GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin AXCP-dəki "gizli əli" ifşa olundu? - Sensasion iddialar, açıqlamalar... (Özəl)

Hakimiyyətin AXCP-dəki "gizli əli" ifşa olundu? - Sensasion iddialar, açıqlamalar... (Özəl)

Tarix: 20-08-2015, 21:59 Bölmə :Manşet Baxış: 0
Hakimiyyətin AXCP-dəki "gizli əli" ifşa olundu? - Sensasion iddialar, açıqlamalar... (Özəl)

Dünən Razi Nurullayevin elan etdiyi AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin yaydığı bəyanatda deyilir ki, Əli Kərimli və bir qrup əlaltısı hakimiyyətlə min bir oyuna gedərək, şəxsi maraqlarını təmin etmək edir və yalançı müxalifət obrazı yaradır.


Avropa.info xəbər verir ki, bu fikirlər bir neçə ay öncə, Facebook-da yayılan bir statusu yenidən yada saldı.

Həmin statusda bildirilirdi ki, AXCP sədrinin müavini Fuad Qəhramanlı hakimiyyətdən müəyyən xidmətlər müqabilində pul alır. Qeyd edilirdi ki, hətta bəzi məqamlarda Qəhramanlıya mitinqlərin təşkili üçün pul verilib, lakin verilən vəsait aksiyaya xərclənməyib. Bu işdə vasitəçilik edən şəxsin Fuad Qəhramanlının çox yaxın dostlarından olan bir jurnalist olduğu da bildirilirdi. Qeyd edilirdi ki, həmin jurnalistin MTN və "Bandotdel" ilə yaxın münasibətləri var. Jurnalistin həmçinin Fuad Qəhramanlıya AXCP-də kimlərin həbs olunacağı ilə bağlı məlumat ötürdüyü də deyilirdi.


"Fuad Qəhramanlı hakimiyyət içərisində bir neçə qrupla işləməkdədir. və onlardan biri və ya ikisi haqda AXCP sədri Əli Kərimlinin də məlumatı var. Qəhramanlının ikili oyun oynadığı haqda məlumatlar təsdiqlənməkdədir. O, müxalifətdən iqtidara, iqtidardan isə Əli Kərimliyə xəbər daşıyır."

Statusda daha bir məqam isə Qəhramanlı haqda ifşaedici audio və video yazıların olması barədə məlumatlardır. Bildirilirdi ki, belə bir materiallar var və "yuxarıların" razılığı alınandan sonra, mətbuata sızdırıla bilər. Qeyd olunurdu ki, Fuad Qəhramanlı ilə bağlı məsələ onun ikili oyun oynamasından sonra gündəmə gəlib."

Məsələylə bağlı Avropa.info-ya danışan Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev Fuad Qəhramanlı haqqında sensasion məlumatlar verib.

"Heç zaman Fuad Qəhrəmanlı haqqında hələ danışmamışam. Amma, AXCP-nin üfunət çəlləyi olan, söyüş və təhqir dağarcığı olan Fuad Qəhrəmanlı haqqında hər zaman eşitdiyim və cəbhəçilər arasında da dolanan bir məsələmi demək istəyirəm. Bu beyni kiçik, cılız şər və böhtan dağarcığı hakimiyyətlə çoxdan işləyir və AXCP-də basdırılan minadır. Partlayıb özünü də məhv edəcək bu əxlaqsız insan. Onu əxlaqsızlığı siyasi deyil, həm də məişət səviyyəsindədir. Bu barədə sonra. İndi isə, qoy hamı bilsin ki, o hakimiyyətdən pul alır və həmişə də alıb. Fuadın mənimlə olan gizli danışıqlarını da yaxın günlərdə açıqlayacam. Sən necə olur ki, həbs olunmursan? Axı sənin kimi danışanlar çoxdan həbsdədir, ay kiçik beyinli insan? Sən mitinq üçün də pul alırsan. Sən hər şeydən pul çıxarmağı və onu şər-böhtan zavodu Əli Kərimli ilə bölüşürsən. Bu işdə sənə vasitəçilik edən də var. Onun da adı açıqlanacaq. Peşəsi də jurnalistikadır.


