Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
gundemxeber.az AzərTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 8; 2015, № 2, maddə 138) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2-ci bəndə “2.0.4-cü” sözlərindən sonra “maddəsində, 2.0.5-ci maddəsinin ikinci cümləsində” sözləri və “16.2-ci” sözlərindən sonra “maddələrində, 28.6-cı maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.
2. 5.4-cü bənddə “2.0.5-ci, 4.2-ci maddələrində” sözləri “2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində” sözləri ilə əvəz edilsin.
3. 5.11-ci bəndə “Qanunun” sözündən sonra “2.0.9-cu maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?