GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Yer dəyişmənin xoşa gəlməz nəticələri

Yer dəyişmənin xoşa gəlməz nəticələri

Tarix: 17-08-2015, 16:06 Bölmə :Manşet Baxış: 0
Yer dəyişmənin xoşa gəlməz nəticələri

Korrupsiya və rüşvətxorluğa qarşı aparılan kampaniya çərçivəsində ölkədə icra başçılarının yerlərinin dəyişdirilməsi bəzi hallarda öz müsbət nəticəsini verməmişdir. Təcrübə göstərir ki, bu cür dəyişiklik insanlarda böyük qıcıq yaradır, hakimiyyətə etimadı azaldır. Hesab edirəm ki, bu cür təyinatlar bir çox hallarda iqtidar üçün arzuolunmaz nəticələrə gətirib çıxarır”.
Əskidən olduğu kimi, Kürdəmir rayonuna yeni təyin olunmuş icra başçısı vəzifəsinin icrasına başladığı andan barəsində xoşa gəlməz məlumatlar KİV-də öz əksini tapmağa başlayır. Misal üçün diqqətimizi cəlb edən yazılardan birində qeyd olunur ki, “Kürdəmirin yeni icra başçısı qolunun gücünü xadimələrin üzərində sınadı.” Məlumata əsasən rayonun yeni icra başçısı Ceyhun Cəfərov Kürdəmiri öz üsulu ilə “gözəlləşdirməyə” çalışır. İməclik üçün kənd məktəblərinin xadimələrindən ibarət dəstələr yaradan yeni icra başçısı rayonun küçələrinin süpürülməsində bu “xadimə manqalarından” istifadə edir. Kürdəmirin yeni icra başçısı qolunun gücünü xadimələrin üzərində sınayıb. Amma burada könüllülük prinsipi heç də əsas götürülməyib. Belə ki, xadimələrdən biri zorla gətirildiklərini də söylıyib: “Gəlməsək, işden çıxarmaqla hədələyirlər”. Adının çəkilməsini istəməyən məktəbin təsərrüfat işləri üzrə direktor müavini isə söyləyib ki, bu tapşırıq onlara İcra hakimiyyətindən verilib. “
Əgər ilk günlərdə yeni icra başçısı rayon ərazisində məcburi iməcliklərin keçirməsində, insanların bu iməcliklərə məcburi qaydada qatılmalarına görə ittiham edilirdisə, daha sonradan onun barəsində mətbuat səhifələrinə sızan məlumatlarda əməlli başlı ciddi qanun pozuntularına dair məlumatların dərc olunması prosesinə start verilir. Həmin məlumatlarla tanış olaq: Kürdəmirin icra başçısı rayonu xərac yığma sistemilə idarə edir. 2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən, 2014-ci ildə isə Kürdəmirə icra başçısı təyin olunan Ceyhun Cəfərovun karyerası təhlükəli nöqtəyə qədəm qoyub. Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Yeni başçı bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. O, təyin olduğu ilk günlərdə bəzi media orqanlarında öz xeyrinə reklam xarakterli məqalələr yazdıraraq işgüzar və yenilikçi başçı obrazı yaratmağa çalışırdı. Lakin Azərbaycan mediası Ceyhun Cəfərovu Tərtər rayonunda icra başçısı işlədiyi zamanlardan tanıyır. Medianın arxivində Tərtərdən gələn şikayətlərin sayı-hesabı yoxdur. Məcburi köçkünlərdən tutmuş, iş adamlarına qədər minlərlə şikayətçi var idi. Məsələ burasındadır ki, Ceyhun Cəfərov gənc olmasına baxmayaraq özünün qocaman xərac yığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir. Mötəbər mənbənin söylədiklərindən belə aydın olur ki, son zamanlar rayondakı korrupsiya və rüşvət halları ilə bağlı baş verən qanunsuzluqlarla əlaqədar bir sıra dövlət qurumlarına ardıcıl təşkil olunan kompramat xarakterli şikayət məktubları, nəhayətdə Ceyhun Cəfərov üçün başağrısına çevrilib. Şikayətçilər Ceyhun Cəfərovun fəaliyyəti barəsində «yuxarılarda» mənfi rəy yarada bildiklərindən, hesab etmişdirlər ki, hətta onun vəzifəsindən alınması məsələsi də gündəmə gəlib: «Doğrudur, o, vəzifəsində yenidir. Amma Şəkinin keçmiş icra başçısı da görəv başında heç bir ilini tamamlaya bilmədi». Mənbəmiz bildirir ki, konkret olaraq icra başçısının adı təxminən 600 min manat büdcə pulunun yoxa çıxmasında hallandırılır. Hər halda, bir il ərzində bu qədər vəsaiti ələ keçirməyin özü də böyük bacarıq tələb edir.
