AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib.
AFFA-nın saytına danışan R.Abdullayev klublarımızı bu uğur münasibəti ilə təbrik edib:
“Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin – “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edirəm”. Qol.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?