Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilib.
Qurultayda partiya sədrliyinə seçkilər keçirilib və Mirmahmud Mİrəlioğlu yenidən sədr seçilib. Səsverməyə qatılanlardan 220 nəfər onun lehinə, 2 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.
Sonra M. Mirəlioğlu çıxış edib. O, çıxışında növbəti qurultayda partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bəyan edib: “Bu baxımda bu qurultay həm də mənim sədr kimi vida qurultayımdı. Növbəti dəfə sədrliyə başqa adam namizəd olacaq. Mən istəyirəm ki, gənclər irəli çıxsın. Alternativ namizədlər olsun. Məni meydanda tək qoymayın”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?