Bu arada aparılan araşdırma zamanı Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərov ilə bağlı yeni iddialar ortaya çıxıb. 2014-ci ildə rayona icra başçısı təyin olunan Ceyhun Cəfərovun qoyduğu yeni qaydalardan gedir söhbət. Belə ki, uzun illər keçmiş icra başçıları və onların klanlarından cana doyan kürdəmirlilər indi C.Cəfərovun daha sərt qaydaları ilə üz-üzə qalıblar. Rayona yenicə ayaq basan icra başçısı ilk əvvəl kadr dəyişikliyinə başlayıb. Həmçinin digər idarə müdirlərinə də vəzifədən uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıqlar edibmiş. Amma vəzifədə qalmaq istəyən idarə müdirləri üçün də bir şans qoyub. “Xoş gəldinə” əli dolu gələn idarə müdirlərinə bildirilib ki, aylıq haqqları bir qədər artıb. Bütün bunlar azmış kimi, C.Cəfərovun göstərişi ilə rayon bazarı tam nəzarətə götürülüb. Bazarda alver edən insanlardan pulların yığılması məsələsi keçmiş icra başçısının adamından alınıb. İndi bütün rayon C.Cəfərovun tam nəzarətinə keçib. Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşib. Məlumatda qeyd olunur ki, sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Olmayanlara isə işləmək imkanı verilməyəcək. Daha bir maraqlı məqam isə İrşad Əliyevin zamanında satılan torpaqların sənədlərinin yenidən qaldırılmasıdır. Rayon mərkəzində satılan torpaqlara verilən sənədlərin qanunsuz olduğunu bildirən icra başçısı bu obyektlərin sökülməli olduğunu bilidirib. Bir sözlə, əski başçıdan canlarını güclə qurtaran kürdəmirlilər üçün daha ağır dönəm başlayıb. Məlumat üçün qeyd edək ki, C.Cəfərov əvvəlki icra başçısı İrçad Əliyevin rayondakı torpaq sahələri və obyektlərinə də əl qoymaq niyyətindədir. Artıq bir sıra obyektlərin sənədləşməsinin araşdırılmasına başlanılıb.
Ceyhun Cəfərovun icra nüamyəndələrini və bələdiyyə sədrlərini paytaxtda yüksək vəzifədə çalışan məmurlar vasitəsilə qorxutduğu iddia olunur. Kürdəmirdən daxil olan məlumata görə, 2014-ci ilin aprelin 16-da rayona təyin olunmuş icra başçısı Ceyhun Cəfərov 20 yaxın kənd icra nümayəndələrinin hər birindən 5 min manat tələb edib. İcra başçısı həmçinin 23 bələdiyyə sədrindən və icra nümyəndəsindən balanslarında olan bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yardımına yazdırılması maxinasiyasından əldə etdikləri “qazanc”larının yarısını tələb edib. Daxil olan məlumatda göstərilir ki, Kürdəmirin icra başçısı bələdiyyə sədrlərinə və icra nümayəndələrinə bildirib ki, əgər tələb olunan məbləği verməsələr, o zaman həmin bələdiyyələrdə və icra nümayəndəliyində yoxlamalar aparmaq üçün lazımı instansiyalara müraciət edəcək. Ceyhun Cəfərov bələdiyyələrə sifariş göndərib ki, “əgər onlar saxta sənədlərlə yazdırdıqları torpaq sahələrinə veriləcək yanacaq yardımını icra başçısına verməsələr, yoxlanılmalarına şərait yaradacaq”. Bələdiyyə sədrləri, icra nümayəndələri Kürdəmir icra başçısının bu “xəbərdar”lığından ciddi şəkildə narahat olublar və Ceyhun Cəfərovun istəyi ilə razılaşıblar. Məlumatlarda o da bildirilir ki, Kürdəmir rayonunda 23 kənddən 1679 nəfərin adına 12420 hektar torpaq sahəsi subsidya yardımı yazdırılıb. Həmin torpaqların bir hissəsi isə məhz saxta sənədlər əsasında yardım siyahısına salındığı bildirilir.