Bu şəxs, MTN və “Bantotdel” ilə yaxın münasibətdədir. Ən azından hələ ki, görünən və bilinən budur. Sən elə onun əli ilə bilirdin ki, kimlər tutulacaq və kimlər çıxacaq. Bunu AXCP-də bilməyən varmı? Sən və Əli Kərimli nə qədər insanlara dost deyib sonra da önünüzdən yığışdırmaq üçün həbsə atdırmısınız? O, həm də Fuad Qəhrəmanlıya, AXCP-də kimin həbs olunacağı ilə bağlı xəbərlər də ötürür. Qoy hamı bilsin ki, bu kiçik insan hakimiyyət içərisində bir neçə qrupla işləməkdədir və onlardan biri və ya ikisi haqqında AXCP sədri Əli Kərimlinin də məlumatı var. Ona toxunmur, çünki alığını Əli kərimli ilə bölüşür.

Bu adam müxalifətdən iqtidara, iqtidardan isə Əli Kərimliyə xəbər daşıyır.

Bu kiçik adamla bağlı bildiyimə görə ifşaedici audio və video yazılar da var. Fuad Qəhrəmanlı həm də məişət pozğunudur."

Məsələ ilə bağlı Avropa.info-ya açıqlama verən Etimad Qurultayının Təşkilat Komitəsinin üzvü Rəfail Becanov bu haqda məlumatı olmadığını, lakin "od olmasa tüstü çıxaz" məsələni xatırladıb.

"Bu məsələdə indi konkret olaraq, əlimdə konkret faktlar yoxdur. Amma ümumi şəkildə demək olar ki, bu gözlənilən məsələdir. Zaman-zaman AXCP-nin rəhbərliyində təmsil olunanlar bu və ya digər formada bu əlaqələrdən istifadə ediblər və AXCP adından alver ediblər. Fədakar cəbhəçilərin inamından, bunlara olan münasibətindən istifadə edərək bu və ya digər şəkildə bəhrələniblər. Bu da təbii ki, o proseslərdən biridir. Mən də elə bir statusla tanış olmuşam. Elə bir status var. Hesab edirəm ki, yalan olmaz bu məsələlərdə. Çünki od olmayan yerdən tüstü çıxmır. Od varsa, deməli tüstü var. Bu baxımdan da ola bilsin ki, həqiqətdir. Yəni reallığa uyğun məsələlərdir. Yəni ki, AXCP rəhbərliyinin, AXCP-də təmsil olunan adamların bəzilər hər zaman bu işlə məşğul olublar. Hətta zamanında belə biz bu məsələləri bilirdik və buna qarşı da daim mübarizə aparırdıq ki, Xalq Cəbhəsinin imkanlarına, Xalq Cəbhəsinin nüfuzuna, Xalq Cəbhəsinin üzvlərinin fədakarlığından istifadə edib bu kimi addımlar atmaq olmaz. İndi başqalarını şantaj edənlər, başqalarına böhtan atanlar, kimisə kiməsə işləməkdə ittiham edənlər özləri hər zaman bu işlə məşğul olublar. Bu baxımdan da Əli Kərimlinin və onun ətrafında olan adamların konkret olaraq bu statusda adı çəkilən şəxsin Fuad Qəhrəmanlının özünün belə bu işlə, belə əməllərlə məşğul olması istisna deyil."

Hakimiyyətin AXCP-dəki "gizli əli" ifşa olundu? - Sensasion iddialar, açıqlamalar... (Özəl)
Hakimiyyətin AXCP-dəki "gizli əli" ifşa olundu? - Sensasion iddialar, açıqlamalar... (Özəl)
Hakimiyyətin AXCP-dəki "gizli əli" ifşa olundu? - Sensasion iddialar, açıqlamalar... (Özəl)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • AXCP-də `1 nömrəli hazırlıq` elan olunub

    AXCP-də 1 nömrəli hazırlıq elan olunub ...

    24-08-2015, 14:36

  • 
  • Yeni AXCP yaranır: Razi Nurullayev "Azadlıq" qəzetinə "Əlini burax,yanımıza gəl" dedi

    Yeni AXCP yaranır: Razi Nurullayev ...

    20-08-2015, 14:45

  • 
  • Sabiq cəbhəçilər yeni təsis olunan AXCP-yə üz tuturlar, bu haqda bəyanat yayıldı

    Sabiq cəbhəçilər yeni təsis olunan AXCP-yə üz ...

    20-08-2015, 21:22

  • 
  • Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

    Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də ...

    2-12-2015, 15:27

  • 
  • Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı...

    Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı... ...

    7-09-2015, 13:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu