərilir ki, Zəfər Bayramov tərəfindən işlədilən sözlər B.S.Musayev haqda mənfi rəy yaradır. Və buna görə bir də ekspertizaya göndəriir. Dəhşətlidir. Hakim açıq şəkildə tərəfdir burada. Təkrar soruşuram, bu nə deməkdir? Əgər hakim rüşvət almayıbsa, o zaman belə çıxır ki, onu təhdid edənlər var. Azərbaycan dövlətinin adından qərar çıxaran hakimi kim və ya kimlər təhdid edir? Niyə döövlətin güc qurumları və məhkəmə hakimiyyəti bunun qarşısını almır?
Ekspertlər başa düşmür ki, ali məhkəmənin pleniumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarında mənfi rəy yaradan ifadələr şərəf və ləyaqəti ləkələyən ifadələr hesab olunur.
Hörmətli cənab Prezident! Hakim Mirpaşa Hüseynov mənim etirazlarıma baxmayaraq üçüncü və dördüncü dəfə ekspertizaya göndərməsi aldığı rüşvəti qaytarmamaq məqsədi güdüb və yaxud da onun təhdid olunduğu suallını yaradır.
“Eldar Mahmudovun təcrübəli, peşəkar, dövlətini, millətini sevən fəaliyyətinə niyə qara yaxırlar?”
Hörmətli cənab Prezident! Zəfər qəztlərə çıxıb, məni təhqir etməklə yanaşı, mərhum prezidentimiz, Ulu Öndərimiz Heydər Əliyevin fikirlərini təhrif etməyib. O, eyni zamanda Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin 8 noyabr 2011-ci il növbədən-kənar iclasının protokolunda səviyyəsinə uyğun çıxış edərək, işlədiyim dönəmdə həminə baş əydiyi məniim haqqımda cinayət
tərkibli şərəfsiz böhtanlar yağdırıb. Diqqət edin, onun dediklərnə:
1)İnsan simasından məhrum olan.
2) Azərbaycan xalqına və millətinə xəyanət edən.
3) Musayevin paslanmış və naftalin iyi verən fikirləri.
4) B.Musayev kimi parazitlərə aramızda yer yoxdur.
Gördüyünüz kimi, bu adam məni millətə və dövlətə xəyanətdə ittiham edib. Hələ o biri təhqirlərini, böhtanlarını demirəm. İndi mən soruşuram, əgər mən millətə və dövlətə xəyanət etmək kimi ağır bir cinayətdə ittiham edən biri niyə buna cavab verməməlidir? Əgər onun dedikləri doğrudursa, o zaman mən niyə həbs olunmamışam? Zəfər Bayramov bununla Milli Təhlükəsizlik Nazirliyinin qeyri-peşəkar olduğunu demək istəyir? O, nazir Eldar Mahmudovun təcrübəli, peşəkar, dövlətini, millətini sevən fəaliyyətinə niyə qara yaxır? Niyə onun da nüfuzunə zərbə vurmağa can atır? Axı, əgər bir adam dövlətə, millətə xəyanət edirsə və azadlıqda gəzirsə, bu Zəfərin böhtanlarından yanaşsaq, qeyri-peşəkarlığa dəlalət edir. Tarixçi, siyasətçi Zəfər əslində, bununla hansı səviyyə və təlil qabiliyyətinin sahibi olduğunu təsdiq edir. Dayaz məntiqindən belə çıxır ki, Zəfər Bayramovun bildiyini hörmətli Eldar Mahmudov və peşəkar MTN-çilər bilmir. Ona görə də Zəfər Bayramov MTN-ə aparılıb, sorğu-sual da edilməlidir. O, birbaşa MTN-nin səlahiyyətində olan məsələdən dəm vurub.
Kimdir axı bu adam? Bu ağıla onu YAP-da, universitetdə saxlamaq olarmı? Bu adam müharibə şəraitində olan Azərbaycanın MTN-nin peşəkarlığını şübhə altına almaqla nə demək istəyib? Ermənistanda doğulmuş Zəfər Bayramov belə məntiqsiz çıxışı ilə kimə və nə məqsədlə mesaj verib?
“Qoy, cənab nazir və peşəkar MTN-çilər Zəfər Bayramovu çağırıb, dindirsinlər”
Hörmətli Prezident! Zəfər Bayramov bunları hansısa iclasda deməyib. Onun bu çıxışı fakültənin elmi şurasının yığıncağı haqqında rəsmi protokolda qeyd olunub. Mən bu protokolu hörmətli nazir Eldar müəllimə də göndərəcəm. Qoy, cənab nazir və peşəkar MTN-çilər Zəfər Bayramovu çağırıb, dindirsinlər. Dediklərini sübut edə bilməsə, onun yeri birbaşa həbsxana olmalıdır. Zatən də edə bilməyəcək. Mən ömrümü bu Vətən yolunda fəda etmişəm, hər zaman da etməyə hazır alan elm adamıym. Mənim barəmdə məhrum Heydər Əliyevin, o cümlədən ölkənin bir çox nüfuzlu elm adaamlarının, akaddemiklərinin yazdıqları yüksək fikirlər var. Bu yüksək fikirlər kitablarda, qəzetlərdə çap olunub. İstəilən zaman bunları təqdim edə bilərəm. Bu və ya digər faktları nəzərə alaraq, deyə bilərəm ki, Zəfər Bayramov barəmdə küçə səviyyəsinə uyğun danışmaqla, bütövlükdə Azərbaycan elmini, ziyalılarını təhqir edib.
Məhkəməni nəzarətə götürün və...
Hörmətli cənab Prezident! Bu açıq faktı hakim Mirpaşa Hüseynov da görmür və ya görrmək istəmir. Hansı ki, bir az təhlil qabiliyyətləri olsaydı, Zəfər Bayramov dövlətə, millətə xəyanət sözünü işlətməzdi, bunun dövlətin təməlinə zərbə olduğunun fərqinə varardı. Hakim Mirpaşa Hüseynov da bu işi bu qədər uzatmadan Zəfərin cəzasını kəsər, yola salardı. Ancaq bunlar sanki qəsdən bunu edlərək, MTN-nin nüfuzunu da zərbə altında qoymaqdan zövq aldıqlarını göstərirlər. Ona görə də Sizdən xahiş edirəm, bu məsələni nəzarətinizə götürüb, ayın 8-nə təyin olunan iclasda qanunun aliliyini bərpa edəsiniz. İmkan verməyin, qanun bu qədər ayaqlar altına atılsın.
Eyni zamanda, məni xəyanətdə ittiham edən, böhtan atan, təhqir eləyən Zəfər kimi adamların eyni zamanda YAP-dan çıxarılmasına göstəriş verəsiniz. Yuxarıda göstərdyim səbəblərdən onun hakim partiyaya layiq olmadığı aşikar görünür. O açıq şəkildə dövlətin özünü də zərbə altında qoyub...».
Yazıda adları çəkilənlərin hər birinin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?