Kəndlərdən şikayətlər gəlir, cavab verən yoxdur. Son zamanlar rayonla bağlı aparəlan araşdırmalara daxil olan şikayətləri də əlavə etmək olar. Rayonun kəndlərində yaşayan bir qrup vətandaş tərəfindən daxil olan şikayət məktubunda yolsuzluqdan əziyyət çəkdikləri yazılır. Kənd sakinləri yollarının çox bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Məktubda bildirilir ki, artıq onlar kənd yollarının belə vəziyyətdə olması ilə bağlı rəsmi qurumlara şikayət etməkdən qorxur: «Hara şikayət ediriksə məktublar Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun üstünə qayıdır. Başçı da bütün mümkün vasitələrlə bizə təzyiq etdirir. Şikayət edən adamlardan bir neçəsinə inzibati həbs qərarı verilib. Düzdür, bu həbsləri şikayətlərlə bağlamasalar da, ancaq hamı gözəl bilir ki, kökündə həmin məsələ durur. Biz dəqiq bilirik ki, dövlət büdcəsindən kəndimizin yolunun abadlaşdırılması üçün bir neçə dəfə vəsait ayrılıb. Ancaq təəssüflər olsun ki, həmin vəsait rayon rəhbərliyi tərəfindən mənimsənilir. Sizdən xahiş edirik, bizim şikayətimizi ictimailəşdirin ki, qoy Kürdəmirdə baş verən özbaşınalıqdan hamı xəbərdar olsun».
Ola bilər ki, hörmətli oxucu məni hansısa məlumatların təkrarlanmasında gunahlandırsın. Sizi inandırım ki, araşdırma prosesində məlumatları qeydə alarkən mənim özümdə belə şübhələr yaranıb. Lakin araşdırmanın birinci və ikinci hissələri ilə tanış olanlar yaxşı bilirlər ki, mən hələ Ceyhun Cəfərovun Tərtər rayonunda icra başçısı olduğu dövrü araşdırarkən. qarşılaşdığım saysız hesabsız qanun pozuntuları ilə qarşılaşarkən belə bir fikir söyləmişdim “ az bir vaxtda bu qədər mənfi keyfiyyətlərə malik insan dəyişə bilməz və bunun nəticəsi olaraq heç şübhə etmirəm ki, Ceyhun Cəfərov Tərtər rayonunda etdiyi özbaşınalıqları Kürdəmir rayonunda da edib və yaxud da edir.” Yəni hörmətli oxucuya bildirmək istəyirəm ki, bəli, demək olar ki, hamısı bir birinə bənzər qanun pozuntularıdır, sadəcə olaraq bu qanun pozuntularının baş vermə vaxtı, məkanları, regionları ayrıdır. Onu da qeyd edim ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində araşdırmamızı izləyin, jurnalistikamızın fədakar yazarları, hüquq müdafiəçiləri sayəsində toplanmış daha maraqlı, tük ürpədici məlumatları yaxın gələcəkdə Sizə təqdim edəcəyik.

Azad Mursaliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Laçın rayonuna yeni icra başçısı təyin edilib

    Laçın rayonuna yeni icra başçısı təyin edilib ...

    17-06-2016, 00:41

  • 
  • Prezident Siyəzən rayonuna yeni icra başçısı təyin etdi

    Prezident Siyəzən rayonuna yeni icra başçısı ...

    12-10-2015, 19:22

  • 
  • Yasamal rayonuna yeni icra başçısı təyin edilib

    Yasamal rayonuna yeni icra başçısı təyin edilib ...

    12-11-2019, 14:11

  • 
  • Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib - Prezidentdən SƏRƏNCAM

    Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib ...

    6-02-2018, 17:23

  • 
  • Yasamal rayonuna yeni icra başçısı təyin olunub

    Yasamal rayonuna yeni icra başçısı təyin olunub ...

    2-02-2018, 16:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu